Modern.az

Mikoyanın nəvəsi Azərbaycana GƏLİB: Dağlıq Qarabağda ağlayıb

Mikoyanın nəvəsi Azərbaycana GƏLİB: Dağlıq Qarabağda ağlayıb

1 İyul 2013, 16:10

Tanınmış SSRİ dövlət xadimi, 1964-1965-ci illərdə SSRİ Ali Sovetinin sədri Anastas Mikoyanın nəvəsi Stas Namin kiçik oğlu Artem Mikoyanla birgə Dağlıq Qarabağa səfər edib.

  Modern.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ağdərə ərazisindəki məbədi ziyarət edən Stas Namin oğlu ilə birlikdə yerli kanallardan birinə müsahibə verib. Dağlıq Qarabağda ilk dəfə olduğunu bildirən 62 yaşlı Stas Namin ailələrinin əslən bu diyardan olduğunu bildirib.  

“Dağlıq Qarabağ mənim babamın və ulu babamın vətənidir. Mikoyan nəsli əslini Qarabağdakı Niko adlı şəxsdən götürür. Hansı ki, sonradan Gürcüstanla sərhəddə yerləşən Sanin kəndinə köçmüşdür. Bu torpaqları ziyarət etmək çoxdankı arzum idi”.

Namin oğlu ilə birlikdə Ermənistanı gəzdiklərini və bununla bağlı sənədli film hazırlayacaqlarını da müsahibə zamanı qeyd edib.   Dağlıq Qarabağın siyasi vəziyyətindən danışan Stas Namin “vətənpərvər” çıxışı ilə sərsəmləyib. ”Film çəkməkdə məqsədimimiz Rusiyada, Dünyada Qarabağı tanıtmaq olub. Qarabağ unikal tarixə malik müstəqil ölkədir. Hansının ki, tarixi eramızdan bir neçə min il əvvələ dayanır. Buna görə biz bu müharibəni ədalətli hesab edirik”.  

Müsahibəsini sona qədər başa çatdıra bilməyən Stas Namin müharibə ilə bağlı sənədli filmə baxdığını deyir və bundan sonra doluxsunaraq müsahibəni yarımçıq saxlayıb.  

Qeyd edək ki, 1951-ci ildə Moskvada anadan olan Stas Namin Rusiyada tanınmış musiqi prodüseri, “Цветы” qrupunun rəhbəri və vokalisti, rəssam və fotoqraf kimi fəaliyyət göstərir.

Vüqar İsmayılov            
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?