Modern.az

Məni arıqladan xanımlar

Məni arıqladan xanımlar

Mədəni̇yyət

8 İyul 2013, 13:18

Bu həftədən etibarən hər bazar ertəsi sizi geridə qalan yeddi gün ərzində şou biznes aləmində baş verən hadisələrlə tanış edəcəm. Amma bir balaca fərqli formada. Kim istəsə “xeyirli olsun” deyə bilər. Çox sağ olun! İndi də keçək hadisələrə.

Ötən həftə hansı kanalı açdımsa, bu iki xanımı münsiflər heyətində gördüm. Məsələn, mənə maraqlıdır ki, Lalə Məmmədova və Natəvan Həbibi hansı özəlliklərinə görə münsiflər kürsüsündə əyləşirlər. Əgər söhbət sənətdən, yaxud öyrənməkdən gedirsə, Lalə xanım hələ də Brilliant Dadaşovanı yamsılamaq mərhələsindədir. Natəvan Həbibi isə nə oxuyur, nə də yamsılayır…

Söhbət Brilliant Dadaşovadan düşmüşkən, ötən həftənin əsas şou-biznes hadisəsi haqda da bir neçə kəlmə fikrimi bildirim. Bildiyiniz kimi, Türkiyənin divası Ajda Pekkan ölkəmizdə səfərdə idi.
Şəxsən mən səfər zamanı onun qarşısına sərilən sənətçi və sənətkarlarıımızın əvəzinə tər tökdüm. Elə səhər tezdən işə gələndə də metronun çıxışında özümü çəkdirdim. Düz iki kilo arıqlamışam. O boyda Mələkxanım Əyyubova özünə əl qatıb ki, Ajda Pekkan bunu bəyənəcək. Hər zaman Ajda Pekkanla rəfiqə olduğunu deyən Brilliant Dadaşovanın düşdüyü durum isə daha acınacaqlı idi. Balaca uşaq sevinciylə Pekkanla şəkil çəkdirmək istəyən Dadaşovanın hansı formada rədd edildiyini demək artıqdır. Şəxsən mənim qənatimə görə, Pekkanın Dadaşovanın təklifini rədd etməsinin əsl səbəbi başqa idi - yerini bilməmək. Sən də bu ölkənin sənətkarısan axı. Özü də o boyda xalq artisti adı daşıyırsan. Ona uyğun hərəkət etməsən də, Ajda Pekkandan da 5-6 bayram balacasan, 55 yaşın var.

Bu yerdə bir əhvalat yadıma düşdü. Futbol millimiz İtaliya ilə oynamalıymış. Oyunun axırında qapıçıdan tutmuş hücumçuya qədər hamı ”10” nömrəli maykanı geyinmiş  məşhur oyunçu Del Pyero ilə forma dəyişmək istəyir. Axırdda məşqçi görür ki, hamı sakitləşib, iki futbolçu (etika xatirinə adlarını yazmıram-İ.V) bir-birini qırır. Vəziyyət o həddə çatıb ki, bir az da belə davam etsə, əlbəyaxa dava düşəcək. Məşqçi deyir ki, “biriniz maykasını götürərsiniz, o biriniz də şortikini”.

Bir gözəl rəqqasə var. Girəvələyib gözucu baxdım, yaxşı da oynayır. Deyəsən Ukraynadandır. Camaat onu “Şərq rəqsinin kraliçası” kimi tanıyır. Bu da ordan basa-basa gəlib burda Fatimədən qaval rəqsi öyrənmək istəyir. Şəkililər demişkən, boyua qamış ölçüm haaa. Heç onun özünü burda peşəkar kimi gah qəbul edirlər, gah etmirlər.

Aygün Kazımova isə deyir ki, “fantlarımın istəyinə uyğun olaraq saçımın rəngini dəyişdim”. Deyirəm, yüz faiz hərdən kimsə Kazımovanın soyunmasıını da istəyir. Elə olmasa, soyunmazdı. Axı o fanatlarının sözündən çıxmır.

Müğənni Röya dediyinə görə bahalı qadındır. Bunu da öz qulaqlarımla eşitmişəm. Amma hayıf ki, qiymətini demədi.

Bir cavan müğənni var-Ayan-yəqin ki, tanıyırsınız. Onun da ayaqqabısı nə az, nə çox düz 2300 manatdır. Düzdür, heç vaxt o qədər pul bir yerdə görməmişəm, amma bilirəm ki, normal adamın 5-6 aya qazanacağı pulu xanım sənətçi ayağının altında gəzdirir. Təsəvür edirsiniz? Özü də mənə elə gəlir ki, sponsoru yoxdur. Öz halal zəhmətliylə qazanıb. Niyə düşünürsünüz ki, kinayə ilə deyirəm? Kinayə-zad deyil. Elə-belə söhbətdir də edirik.

Hə, bu lap yadımmdan çıxmışdı.

Elza Seyidcahan deyib ki, “mən dəmir lediyəm”. Məncə o elə başa düşüb ki, bu titulun adı “dər-dəmir ledi”dir. Hə, bir də deyib ki, hansı jurnalist onun oğlunun qumarbaz olduğunu ilk dəfə yazıbsa, məhkəməyə veriləcək. Amma deməyib ki, oğlu hərbi xidmətdə ola-ola yanacaqdoldurma məntəqəsindən elədiyi oğurluğun axırı necə oldu. Yəni o vaxt həmin iş necə bağlandı.

Bu həftəlik bu qədər. Gələn maraqlı mövzular olsa, bundan da yaxşı basıb-bağlıyacam.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır