Modern.az

Qırğız müxalifətinin lideri həbs olundu

Qırğız müxalifətinin lideri həbs olundu

7 Aprel 2010, 09:43

Qürğızıstan xüsusi xidmət və hüquq-mühafizə orqanlarının əməkdaşları  tərəfindən müxalifət  lideri Sosial-Demokrat Partiyasının lideri Almazbek Atambayev həbs olunub. Modern.az rus mətbuatına istinadən xəbər verir ki, müxalifət liderinin tərəfdarları qeyd edir ki, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları keçmiş baş nazir, indiki müxalifət liderinin tərəfdarlarının müqavimətini qıraraq onun yaşadığı evə soxulub. “Spesnaz” müxalifət liderinin qapısını sındıraraq Almazbek Atambayevi həbs edib.

Qeyd edək ki, bundan əvvəl müxalifətdə olan “Ata-Məkan” partiyasının lideri Omurbek Tekebayev də yaxalanıb.

Xatırladaq ki, kommunal xidmətlərin artması və hakimiyyətdə qohumbazlıqla korrupsiya hallarına etiraz edənlər Talas şəhərinin inzibati binasını yenidən ələ keçiriblər.

İcra hakimiyyətin başçısını girovluğa götürən nümayişçilər prezident Kurmanbek Bakiyevin istefasını tələb ediblər. Ötən gün ərzində qəzəbli nümayişçilərlə polis qüvvələri arasında toqquşmalar baş verib. Nümayişçilərin maşınlara od vurduğu xəbər verilir

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi