Modern.az

Qeydiyyatsız QHT nümayəndələrinin Azay Quliyevlə görüş vaxtı müəyyənləşdi

Qeydiyyatsız QHT nümayəndələrinin Azay Quliyevlə görüş vaxtı müəyyənləşdi

6 Aprel 2010, 12:18

Xəbər verdiyimiz kimi, dövlət qeydiyyatına alınmayan bir qrup QHT Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevə müraciət edərək onunla görüşmək niyyətini ifadə ediblər. Bu məqsədlə qeydiyyatsız QHT-lərin Əlaqələndirmə Şəbəkəsinin üzvü, Demokratik İslahatlar Uğrunda Cəmiyyətin (DİUC) həmsədri Oqtay Gülalıyev millət vəkili Azay Quliyevə müraciət ünvanlayıb. Demokratik İslahatlar Uğrunda Cəmiyyətin (DİUC) həmsədri Oqtay Gülalıyev Modern.az-a bildirib ki, Azay Quliyevlə görüş sabah baş tutacaq: “QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevlə görüşümüz aprelin 7-də saat 12:00-da reallaşacaq. Bu gün bu görüşlə bağlı müraciəti imzalayan təşkilatlarla birgə toplantı keçirib, kimlərin orada iştirak edəcəyini dəqiqləşdirəcəyik. Çalışacağıq əksər qeydiyyatsız Qeyri-hökumət Təşkilatları orada iştirak etsin. Ümid edirik ki, bizə müsbət cavab veriləcək”.

Xatırladaq ki, müraciəti 33 QHT imzalayıb. Müraciətdə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri ilə görüşmək və üzləşdikləri problemin həllində yardımçı olmaq kimi istəklər əks olunub. Onlar Ədliyyə Nazirliyinin qeydiyyata alınmayan QHT-lərə əsassız səbəblər göstərdiyini qeyd edirlər.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu