Modern.az

Misir çalxalanır, ordu tərəflərə 48 saat vaxt verdi

Misir çalxalanır, ordu tərəflərə 48 saat vaxt verdi

Dünya

1 İyul 2013, 22:00

/file/articles/
Modern.az
xarici KİV-lər istinadən bildirir ki, Misir prezidenti Məhəmməd Mürsinin əleyhdarlarının Qahirədə təşkil etdiyi nümayişlər ara vermədən davam edir. Məlumatlara görə, Qahirədə və ölkənin digər iri şəhərlərində təşkil edilmiş nümayişlərdə 20 milyona qədər, o cümlədən Qahirənin özündə 1 milyondan çox adam iştirak edir. Ölkə tarixində ilk dəfədir ki, Misir küçələrinə bu qədər insan çıxıb. Əllərində milli bayraqlar tutmuş milyonlarla nümayişçi dövlət başçısı M,Mursinin dərhal istefa verməsini tələb edir. Etirazçılar əllərində prezidentə ünvanlanmış qırmızı vərəqlər tuturlar. Bu vərəqlərdə bircə kəlmə yazılıb: “Get!”.

Misir müxalifəti və onların tərəfdarları prezidentdən könüllü istefa verməsini, qan tökülməsinə və vətəndaş müharibəsinə yol verməməyi tələb edirlər. Müxalifət prezidentə ultimatum verib: əgər o, iyulun 2-də axşama qədər könüllü şəkildə istefaya getməsə, hələlik dinc xarakterli etiraz aksiyaları aktiv mərhələyə keçəcək. Onların fikrincə, prezident Mürsi bir illik fəaliyyəti dövründə seçkiqabağı vədlərinə əməl etməyib, müvafiq islahatlar aparmağı, ölkədə iqtisadi vəziyyəti yaxşılaşdırmağı bacarmayıb. Etirazçılar əmindirlər ki, prezident öz səlahiyyətlərindən imtina etməli və dövlət qurumlarının növbədənkənar seçkilərə hazırlaşmasına imkan verməlidir.

Etiraz aksiyalarında indiyədək 16 nəfər həlak olub, təxminən 600 nəfər yaralanıb. Həlak olanlar və zərərçəkənlər barədə son rəsmi məlumatlar dəqiqləşdirilir.

Misiri bürüyən etiraz aksiyalarına görə artıq 4 nazir istefa verib. Turizm, ekologiya, rabitə və hüquq işləri nazirləri istefa ərizələrini iyulun 1-də Baş nazirə təqdim ediblər.

Bu gün paytaxt Qahirədə etiraz aksiyası keçirən müxalifət fəalları hakimiyyətdə olan Müsəlman Qardaşlığı təşkilatının baş ofisinə hücum ediblər. Onlar binanın pəncərələrini sındırıb, ofisin mebellərini talayıblar. 

Bu arada Misir Ordusunun Baş qərargah rəisi Abdel Fateh əl Sisi ordunun siyasətə müdaxil etməyəcəyini, ancaq siyasətçilərin 48 saat içində razılaşa bilməməsi halında öz yol xəritəsini təklif edəcəyini bildirib.

Eyni zamanda Misir müdafiə naziri vəzifəsini icra edən general Əl Sisi dövlət televiziyasında çıxışı zamanı "Ordu xalqın tələblərinin qarşılanması üçün bütün tərəflərə son şans olaraq 48 saat verir" deyib.

Misirli komandir "bu müddət ərzində xalqın tələbləri qarşılanmazsa, silahlı qüvvələr bir yol xəritəsi açıqlayacaq və nəzarət tədbirlərini görəcək" deyə bəyan edib.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir