Modern.az

Cəsur və ağıldankəm “Forrest Qamp”: Tom Henksinın ad günüdür - FOTOLAR

Cəsur və ağıldankəm “Forrest Qamp”: Tom Henksinın ad günüdür - FOTOLAR

9 İyul 2013, 16:12

Bugün məşhur Hollivud aktyoru, iki dəfə “Ən yaxşı aktyor” nominasiyasında “Oskar” mükafatı laureatı Tom Henksin ad günüdür. 1956-cı il iyulun 9-da Amerikanın Kalifornya ştatının Konkord şəhərində dünyaya göz açan Henks valideynlərinin boşanmasından sonra başqa ailəyə övladlığa verilmişdi. Uşaq yaşlarından aktyor qabiliyyəti və yuumor hissi ilə yaşıdlarından seçilən gələcək aktyor Kaliforniya universitetinin elə aktyorluq fakulərinə daxil olur. Sonradan təhsilini yarımçıq qoyaraq kiçik teatr truppasına qoşulur. Müxtəlif şəhərlərdə teatt tamaşalar verən truppa Tom Henksin dramatik aktyor kimi yerişməsində önəmli rol oynamışdı.  

İlk film təcrübəsi olan 1980-ci ildə çəkilən “O, bilir siz necə təksiniz” filmi özünə diqqət toplauya bilmir. Bir neçə il müxtəlif filmlərdə çəkilən aktyorun ulduzu yalnız 1984-cü ildə “Sıçrayış” filmi ona diqqət cəlb edir. Hollivudun məşhur aktrisalarından olan Deril Hanna ilə birlikdə duet təşkil edən Tom Henks böyük şəhərin sahilndə peyda olan su pərisinə aşiq olan adi dükan satıcısı rolunu ifa edir. Filmin sonunda qəhrəmanlar soyuq dünyadan uzaqlaşaraq okeana üzürlər. Ekranlara çıxdığı gündən tamaşaçıların rəğbətini qazanan film ümumilikdə   

Növbəti sıçrayış üçün Henks daha 4 il gözləməli oldu. 1988-ci ildə çəkilən “Böyük” filmi onu qısa müddətdə ulduza çevirdi. 32 yaşlı aktyorun karyerası ikinci nəfəs aldı. Filmdə möcüzəvi şəkildə 12 yaşlı uşağın 39 yaşlı kişiyə çevrilməsindən bəhs edir. 30 yaşlı görünməsinə rəğmən 12 yaşlı uşağın düşüncəsinə malik qəhrəman “böyüklər dünyasının” sərt qaydaları ilə üzləşməli olur. İncə yumor və ironiya qarışıq film kino tənqidçiləri tərəfindən müsbət qarşlıanır. Əgər Tom Henks “Sıçrayış filmi üçün 70 min dollar qonorar əldə etmişdisə, “Böyük” filminə görə 1 milyon 750 min dollar qonorar aldı.  

Aktyorun ən maraqlı və məhsuldar kino dövrü 90-cı illərə təsadüf edir. Məhz 90-cı illərdə Tom Henks müxtəlif aktual mövzulara toxunan mürəkkəb dramatik filmlərdə yer alır.

Möhtəşəm dramatik aktyor qabiliyyətini o, 1993-cü ildə çəkilən Filadelfiya dramında nümayiş edir. Sağalmaz xəstəliyə yoluxmuş şəxsin məhkəmədə ədalət axtarmasına həsr olunan film aktyora “ilin ən yaxşı kişi aktyoru” nominasiyasında qələbə qazandırır. Növbəti ildə “Forrest Qamp” filmindəki eyniadlı obraza görə yenidən “Oskar” mükafatı qazanan Tom Henks ard-arda iki il bu mükafatı qazanan ikinci aktyor olur. Aktyor ounuun və karyerasının zirvəsi hesab olunan Forrest Qamp obrazı əqli problemləri olan, buna rəğmən böyük zəkaya və ürəyə malik sıravi amerikalı gəncin timsalında XX əsrdə Amerika tarixində baş verən bütün önəmili məsələlərə toxunulur. İrqi-ayrı seçkilikdən tutmuş, sosial ədalətsizliyə, müharibə fəsadlarından tutmuş insan iradəsinin gücünə qədər müxtəlif mövzularda mesajlar verilir.   

70-dən artıq filmdə yer alan aktyorun sonrakı filmotoqrafiyasında xeyli diqqət çəkən rollar olub. 1995-ci ildə “Appolon 13”, Stiven Spilberqin 1998-ci ildə rejissorluq etdiyi “Sıravi Rayanı Xilas etmək” filmi ilə bir daha Hollivud Olimpində ustalığı ilə parladı. “Sizə məktub var”(1998), “Lənətlənmiş yol” (2002), “Terminal” (2004), “Da Viçi kodu” (2006), Çarli Uilsonun müharibəsi (2007), “Mələklər və şeytanlar” (2009), “Larri Kraun” (2011) və s. yüksək bədii keyfiyyətlərə malik filmlərdə çəkilib.

Aktyorun şəxsi həyarına gəldikdə isə 1978-1987-ci illərdə aktrisa Samanta Luislə evli olan aktyorun bu nigahdan Kolin və Elizabet adlı iki övladı var. 1988-ci ildən günümüzə qədər Tom Henks film çəkilişlərində tanış olduğu Rita Uilson ilə evlidir. Bu nigahdan isə aktyorun Çester və Truman adında iki oğlu var. Artıq iki dəfə baba olan Tom Henks produser kimi də fəaliyyət göstərməkdədir. Hollivudun ən hörmətli aktyorlaından olan Tom Henksin buğun 57 yaşı tamam olur.

 

 

 Vüqar İsmayılov           
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir