Modern.az

Moskva OMON-u 15 yaşlı iki azərbaycanlı uşağı həbs edib

Moskva OMON-u 15 yaşlı iki azərbaycanlı uşağı həbs edib

Dünya

1 İyul 2013, 16:47

Modern.az xəbər verir ki, Moskva şəhərində bazar ertəsindən başlayaraq “Заслон-1” əməliyyatı keçirilir. Əməliyyatda hüquq-muhafizə orqanları qanunsuz miqrantlara, etnik cinayətkar qruplara qarşı reydlər təşkil edirlər. Bununla bağlı mətbuata verilən ilkin məlumatlarda qeyd olunur ki, Moskva şəhərinin girişində şübhəli görünən qara rəngli “Mercedes” markalı maşın polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb. Ərazidən uzaqlaşma qistəyən maşın pöolis işçiləri və əməliyata dəstək verən ОМОН-çular tərəfindən saxlanılıb.
Maşında yaşları 15-30 yaş arasında olan 4 Azərbaycan Respublikası vətəndaşı aşkar edilib. Onlardan ikisinin yetkinlik yaşına çatmayan şəxs olduğu müəyyən edilib. Maşından həmçinin, saxta sim-kart nömrələri, “Makarov” tapançası və güllələr aşkar edilib..

  Hər 4 azərbaycanlı barəsində həbs-qəti imkan tədbiri seçilib.Əməliyyat çərçivəsində polis reydləri davam edir.  

Vüqar İsmayılov
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi