10 dekabr 2018, Bazar ertəsi
Ana Səhifə - MÜSAHİBƏ - “Ürəyimdən keçir ki, gələcəkdə mən də anam kimi deputat olum”
“Ürəyimdən keçir ki, gələcəkdə mən də anam kimi deputat olum”
23.09.2009, 11:25

Söz verdiyimiz kimi, Modern.az oxuculara müxtəlif layihələr təqdim edəcək. Bu projelərin qəhrəmanları cəmiyyətin hər bir sosial təbəqəsinə aid şəxs ola bilər. Fərq etməz, sıravi vətəndaş, yazıçı, hərbçi, deputat, lap elə nazir, ya da onların övladları olsun. Bu tip projelər silsiləsindən olan ilk müsahibəni təqdim edirik. Beləliklə, suallarımızı millət vəkili Jalə Əliyevanın qızı Ahu Müjgan Onk cavablandırır.

- Nə qədər səmimisiz?
-
Mən həmişə səmimiyəm.
- Onda sizdən səmimi cavablar gözləyirik.
- Yaxşı.
- Özünüzü necə təqdim edərdiz?
-
Ahu Müjgan Onk.
- Bəs qısa tərcümeyi-halınız...
- 1990-cı il iyunun 19-da anadan olmuşam. Bakıdakı 6 nömrəli orta məktəbi əlaçı kimi bitirmişəm. Həmçinin 6 nömrəli musiqi məktəbinin fortopiano ixtisasını qırmızı diplomla başa vurmuşam. XI sinifdə oxuyanda, Respublika biologiya olimpiadasında birinci yeri tutduğuma görə təhsil naziri Misir Mərdanovun göstərişi ilə buraxılış imtahanından azad olundum. 2008-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil oldum. Hazırda 2-ci kursda oxuyuram, uşaq həkimi olacam.
- Uşaqlıqdan indiyə kimi yadınızda qalan ən maraqlı hadisə nə olub?
-
Mən uşaqlıqda dəcəl olmuşam ancaq ağlayan deyildim. Yaxınlarım deyirlər ki, dəcəl olmağıma baxmayaraq hamı məni çox istəyirmiş.
- Daha çox kimə bənzəyirsiz?
-
Yəqin ki, anama.
- Ailədə sizə hansısa qadağa qoyulub?
-
Xeyr, heç vaxt mənə qadağa qoyulmayıb. Amma özüm hər şeyin həddini bilirəm.
- Deputat qızı olmağın sizə xeyirli və ziyanlı tərəfləri varmı?
-
Anam deputat olmamışdan əvvəl necə idimsə, indi də eləyəm. Yəni xasiyyətim dəyişməyib.
- Əhatənizdə olanlardan kimsə ananıza görə sizinlə dostluğa can atıb?
-
Mən çox həssas insanam. Kimsə anama görə mənə yaxınlaşarsa, bunu hiss edərəm və dərhal həmin adamdan uzaqlaşaram. Heç vaxt ətrafımda belə adamlar olmayıb.
- Deputatlardan kimlərinsə uşaqları ilə əlaqəniz, dostluğunuz varmı?
-
Yayda hökumət bağında qalırıq. Orada tanış uşaqlar var. Məsələn, millət vəkili Lalə Abbasovanın qızları və başqaları. Amma mən həmyaşıdlarımla valideynlərinə görə dostluq etmirəm. Mənə insanın keyfiyyətləri maraqlıdı.
- Sizə yaxın olan insanlar kimdi?
-
Yaxınlarım, valideyinlərim. Uşaqlıq dostum da var, ancaq mən tam açılmağı sevmirəm.
 - Arada məsafə saxlayırsız?
-
Xeyr, sadəcə olaraq dostuma danışacaq sirrim yoxdu. Həm də insanların səmimiyyətinə çox inanmıram. Onlara inam gücüm azdır.
 - Müəllimlər deputat qızı olduğunuzu bilir?
 -
Çalışıram bildirməyim. Xəbəri olan müəllimlər də var. Ancaq onların mənə münasibəti əvvəl necə idisə, indi də elədir. Mənə özümə görə hörmət edirlər. Deputat qızı olduğumu biləndə, təbii ki, daha da yaxşı olur. Ancaq mən çalışıram bundan sui-istifadə etməyim.
- Qiymətləri özünüz alırsız, yoxsa...?
-
Əlbəttə özüm alıram. Mən başqa ali məktəbə də daxil ola və qiymətləri özüm almaya bilərdim. Mən özümə lazım olan dərsləri oxuyuram ki, qazandığım biliklər gələcək karyeramı qurmaqda köməyim olsun. Hələki universitetdə əlaçıyam.
- Hansı xarici dili bilirsiz?
-
Rus, ingilis, türk, bir az da fransiz və alman.
- Heç xarici ölkədə olmusunuz?
-
Bəli. Türkiyə, Rusiya, Kipr, Bolqarıstan, Avstriyada olmuşam.
- Özünüzdə əlavə hansı bir istedad hiss edirsiniz?
-
Mahnı oxumağı çox sevirəm. Bu həm də hobbimdir. Gələcəkdə belə bir şans olsa, hər hansı bir yarışmada Azərbaycanı təmsil də edə bilərəm.
- Maraq dairənizə nə daxildir?
-
Demək olar ki, hər şeylə maraqlanıram. Məncə maraqlanmadığım nəsə yoxdu.
- Nəyəsə əlinizi uzatmağa ehtiyac olub, yoxsa elə hər şeyin ən yaxşısını sizə veriblər?
-
Mən istəmədən veriblər. Ancaq hər şeyi deməzdim, çünki elə şeylər var ki, onlara özüm əlimi uzatmışam. Misalçün, çalışıb yaxşı oxuyaraq yüksək balla universitetə daxil olmuşam.
- Pisliklə qarşılaşanda ona tab gətirə bilirsiniz, yoxsa geri çəkilirsiniz?
-
Əvvəllər geri çəkilmələr olub, indi yox.
- Hansı xüsusiyyətlər sizə pisliklərlə üzləşəndə sınmamağa kömək edib?
-
Fikirləşirəm ki, hər şey boş şeydir. Düzdür əhvalım pozulur, ancaq səhəri gün düşünürəm ki, belə olmalıymış...
- Gələcək həkim kimi, olubmu elə indidən kiməsə şəfa verəsiniz?
-
Hə. Hətta yaxınlarım mənə deyirlər ki, sənin əlində biotok var. Bunu təcrübədən də keçirmişəm. Uşaqlıqdan məndə həkimliyə həvəs vardi. Anamın bir yeri ağrıyanda deyirdim gözlə, səni sağaldacam. Tutaq ki, başını ovxalayıram, deyir qızım ağrılar keçib getdi.
- Ev işləri ilə məşğul olursuz?
-
Dərsə görə ev işi ilə məşğul olmağa vaxt qalmır. Çünki saat 8-də universitetə gedirəm, qayıdanda isə axşam olur. Çox yorğun oluram. Həm də dərsə ciddi hazırlaşmaq lazımdı. Sabah müəllim məni dərsdə qaldırsa, cavab verməsəm bu mənim üçün çox ağır olar. Ancaq anam yorğun gələndə ona çay süzürəm.
- Xörək necə, bişirə bilirsiz?
-
Hə, bacarıram.
- Ən yaxşı hansı xörəyi bişirirsiz?
-
Badımcan, içalat və kartof  qızartmağı çox sevirəm.
- Darıxanda nə edirsiz?
- Audiopleyerin qulaqcığını taxıram qulağıma və güzgünün qabağında oynayıram.
- Yerli, yoxsa xarici müğənniləri dinləyisiz?
-
Hər ikisini. Təbii ki, ruhuma oxşayan musiqiləri dinləyirəm. Daha çox həzin musiqiləri xoşlayıram. Pop janrına üstünlük verirəm. Son zamanlar lirik mahnılardan uzaq qaçıram. Bu da onunla əlaqədardı ki, kefimi pozmaq istəmirəm.
- Dəfələrlə baxıb, doya bilmədiyiniz film var?
- Bu, “Böyük arzular” filmidi.
- Bəs Azərbaycan filmlərindən?
- “Arşın mal alan”, “O olmasın, bu olsun”. Bu filmlərin ssenarisi çox xoşuma gəlir.
- Milli adət-ənənələrimizə münasibətiniz?
-
Çox yaxşı baxıram.
- Jalə xanım həmişə mətbuatdakı çıxışlarında deyir ki, keşmişdə olan adətlərin tərəfdarıdı. Ananızla razısız?
- Mən gözümü açandan müasirliyi görmüşəm. Ancaq o, elə deyirsə, razıyam.
- Yəni ananızın dediyi sizinçün qanundur?
- Xeyr, qanun deyil. Ancaq çox vaxt anamın düşüncələri ilə mənimki üst-üstə düşür.
- Son zamanlar gənclərimizdə Qərbə meyllilik yaranıb. Buna necə baxırsız?
-
Əlbəttə ki, bu, tamamilə məni qane etmir. Çünki hər şeyə çox yüngül baxmaq olmaz. İnsan hər şeyi fikirləşib etməlidir. Bir də görürsən kimsə fərli bir hərəkət edir, digərləri də onu təkrarlamağa çalışır. Hərə özünə cavabdeh olmalıdır. Bununla yanaşı, hesab edirəm hər kəs öz bildiyi kimi yaşamalıdır.
- İdealınız kimdir?
-
Anam.
- Kim olmaq istərdiz?
-
Özünə əməliylə hörmət qazanan bir insan olmaq istərdim.
- Sizcə xoşbəxtlik nədir?
-
Xoşbəxtlik elə xoşbəxtlikdi... Məncə xoşbəxtlik odur ki, sən olmayanda sənin arxanca yaxşı danışırlar, sən olan yerdə yox.
- Özünüzü xoşbəxt sayırsız?
- Bəli, xoşbəxtəm.
- Gələcəkdə deputat olmaq ürəyinizdən keçirmi?
-
Niyə də keçməsin. Vaxt gələr, mən də anam kimi insanların köməyinə çata bilərəm. Anam bir çox xeyriyyə işləri görür, ancaq bundan heç bir yerdə danışmır. Mən də onun kimi olmaq istərdim.

 
 
 
 
 


Söhbətləşdi Günay MUSAYEVA

 

 

 

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Ferid
23.09.2009, 18:01

Maraqli musahibedir

Tuncay
24.09.2009, 19:22

Müsahibə verən xanım arzusuna çatsın!

Ülviyyə
25.09.2009, 14:48

Maraqli müsahibıdir,amma mence bele gormusuk ki,ekser hallarda usaqlar valideyinlerinin secdiyi peselerden feql peseni secirler,amma Ahunun fikirleri maraqliydi,qeyd edim ki,verilin suallarda maraqliydi.

aysel
26.11.2009, 13:33

ahu mujgan onk /onk ne demekdir?amma bu qiz qewenglikde anasina hec oxwamiyib.amma yaxwi qizdir.

yusif
20.10.2011, 20:01

coox maraqli musahibe olmasindanda yanasi hemde coox semimi musahibedi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Keçmiş nazir müavini bıçaqlandı - GÜRCÜSTANDA
10.12.2018, 19:20

Keçmiş nazir müavini bıçaqlandı - GÜRCÜSTANDA

Sabunçuda 3 otaqlı ev yanıb
10.12.2018, 19:03

Sabunçuda 3 otaqlı ev yanıb

Azərbaycan nümayəndə heyəti Gürcüstan Prezidentinin inauqurasiyasında iştirak edəcək
10.12.2018, 18:55

Azərbaycan nümayəndə heyəti Gürcüstan Prezidentinin inauqurasiyasında iştirak edəcək

Xətai rayonunun bu hissələrində qaz olmayacaq
10.12.2018, 18:48

Xətai rayonunun bu hissələrində qaz olmayacaq

Qubada məktəbdə yanğın - İcra başçısı hadisə yerinə gəldi
10.12.2018, 18:40

Qubada məktəbdə yanğın - İcra başçısı hadisə yerinə gəldi

Heydər Əliyev Mərkəzində Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti incisinin təqdimatı olub - FOTO
10.12.2018, 18:33

Heydər Əliyev Mərkəzində Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti incisinin təqdimatı olub - FOTO

Daha 2 piyada yol qəzasının qurbanı oldu
10.12.2018, 18:25

Daha 2 piyada yol qəzasının qurbanı oldu

Muxtar Babayev Türkiyəli həmkarını qəbul edib
10.12.2018, 18:17

Muxtar Babayev Türkiyəli həmkarını qəbul edib

Cəlilabadda 30 yaşlı kişi xəstəxanada öldü
10.12.2018, 18:10

Cəlilabadda 30 yaşlı kişi xəstəxanada öldü

Kanadadakı azərbaycanlılar erməni təxribatı ilə bağlı bu ölkənin rəsmi qurumlarına etiraz məktubu göndərib
10.12.2018, 18:04

Kanadadakı azərbaycanlılar erməni təxribatı ilə bağlı bu ölkənin rəsmi qurumlarına etiraz məktubu göndərib

Ziyafət Əsgərov: “O saxta video - montajı onu yayanların vicdanına buraxıram”
10.12.2018, 17:59

Ziyafət Əsgərov: “O saxta video - montajı onu yayanların vicdanına buraxıram”

Braziliyadakı Azərbaycan məktəbində xeyriyyə tədbiri keçirilib
10.12.2018, 17:58

Braziliyadakı Azərbaycan məktəbində xeyriyyə tədbiri keçirilib

Prezident övladlığa götürmə ilə bağlı fərman imzaladı   
10.12.2018, 17:49

Prezident övladlığa götürmə ilə bağlı fərman imzaladı  

İlham Əliyev Burkina-Fasonun dövlət başçısını təbrik etdi
10.12.2018, 17:48

İlham Əliyev Burkina-Fasonun dövlət başçısını təbrik etdi

Sabah Bakıda Azərbaycan-Türkiyə biznes forumu keçiriləcək
10.12.2018, 17:40

Sabah Bakıda Azərbaycan-Türkiyə biznes forumu keçiriləcək

Dillər Universitetində Heydər Əliyev anıldı
10.12.2018, 17:39

Dillər Universitetində Heydər Əliyev anıldı

“Qarabağ problemi ilə bağlı dövlət qurumu yaradılsın” - Eldar Namazovun təklifinə REAKSİYA   
10.12.2018, 17:37

“Qarabağ problemi ilə bağlı dövlət qurumu yaradılsın” - Eldar Namazovun təklifinə REAKSİYA  

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM
10.12.2018, 17:31

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM

Kanada azərbaycanlıları erməni təxribatına etiraz edir
10.12.2018, 17:28

Kanada azərbaycanlıları erməni təxribatına etiraz edir

İlham Əliyev onlara fəxri adlar verdi - SİYAHI
10.12.2018, 17:24

İlham Əliyev onlara fəxri adlar verdi - SİYAHI

Vaqif Əsədov və Ceyhun Topçubaşov mükafatlandırıldı 
10.12.2018, 17:22

Vaqif Əsədov və Ceyhun Topçubaşov mükafatlandırıldı 

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
10.12.2018, 17:18

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Qaraçuxur və Əmircan susuz qalacaq
10.12.2018, 17:17

Qaraçuxur və Əmircan susuz qalacaq

Azərbaycanla Türkiyə arasında Əməkdaşlıq Protokolu imzalanıb
10.12.2018, 17:09

Azərbaycanla Türkiyə arasında Əməkdaşlıq Protokolu imzalanıb

Rusiyada Əvəz Ələkbərov və Tofiq Quliyevin müəllifi olduğu kitab çıxdı
10.12.2018, 17:07

Rusiyada Əvəz Ələkbərov və Tofiq Quliyevin müəllifi olduğu kitab çıxdı

Bakı meriyası “Qarabağ mitinqi”nə “YOX” dedi
10.12.2018, 16:52

Bakı meriyası “Qarabağ mitinqi”nə “YOX” dedi

“Nar” gənclərə karyera qurmaqda dəstək olur
10.12.2018, 16:45

“Nar” gənclərə karyera qurmaqda dəstək olur

Bosniya və Herseqovinada AXC ilə bağlı konfrans keçirildi -  FOTO
10.12.2018, 16:41

Bosniya və Herseqovinada AXC ilə bağlı konfrans keçirildi -  FOTO

Böyük Britaniya Brexit-lə bağlı səsvermə keçirməyəcək
10.12.2018, 16:41

Böyük Britaniya Brexit-lə bağlı səsvermə keçirməyəcək

110 dövlət əmlakı özəlləşdirilir
10.12.2018, 16:37

110 dövlət əmlakı özəlləşdirilir

Azərbaycanda müəllim 7-ci sinif şagirdi ilə evləndi: “Ona dərs demişəm” - VİDEO
10.12.2018, 16:30

Azərbaycanda müəllim 7-ci sinif şagirdi ilə evləndi: “Ona dərs demişəm” - VİDEO

“Bakcell”ə “Ən yaxşı təqdimat” sertifikatı verildi
10.12.2018, 16:23

“Bakcell”ə “Ən yaxşı təqdimat” sertifikatı verildi

Azercell könüllü gənclərlə həmrəy oldu
10.12.2018, 16:15

Azercell könüllü gənclərlə həmrəy oldu

Bu ölkənin prezidentini 5-ci dəfə vəzifəsindən kənarlaşdırdılar
10.12.2018, 16:07

Bu ölkənin prezidentini 5-ci dəfə vəzifəsindən kənarlaşdırdılar

Rufiz Qonaqovun kitabının təqdimatı oldu
10.12.2018, 16:07

Rufiz Qonaqovun kitabının təqdimatı oldu

Koçaryanın vəkili jurnalistə Azərbaycan dilində CAVAB VERDİ - VİDEO  
10.12.2018, 15:55

Koçaryanın vəkili jurnalistə Azərbaycan dilində CAVAB VERDİ - VİDEO  

Öz həyatlarını “süpürməyə” çıxan süpürgəçilər...
10.12.2018, 15:40

Öz həyatlarını “süpürməyə” çıxan süpürgəçilər...

Gəncədə qızla oğlan dəm qazından zəhərləndi - Biri öldü   
10.12.2018, 15:30

Gəncədə qızla oğlan dəm qazından zəhərləndi - Biri öldü  

Bakıda piyadanı vurub öldürən sərxoş sürücü tutuldu
10.12.2018, 15:15

Bakıda piyadanı vurub öldürən sərxoş sürücü tutuldu

Saakaşviliyə qarşı daha bir ittiham irəli sürüldü
10.12.2018, 14:46

Saakaşviliyə qarşı daha bir ittiham irəli sürüldü

Ağcabədidə 5 kiloqramdan artıq marixuana aşkarlandı
10.12.2018, 14:31

Ağcabədidə 5 kiloqramdan artıq marixuana aşkarlandı

Kremldən “sarı jiletli”lər haqda AÇIQLAMA: “Böhtandan başqa bir şey deyil”
10.12.2018, 14:27

Kremldən “sarı jiletli”lər haqda AÇIQLAMA: “Böhtandan başqa bir şey deyil”

Azərbaycanlı qız Kamçatka gözəli seçilib - FOTOLAR
10.12.2018, 14:26

Azərbaycanlı qız Kamçatka gözəli seçilib - FOTOLAR

Sabunçuda 3 otaqlı ev yandı
10.12.2018, 14:21

Sabunçuda 3 otaqlı ev yandı

Gəncədə məktəb direktoru icra başçısının müavini təyin edildi
10.12.2018, 14:07

Gəncədə məktəb direktoru icra başçısının müavini təyin edildi

Ermənistan parlamentində qüvvələrin yeni NİSBƏTİ
10.12.2018, 13:50

Ermənistan parlamentində qüvvələrin yeni NİSBƏTİ

104 ölkəyə ixrac, 171-dən idxal - SİYAHI
10.12.2018, 13:48

104 ölkəyə ixrac, 171-dən idxal - SİYAHI

Azərbaycanda ərzaq malları 1,9 faiz bahalaşıb   
10.12.2018, 13:44

Azərbaycanda ərzaq malları 1,9 faiz bahalaşıb  

Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşüb
10.12.2018, 13:38

Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşüb

Kaşıkçının işi beynəlxalq məhkəməyə veriləcək
10.12.2018, 13:06

Kaşıkçının işi beynəlxalq məhkəməyə veriləcək

ARXİV