Modern.az

Bakıda milyonerlərin övladları evləndi - FOTO

Bakıda milyonerlərin övladları evləndi - FOTO

7 İyul 2013, 11:42

Ötən axşam iş adamı, “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədovun oğlunun toy mərasimi olub.

Axşam.az-ın məlumatına görə, Hafiz Məmmədovun oğlu Kənan Məmmədov “Nurgün Motors” şirkətinin prezidenti Nuru Əliyevin qızı ilə ailə həyatı qurub.

“Buta Palace” sarayında baş tutan toyda İspaniyanın məşhur opera ifaçısı Xose Karreras və türkiyəli müğənni Kənan Doğulu iştirak edib. Toyun aparıcısı Murad Dadaşov, yerli müğənni qonaq isə Abbas Bağırov olub.

Qeyd edək ki, Kənan Məmmədov Xorvatıyanın Azərbaycandakı fəxri konsuludur.

Allah xoşbəxt eləsin!




Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir