Modern.az

Əsrin ortalarında dünyada hər 10 nəfərdən 7-si şəhərlərdə məskunlaşmış olacaq

Əsrin ortalarında dünyada hər 10 nəfərdən 7-si şəhərlərdə məskunlaşmış olacaq

6 Aprel 2010, 14:53

7 aprel tarixi Ümumdünya Sağlamlıq Günüdür. Ümumdüyna Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin İctimai İnformasiya Departamentindən Modern.az-a verilən məlumata görə, bu il Ümumdünya Sağlamlıq Günü “Urbanizasiya və sağlamlıq” mövzusu altında qeyd olunur. 

 

BMT Baş katibi Ban Ki Mu bu ilki Ümumdünya Sağlamlıq Gününə dair dünyaya müraciət edib. Müraciətdə bildirlib ki, bəşər tarixində ilk dəfə olaraq, bu gün dünya əhalisi kəndlərə nisbətən daha çox şəhərlərdə məskunlaşıb. “Buna paralel olaraq, dünyada yoxsulluqdan əziyyət çəkən təbəqə də hal-hazırda daha çox şəhərətrafı ərazilərdə deyil əhalinin sıx məskunlaşdığı böyük şəhərlərdə yaşayırlar. Əsrin ortalarında dünyada hər on nəfərdən yeddisi şəhərlərdə məskunlaşmış olacaqlar. Bu tipli göstəricilərə isə daha çox inkişaf etməkdə olan dövlətlərdə rast gəlmək olar. Plansız və sürətli urbanizasiya nəticəsində gecəqondu və qeyri-qanuni yaşayış məkanlarının sayı artır və yerli icra hakimiyyətləri bu halların qarşısını almaqda çətinlik çəkirlər”.

 

Müraciətdə deyilir ki, şəhərlərdə sağlamlığa təsir göstərən amillərin bir çoxu səhiyyə sektorunun səlahiyyəti  xaricindədir. Urbanizasiya   irsi olaraq müsbət və mənfi şəkildə təzahür etmir.  Həmçinin sosial faktor adlanan bu amillər şəhərlərdə cəmləşərək insanların sağlamlığına ciddi təsir göstərirlər.

 

“Şəhər yerlərində sağlamlığa təhlükə yaradan amillərin kökündən həll edilməsi üçün həll yolları vardır. Fəaliyyət üçün əsas dörd istiqamət bunlardır: şəhər ərazilərində sağlamlığın qorunmasına uyğun davranışın inkişaf etdirilməsi, şəhərlərdə həyat şəraitinin yaxşılaşdırılması, şəhər hakimiyyətləri və icmalarla tərəfdaşlıq və şəhərləri əlil və ahıl insanların asan hərəkət etməsi və yaşaması üçün uyğunlaşdırılması. 

 

Şəhər planlaması aktiv nəqliyyata investisiyaların qoyulması, idman etmək üçün xüsusi sahələrin yaradılması, tütün məhsullarının istifadəsi və ərzaq təhlükəsizliyinə nəzarət edilməsi üçün qaydaların bərqərar edilməsi ilə şəhərlərdə sağlamlığın qorunmasına uyğun davranışı inkişaf etdirmək olar.  Ev Mənzil tikintisi, su təchizatı və sanitariya xidmətlərinin təmin edilməsi şəhərlərdə həyat şəraitinin yaxşılaşdırmaq və insan sağlamlığına qarşı təhlükələrin sayını azaltmaq olar. Fiziki və əqli qüsurlarına həmçinin yaş həddinə baxmayaraq hər kəsin rahat yaşaması üçün uyğun olan şəhərlərin yaradılması orada yaşayanların xeyrinə olar. Bu işlər mütləq surətdə əlavə maliyyə xərcləri tələb etməyə də bilər. Lakin, əldə olan resursları prioritet sahələrə yönəldərək daha çox səmərə əldə etmək olar”.

 

7-11 aprel tarixləri arasında dünya üzrə “1000 şəhər – 1000 həyat” kampaniyası keçiriləcək. Əsas məqsəd şəhərlərdə ictimai yerlərin səhiyyə üçün açılması və fəaliyyət göstərərək öz şəhərlərində sağlamığın qorunmasına nail olmuş şəhər çempionlarının həyat hekayələrinin işıqlandırılmasıdır.

 

ÜST-un Azərbaycandakı nümayəndəliyi tərəfdaşları ilə əməkdaşlıq apararaq bu ilki Ümumdunya Sağlamlıq Günü ilə əlaqədar bir sıra məlumatlandırma tədbirləri keçirməkdədir.

 

1948-ci ildə birinci Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış edib. 1950-ci ildən başlayaraq Ümumdünya sağlamlıq günü hər il 7 aprel tarixində qeyd edilir. Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir.  

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı