Modern.az

Jurnalistlər üçün yeni müsabiqə elan edilib

Jurnalistlər üçün yeni müsabiqə elan edilib

8 İyul 2013, 22:15

Binəqədi rayon İcra Hakimiyyəti 22 iyul - Mətbuat Günü münasibətilə jurnalistlər arasında müsabiqə elan edib.

İcra Hakimiyyərindən verilən məlumata görə, "Binəqədi rayonu - mətbuatın gözü ilə" adlı reportaj və yazı müsabiqəsində iştirak etmək üçün efirə getmiş sujeti və ya mətbuatda dərc edilmiş məqaləni 18 iyul 2013-cü il tarixinədək "[email protected]" elektron poçt ünvanına göndərmək olar.

Məlumata görə, müsabiqədə qalib gələn ilk 5 sujet və məqalə sahibləri hər nominasiya üzrə mükafatlandırılacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır