Modern.az

Narazı QHT-lərin apellyasiya şikayətinə baxılıb

Narazı QHT-lərin apellyasiya şikayətinə baxılıb

6 Aprel 2010, 09:26

 

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının apelyasiya komissiyası 2010-cu il I maliyyə yardımı müsabiqəsinin nəticələrilə bağlı Şuraya daxil olmuş müraciətlərə baxıb. Şuradan Modern.az-a verilən məlumata görə, apellyasiya komitəsinə Samir İsayev (komissiyanın sədri, “Hüquqi düşüncə”  İctimai Birliyinin rəhbəri), Əliməmməd Nuriyev  “Şuranın üzvü), Fərasət Qurbanov (Şura katibliyinin icraçı direktoru), Səbinə Əvəzqızı (“Lent. az” saytının əməkdaşı) və Qiyas Məmmədov (müstəqil ekspert) daxildir.

Müsabiqəsinin nəticələri ilə bağlı apelyasiya komissiyasına 11 ərizə daxil olub. Həmin ərizələrin 9-u Şuraya bilavasitə təqdim edilmiş, ikisi isə poçt vasitəsilə göndərilib.

Müraciət etmiş təşkilat rəhbərlərinin hər biri apelyasiya komissiyasının iclasına şəxsən dəvət olunub. Komissiyanın iclasında onlardan 7 təşkilat nümayəndəsi iştirak edib.

Komissiya müraciətləri QHT nümayəndələrinin iştirakı ilə fərdi qaydada müzakirə edib. Müzakirələrdə layihənin hazırlanmasında yol verilmiş nöqsanlar təhlil edilərək, təşkilat rəhbərlərinin diqqətinə çatdırılıb. Qeyd olunub ki, layihələrin bəzilərində qaldırılmış problemlər müəyyən aktuallıq kəsb etsə də, layihə rəhbərləri onları tələb olunan səviyyədə təqdim edə bilməyiblər.

Yalnız Azərbaycan – Amerika Gənclər İctimai Birliyinin təqdim etdiyi layihədə planlaşdırılmış tədbirlərin əhəmiyyəti nəzərə alınaraq, qeyd edilib ki, təşkilat layihənin icrasına əlavə maliyyə resursları cəlb edə biləcəyi halda müvafiq dəyişikliklər etmək şərtilə bu layihəni Şuranın növbəti maliyyə yardımı müsabiqələrinə təqdim edə bilər.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi