Modern.az

Brilliant Dadaşova əri ilə yeni şəklini yaydı: “O çox zəhmətkeş insandır” - FOTO

Brilliant Dadaşova əri ilə yeni şəklini yaydı: “O çox zəhmətkeş insandır” - FOTO

7 İyul 2013, 12:35


Modern.az
saytının məlumatına görə, son günlər adı qalmaqalda hallanan xalq artisti Brilliant Dadaşova həyat yoldaşı Ədalət Hacıyevlə birgə çəkdirdiyi yeni fotosunu sosial şəbəkədə paylaşıb.
Bir neçə gün öncə həyat yoldaşının ad gününü qeyd etdiklərini bildirən sənətçi deyib ki, onlar artıq 25 ildir evlidirlər.

“O çox zəhmətkeş insandır” deyən Brilliant xanım həyat yoldaşı barədə bu sözləri də əlavə edib: “Mən bu dünyada bütün uşaqlara Ədalət kimi atası olmasını, xanımlara da onun kimi həyat-gün yoldaşı arzulayıram”.

Müğənninin həyat yoldaşı Ədalət Hacıyev Rus Dram Teatrının direktorudur. O, bir neçə gün öncə ölkə başçısının sərəncamı ilə “Əməkdar İncəsənət işçisi” fəxri adı ilə təltif edilib.

Adı son günlər dogər xalq artisti Aygün Kazımova ilə qalmaqalda halanan Brilliant Dadaşova jurnalistlərə də müraciət edib: “Bəzi jurnalistlər nə üçün mənim sözlərimi təhrif edib oxucuda yanlış rəy yaratmaq istəyirlər bilmirəm. Yalnız onu bilirım ki, insan Allahı heç bir vaxt unutmamalıdır. O qəlblərdəkini ən gözəl biləndir”.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu