Modern.az

Pakistan bomba partlayışlarından sarsıldı, 40 ölü var

Pakistan bomba partlayışlarından sarsıldı, 40 ölü var

5 Aprel 2010, 18:22

Bu gün Pakistanın şimal-qərbində güclü  bomba partlayışı baş verib. Modern.az BBC-yə istinadən xəbər verir ki, Timerqara şəhərində partlayış nəticəsində 38 insan həlak  olub. Onlarca yaralı var. Eyni vaxtda Pişəvəri  şəhərində də partlayış olub. Burada ən azı 3 nəfər həlak olub. Peşəvəridən verilən məlumata görə, buradakı partlayış Amerika konsulluğu yaxınlığında baş verib. Partlayışılardan sonra atışmalar başlayıb. Bir neçə bina dağılıb. Yerli hakimiyyət orqanları bildirir ki, Pişəvəridəki aksiya yaxşı təşkil olunmuş terror  aktıdır.  

Əldə olunan məlumatlara görə, terror aktları intiharçı kamikadze tərəfidən törədilib. Hadisənin Pakistanın Əfqanıstanla sərhəddində baş verməsinə əsasən söyləmək olar ki, aksiyada taliblərin iştirakı istisna olunmur. Partlayışlar puştunların maraqlarını müdafiə edən  “Avami” Milli Partiyanın keçirdiyi mitinq zamanı baş verib. Bu partiya milli ideyaları müdafiə edir və dünyəvi həyat tərzi uğrunda çıxış edir. Terror aktı mitinqə bir neçə yüz adam toplaşdıqdan sonra baş verib. Son vaxtlar “Avami” partiyası dəfələrlə Taliban yaraqlılarının hədəfinə çevrilib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir