19 fevral 2019, Çərşənbə axşamı
Ana Səhifə - REPORTAJ - “Görərsiz, mən yuxarılara şikayət edəcəm!”
“Görərsiz, mən yuxarılara şikayət edəcəm!”
23.09.2009, 10:35

TƏHSİL NAZİRLİYİNİN QƏBUL OTAĞINDA ŞİKAYƏTLƏRİ DİNLƏNİLMƏYƏN VƏTƏNDAŞLAR BELƏ DEYİRDİLƏR 
Bakıda elə dövlət orqanı var ki, onların qəbul otaqları hər gün adamlarla dolu olur. Bəzən qəbula gələn vətəndaşlar çalışırlar ki, nazirin qəbuluna düşə bilməsələr də, heç olmasa şöbə müdirlərilə görüşsünlər. Amma heç də hamı buna nail ola bilmir. Günlərlə, həftələrlə, aylarla qəbul otaqlarına ayaq döyən vətəndaşın şikayətinə baxılmayandaŞ o, çıxış yolu tapa bilməyib haqsızlıqla barışmalı olur.
Redaksiyada dövlət orqanlarının qəbul otaqlarından reportaj hazırlamaq tapşırığı veriləndə, belə qərara aldım ki, qoy ilk ünvanım Təhsil Nazirliyi olsun. Həftənin birinci günü səhər saat 10.00-da artıq nazirliyin qəbul otağındaydım.
Doğrusu burada belə çox şikayətçi ilə rastlaşacağımı təsəvvür eləmirdim. Otaqda adam əlindən tərpənmək olmurdu. Hərənin özünəməxsus problemi vardı.
Fürsət düşən kimi şikayətçilərdən ən çox deyinən şəxslərdən birinə yaxınlaşdım. Asif Məmmədov adlı müsahibimdən şikayətinin nə ilə bağlı olduğunu soruşmaqla onun dərdini təzələdim: “Təhsil naziri tez-tez televiziyaların efirindən deyir ki, ali təhsilli gənclər rayonlara verilən təyinatları qəbul etmirlər. Qızım Müəllimlər İnstitutunu bitirib, Ağsuya gəlin köçüb. Orada orta məktəbdə müəllim işləmək istəyir. Təhsil aldığı ali məktəbdən arayış təqdim etsək də, nazirlik üç aydır rayona göndəriş yollamır. Artıq dərslər də başlayıb. Nazirin qəbuluna düşmək üçün yalan olmasın, 50-dən çox ərizə yazmışam, amma heç birinə cavab verilməyib”.
Suraxanı rayonu Bülbülə qəsəbəsindəki 79 saylı orta məktəbdən qəbula düz 9 nəfər müəllim gəlmişdi. Onlar məktəbin direktoru Şamil Quliyevin heç bir səbəb olmadan işdən çıxarılmasına etiraz etmək üçün qəbul otağının qapısını açmışdılar. Şikayətçi müəllimlərdən öyrəndim ki, Şamil Quliyev 32 il imiş ki, direktor işləyirmiş . Onlar sabiq direktorun vəzifəyə qaytarılmasını tələb etməyə gəlmişdilər. Amma bu tələbə baxacaqdılarmı?
Qəbul otağındakıların bir qismi orta məktəblərdəki vakant müəllim yerlərinə işə qəbulla bağlı yenicə başa çatan imtahandan keçməyən pedaqoji kadrlar idi. Onlar imtahanlarda saxtakarlığa yol verildiyini bildirir, nazir Misir Mərdanovun qəbuluna buraxılmalarını tələb edirdilər.
Qəbul şöbəsinin müdiri Məmmədqulu Rzayev şikayətçilərin əlindən lap başını itirmişdi. Ona yaxınlaşıb qəbula gələnlərin şikayətləri barədə ümumi məlumat verməyi xahiş etdim. M.Rzayev jurnalist olduğumu  bilin kimi məni yaxına buraxmayıb qətiyyətlə bildirdi ki, heç nə deməyəcək.
Nazirlik işçilərinin əlaqə nömrələrinin yazıldığı məlumat lövhəsinin yanındakı telefon aparatının qabağında uzun bir növbə yaranmışdı. Divardan asılan telefonun dəstəyini götürüb daxili nömrələri yığan şikayətçilərdən əksəriyyəti tutarlı cavab ala bilmədiklərindən deyinirdilər. Bəzi şikayətçilərin “görərsiz, mən yuxarılara şikayət edəcəm!”-deyə hay-küy salmalarına xəttin  o biri başındakıların reaksiyası maraqlı idi. Həmin vətəndaşlar yuxarı deyəndə, yəqin ki, Prezident Adminstrasiyasını nəzərdə tuturdular.
Yaşlı bir kişi qəbul otağında şikayətlərin qulaqardına vurulmasından yaman narazı idi: “Nəvəm Əsgərzadə Söhrab Valeh oğlu 16 saylı litseydə 1 il hazırlıq keçdikdən sonra bu il sentyabrın əvvəlində həmin təhsil ocağında birinci sinfə qəbul olunub. Amma dərslər başlayanda məktəbin müdiriyyəti bildirdi ki, uşağın 6 yaşı noyabrın 2-də tamam olacağından onu litseyə qəbul edə bilməzlər”. Əlində tutduğu vəsiqəni qəbul şöbəsinin müdirinə göstərən ağsaqqalın “burada yazılıb ki, belə məsələlərdə şəhid övladlarına üstünlük verilir” deməsinə  əhəmiyyət verilmədi.
Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədovun qəbuluna gələnlər də az deyildi. Amma hər dəfə onun daxili nömrəsini yığan vətəndaşlar xəttin o biri başındakı  katibə xanımın acıqlı səsini eşitməli olurdular: “İlham müəllim toplantıdadır”; “O, bu gün işdə olmayacaq”.
Strateji təhlil, planlaşdırma, kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirovla görüşmək arzusunda olanların da istəyi baş tutmur, hərə bir bəhanə ilə yola salınırdı.
Qəbul şöbəsinin müdiri Məmmədqulu Rzayevin tövsiyyəsi ilə bir xeyli şikayəçi şikayət məktubunu poçt qutusuna atıb qəbul otağını tərk etdi. Qəbul otağına gələnlər arasında ərizəsi qəbul edilənlər də olurdu, vəd verilənlər də. Amma bunlar problemlərin həlli üçün yaşıl işıq olacaqdımı? Bu qalır Təhsil Nazirliyindəki məmurların insafına.  


Kəmalə TOFIQQIZI      
 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Dağıntılar altında qalan daha bir işçinin cəsədi çıxarıldı
19.02.2019, 01:06

Dağıntılar altında qalan daha bir işçinin cəsədi çıxarıldı

Qadın eyni vaxtda yeddi uşaq dünyaya gətirdi
19.02.2019, 00:53

Qadın eyni vaxtda yeddi uşaq dünyaya gətirdi

Masallıda zəlzələ oldu
19.02.2019, 00:39

Masallıda zəlzələ oldu

Sirkə turşusu içərək özünə qəsd etdi
19.02.2019, 00:27

Sirkə turşusu içərək özünə qəsd etdi

Ceyhun Bayramov Ankarada azərbaycanlı tələbələrlə görüşdü
19.02.2019, 00:14

Ceyhun Bayramov Ankarada azərbaycanlı tələbələrlə görüşdü

Binəli Yıldırım istefa verdi: VİDA ÇIXIŞI - VİDEO
18.02.2019, 23:57

Binəli Yıldırım istefa verdi: VİDA ÇIXIŞI - VİDEO

Azərbaycan nefti bahalaşdı
18.02.2019, 23:43

Azərbaycan nefti bahalaşdı

Sumqayıt sakinləri İlham Əliyevi belə qarşıladı - VİDEO
18.02.2019, 23:24

Sumqayıt sakinləri İlham Əliyevi belə qarşıladı - VİDEO

Türkiyə ilə İran arasında yeni nəzarət-buraxılış məntəqəsi açılıb
18.02.2019, 23:09

Türkiyə ilə İran arasında yeni nəzarət-buraxılış məntəqəsi açılıb

Güclü külək Şamaxıya da ziyan vurdu
18.02.2019, 22:53

Güclü külək Şamaxıya da ziyan vurdu

Bakıda 26 yaşlı oğlan itkin düşüb
18.02.2019, 22:42

Bakıda 26 yaşlı oğlan itkin düşüb

İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur
18.02.2019, 22:30

İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur

Güclü külək Mingəçevirdə fəsadlar törətdi
18.02.2019, 22:14

Güclü külək Mingəçevirdə fəsadlar törətdi

Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı
18.02.2019, 21:57

Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı

“Kölgə iqtisadiyyatı”na ağır zərbə vurulub” -  Səfər Mehdiyev
18.02.2019, 21:34

“Kölgə iqtisadiyyatı”na ağır zərbə vurulub” - Səfər Mehdiyev

Deputatdan azərbaycanlılarla çeçenlərin davası barədə bəyanat
18.02.2019, 21:16

Deputatdan azərbaycanlılarla çeçenlərin davası barədə bəyanat

Bu yollarda sürət həddi endirildi - XƏBƏRDARLIQ
18.02.2019, 21:01

Bu yollarda sürət həddi endirildi - XƏBƏRDARLIQ

Dəmir yolu ilə yük daşımaları artıb
18.02.2019, 20:58

Dəmir yolu ilə yük daşımaları artıb

“Azərbaycan millisinin baş məşqçisi olduğum üçün xoşbəxtəm” - Nikola Yurçeviç
18.02.2019, 20:46

“Azərbaycan millisinin baş məşqçisi olduğum üçün xoşbəxtəm” - Nikola Yurçeviç

Sensasiya! - “Armani” daşnak firmasıdır - Əməkdar jurnalistdən SOS siqnalı
18.02.2019, 20:35

Sensasiya! - “Armani” daşnak firmasıdır - Əməkdar jurnalistdən SOS siqnalı

Suriyada partlayış: 9 ölü
18.02.2019, 20:28

Suriyada partlayış: 9 ölü

Naxçıvan döyüş hazırlığı vəziyyətinə gətirildi
18.02.2019, 20:16

Naxçıvan döyüş hazırlığı vəziyyətinə gətirildi

Bakıda işə gedən kişi itkin düşdü
18.02.2019, 20:01

Bakıda işə gedən kişi itkin düşdü

Salyanda kürəkən qayınatasının mal-qaranı oğurladı
18.02.2019, 20:00

Salyanda kürəkən qayınatasının mal-qaranı oğurladı

18.02.2019, 19:52

"Buta Airways"ın təyyarəsində nasazlıq yarandı

Əhalinin gəlirləri 6%-dən çox artıb
18.02.2019, 19:43

Əhalinin gəlirləri 6%-dən çox artıb

99 dövlət əmlakı özəlləşmədə - VAXT
18.02.2019, 19:34

99 dövlət əmlakı özəlləşmədə - VAXT

Milli Məclisin 6 deputatı ATƏT-in sessiyasına gedir
18.02.2019, 19:25

Milli Məclisin 6 deputatı ATƏT-in sessiyasına gedir

Azərbaycan millisi Latviya ilə qarşılaşacaq
18.02.2019, 19:16

Azərbaycan millisi Latviya ilə qarşılaşacaq

Sumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişi - Video
18.02.2019, 19:07

Sumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişi - Video

Mehriban Əliyevanın tapşırığı ilə tanınmış teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlandı - FOTOLAR
18.02.2019, 18:58

Mehriban Əliyevanın tapşırığı ilə tanınmış teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlandı - FOTOLAR

Büdcədə 800 milyon manatdan çox qalıq YARANDI
18.02.2019, 18:50

Büdcədə 800 milyon manatdan çox qalıq YARANDI

Məhkəmə insan alverinə görə həbs olunan 26 yaşlı qadını azadlığa buraxdı
18.02.2019, 18:42

Məhkəmə insan alverinə görə həbs olunan 26 yaşlı qadını azadlığa buraxdı

“Star” Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır - Şamil Ayrım
18.02.2019, 18:34

“Star” Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır - Şamil Ayrım

Məni vurmaq üçün hər cür şeytani əməllərə əl atdılar - AzTV-nin eks-müxbiri   
18.02.2019, 18:27

Məni vurmaq üçün hər cür şeytani əməllərə əl atdılar - AzTV-nin eks-müxbiri  

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıtdı - FOTO
18.02.2019, 18:21

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıtdı - FOTO

İlk verilişin ilk təəssüratı
18.02.2019, 18:15

İlk verilişin ilk təəssüratı

Əlilliyin müəyyən olunmasında yeni meyarlar tətbiq olunacaq - Nazir
18.02.2019, 18:08

Əlilliyin müəyyən olunmasında yeni meyarlar tətbiq olunacaq - Nazir

Qarabağ İcmasının üzvləri Ombudsmanın yanına gəldilər   
18.02.2019, 18:01

Qarabağ İcmasının üzvləri Ombudsmanın yanına gəldilər  

Dünyanın ölkələrinin vətəndaşları Xocalıya ədalət istədilər - VİDEO
18.02.2019, 18:01

Dünyanın ölkələrinin vətəndaşları Xocalıya ədalət istədilər - VİDEO

Şəmkirdə qızına təcavüz edən ata həbs olundu   
18.02.2019, 17:53

Şəmkirdə qızına təcavüz edən ata həbs olundu  

İlham Əliyevin hər bir uğuru Əli Kərimlini stressə salır - Əli Həsənovun YAZISI
18.02.2019, 17:49

İlham Əliyevin hər bir uğuru Əli Kərimlini stressə salır - Əli Həsənovun YAZISI

Tələbələr 9 quruma təcrübəyə göndərildilər   
18.02.2019, 17:41

Tələbələr 9 quruma təcrübəyə göndərildilər  

Koçaryanın oğluna qarşı da cinayət işi açıldı
18.02.2019, 17:35

Koçaryanın oğluna qarşı da cinayət işi açıldı

Manatın sabaha olan məzənnəsi
18.02.2019, 17:34

Manatın sabaha olan məzənnəsi

Yaradılan qiymət artımı ajiotajının səbəbi nədir?
18.02.2019, 17:31

Yaradılan qiymət artımı ajiotajının səbəbi nədir?

Maaşlar, pensiyalar bundan sonra da qaldırılacaq - Prezidentlə sumqayıtlıların maraqlı DİALOQU 
18.02.2019, 17:21

Maaşlar, pensiyalar bundan sonra da qaldırılacaq - Prezidentlə sumqayıtlıların maraqlı DİALOQU 

“Ermənistan cəmiyyəti müharibəyə hazır deyil” – Keçmiş kəşfiyyatçı
18.02.2019, 17:14

“Ermənistan cəmiyyəti müharibəyə hazır deyil” – Keçmiş kəşfiyyatçı

Nazirliyin əməkdaşları Almaniya təcrübəsini öyrəndi
18.02.2019, 17:03

Nazirliyin əməkdaşları Almaniya təcrübəsini öyrəndi

Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü
18.02.2019, 16:45

Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü

ARXİV