Modern.az

UNESCO Karl Marks, Çe Gevara və Çələbini öz siyahısına qatdı

UNESCO Karl Marks, Çe Gevara və Çələbini öz siyahısına qatdı

29 İyun 2013, 12:33

2012-13-cü illərdə edilən müraciətlərin nəticəsində UNESCO Karl Marksın “Kommunist Partiyasının manifesti və “Kapital” əsərlərini, Çe Gevaranın həyatı, inqilabçı və ictimai xadim kimi fəaliyyətindən ibarət 1007 sənədi və Övliya Çələbinin “Səyahatnamə”sini dünya mirası siyahısına əlavə edib.

  Karl Marksın Fridrix Engelslə birlikdə yazdığı və az qala hər dilə çevrilərək dünya səviyyəsində nəşr olunmuş “Kommunist Partiyasının manifesti” Almaniya və Hollandiyanın təşəbbüsü ilə UNESCO-nun siyahısına əlavə edilib. Bu əsər XIX-XX əsrdəki sosialist, kommunist və digər bir çox inqilabçı hərəkətin inkişafına böyük təkan verib. Marksizm bir çox Afrika, Asiya və Latın Amerikası ölkəsindəki azadlıq hərəkatlarında ilham qaynağı olub.

Gevaranın gündəliklərini əhatə edən 8197 səhifəlik əsər ötən əsrdə ərsəyə gəlib. Buraya məşhur azadlıq sevdalısının öz inqilab ruhlu əsərləri, məqalələri, qəzet yazıları daxildir.

Həmçinin gündəliklərdə bioqrafik və fərdi materiallarla bərabər onun fərqli adamlar və ailəsi ilə olan yazışmaları da yer alıb. Boliviya və Kubanın təşəbbüsü ilə siyahıya əlavə edilən əsərlərin 431-i Gevaranın öz əl yazmaları, qalan 567 sənəd isə onun haqqında olan yazılardı. Siyahıya həmçinin Türkiyənin təşəbbüsü ilə məşhur orta əsr səyyahı Övliya Çələbinin yol qeydlərini əhatə edən “Səyahatnamə”si də əlavə olunub. İslam ədəbiyyatının, bəlkə də dünya ədəbiyyatının ən geniş və zəngin səyahət şərhlərini əhatə edən əsər Çələbinin 1640-1680-cı illəri arasındakı Səyahətlərindən ibarətdir. Əsər yalnız ictimai və iqtisadi müşahidələrlə məhdudlaşmır. Burada həmçinin orta əsr İslam-Şərq dünyasının elm, ədəbiyyat , mədəniyyət və din dünyasından da bəhs edib.  

 

Elmin Nuri

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər