Son məlumata görə, Misirdəki prezident Məhəmməd Mursi əleyhinə çoxmilyonlu etirazlardan sonra 10 nazir istefa verib. Modern.az ərəb KİV-lərinə stinadən xəbər verir ki, Baş nazir Hişam Qəndil beş nazirin istefa tələbini qəbul etməyib.
Məlum hadisələrdən sonra 8 deputat da istefa verdiyini bəyan edib.
Misirdəki hadisələrə Suriya da münasibət bildirib. Suriyanın informasiya naziri Ümran Əz-Zübhi bu barədə jurnalistlərə müsahibəsində bildirib: “Göründüyü kimi, “Müsəlman Qardaşları” Misiri idarə etmək iqtidarında deyil. Onların dövlət idarəetmə modeli uğursuz oldu. Misirdə “Müsəlman Qardaşları” rejimi məhv olub, ancaq onların ölüm fərmanları hələ nəşr olunmayıb”.
Peykər İbrahimova