Modern.az

67 yaşlı aktyor:“Axırki mənim də sənətimə qiymət verildi”

67 yaşlı aktyor:“Axırki mənim də sənətimə qiymət verildi”

25 İyun 2013, 23:47

“Fəxri ad almağım mənim üçün bir başqa məna daşıyır”


Prezident İlham Əliyevin sərəncamı ilə bir qrup teatr xadiminə fəxri adlar verilib. Yenicə “əməkdar artist” fəxri adına layiq görülmüş 67 yaşlı aktyor Novruz Qartal ilk təəssüratlarını Modern.az saytı ilə bölüşüb:

“Axırki mənim də sənətimə qiymət verildi. Doğrusu, həmişə yolda, küçədə insanlar mənə yaxınlaşıb ünsiyyət quranda məlum olurdu ki, onlar məni xalq artisti kimi tanıyırlar. Amma bu gün fəxri ad almağım mənim üçün bir başqa məna daşıyır. Həyatımın 50 ilini bu sənətə həsr etmişəm. Media da hər zaman sağ olsun ki, mənim fəxri ad almağım üçün mübarizə aparıb”.

Sənətkar fəxri ad aldığı məqamı belə izah edib: “Açığı neçə dəfə təqdimat olmuşdu, verməmişdilər. Gözləyirdim ki, bu dəfə də elə olacaq. Yolda idim, evə gedirdim. Zəng vurub deyəndə ki, “fəxri ad almısan” çox sevindim”.

İntiqam Valehoğlu  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər