Modern.az

Brilliant Dadaşovadan dava MESAJI: “Özünü “sənət adamı” adlandıran meymunlar”

Brilliant Dadaşovadan dava MESAJI: “Özünü “sənət adamı” adlandıran meymunlar”

27 İyun 2013, 14:11


Xalq artisti Brilliant Dadaşova korifey sənətkar Siyavuş Aslanın vəfatı ilə bağlı sosial şəbəkədə yazdığı şərhində qalmaqalda olduğu sənətçi həmkarlarının “bostanına daş atıb.

“Allah Siyavuş Aslana rəhmət eləsin. O əsl sənətkar idi”- deyə qeyd edən sənətçi daha sonra həmkarlarını iynələyib.

  “Görəsən qalmaqalla, sevgili “sponsorlar” vasitəsi ilə, əxlaqsız əməlləri ilə, “sərvətlərini” nümayiş etdirməklə özünü “sənət adamı” adlandıran, əslində isə özfəaliyyət səviyyəsində olan bəzi media meymunları bu dünyanın ölüm-itim dünyası olduğunu ayıq başla olanda xatırlayırlarmı? Heyhat”-deyə B.Dadaşova yazıb.  

Qeyd edək ki, son günlər iki xalq artistinin-Brilliant Dadaşova və Aygün Kazımovanın bir-birinin ünvanına ittihamları KİV-də geniş müzakirələr açıb.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi