Modern.az

“Siyavuş Aslan komediya nəhəngi idi” - Həmkarlarının XATİRƏSİ

“Siyavuş Aslan komediya nəhəngi idi” - Həmkarlarının XATİRƏSİ

Mədəni̇yyət

27 İyun 2013, 12:48


Dünyasını dəyişmiş xalq artisti Siyavuş Aslanın sənət yoldaşları mərhum sənətkarla bağlı xatirələrini Modern.az-la bölüşüblər.

  Xalq artisti Nurəddin Mehdixanlı: “Siyavuş Aslanın ölümü Azərbaycan teatr sənəti üçün ağır itkidir. Amma bu həyatın qanunudur. Adları sənətçi olanlar var ki, böyük fəxri adlar da alıblar. Amma xalq onları tanımır və yaddaşlarda heç nəylə qalmayacaqlar. Siyavuş Aslanın aldığı fəxri adlar, mükafatlar, orden, medallar olmasaydı da, o, Azərbaycan xalqının yaddaşında həmişə qalacaq. Onun özəlliyi onda idi ki, həm həyatda, həm səhnədə səmimi idi. O səhnədə maraqlı idi, gülünc deyildi. Siyavuş Aslan insanlara münasibətdə də yerini bilən adam idi. Xoşu gələn adamlar üçün canını da verərdi. Bir insandan xoşu gəlməyəndə açıq bildirərdi. Xoşu gəlməyən adama salam da vermirdi. Siyavuş Aslan həm sovet dönəmmidə, həm də bu gün bütün səviyyələrdə qəbul olunurdu. Onu həm xalq, həm də hakimiyyət sevirdi. Əsl mənada komediya nəhəngi idi. Adını komediya aktyoru qoyub şitliklə, bayağılıqla məşğul olanlar ondan öyrənməlidirlər. Bu mənim subyektiv fikrimdir. Zamanımızın iki böyük komediya nəhəngi olub: Yaşar Nuri və Siyavuş Aslan . “Komediya aktoruyam” deyənlər Siyavuş Aslan sənətinin qapısından keçib nələrisə öyrənəndən sonra özlərinə aktyor deyə bilərlər”.

Xalq artisti Məleykə Əsədova: “Allah rəhmət eləsin. Teatrda ilk tamaşam olan “Nişanlı qız”da onunla oynamışam. Hətta dəfələrlə qastrollarda olmuşuq. İnsan kimi çox gözəl insan idi. Bunu hər kəs bilir. Aktyor kimi isə nəhəng, əvəzolunmaz idi. Ailəsinə səbr diləyirəm”. 

İntiqam Valehoğlu  
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür