Modern.az

Səfurə Əlizadənin mahnısının klipi aprelin 25-də təqdim olunacaq

Səfurə Əlizadənin mahnısının klipi aprelin 25-də təqdim olunacaq

6 Aprel 2010, 12:03

May ayında Osloda keçiriləcək 55-ci "Eurovision" Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək Səfurə Əlizadənin “Drip drop” mahnısına klip çəkilişləri davam edir. Ukraynada aparılan çəkilişlər yaxın günlərdə bitəcək və klip aprelin 25-də təqdim olunacaq. Bu açıqlamanı “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli verib. Onun sözlərinə görə, klip ukraynalı rejissor tərəfindən çəkilir və mahnının mövzusuna və ritminə uyğundur. 

A.Kərimlinin deyib ki, hazırlıq proqramına uyğun olaraq Safura Əlizadə bir sıra xarici ölkələrdə konsert proqramları ilə çıxış edəcək: “Klip təqdim olunduqdan sonra təmsilçimiz Danimarka və İslandiyada konsert proqramı ilə çıxış edəcək. Bundan sonra digər ölkələrdə də bu kimi konsertlərin təşkil ediləcəyi planlaşdırılır”.

Nümayəndə heyətinin rəhbəri bildirib ki, hazırda Safura Əlizadə səhnə görnüşü və performansı üzərində çalışmaqla bərabər həm də ingilis dili biliklərini artırır: “Əsas odur ki, ifa və performans tamaşaçıların yadında qalsın. Hazırlıq prosesi mayın 15-dək tam yekunlaşacaq”. 

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir