Modern.az

Yunis Hüseynov: “Həyat yoldaşım Aynur xanım mən işlədiyim komandaya azarkeşlik edir” - MÜSAHİBƏ

Yunis Hüseynov: “Həyat yoldaşım Aynur xanım mən işlədiyim komandaya azarkeşlik edir” - MÜSAHİBƏ

Mədəni̇yyət

11 İyul 2013, 11:42

Futbol üzrə milli komandamızın sabiq kapitanı, veteren futbolçu, “Karvan”, “Xəzər Lənkəran” klublarının keçmiş baş məşqçisi Yunis Hüseynov Modern.az saytının suallarını cavablandırıb.

- Yunis müəllim, xeyli müddətdir ki, işsizsiniz. Dəvətlər var?

- Təxminən bir ay əvvəl dəvətlər var idi. Amma alınmadı.

- Yerli klublar idi?

- Bəli. Amma razılığa gələ bilmədik.

- Maliyyə məsələlərinə görə?

- Yox, ümumilikdə razılığa gələ bilmədik.

- Hazırda dörd klubumuz Avrokuboklarda mübarizə aparır. Onların çıxışlarını necə dəyərləndirirsiniz?

- “Qarabağ” və “Xəzər Lənkəran” yüz faiz birinci mərhləni keçəcək. “İnter” evdə 1:1 oynasa da, səfərdə həmin komandanı keçə bilər.

- Hətta rəqib “Marihaem”in rəhbəri də bildirdi ki, “İnter”dən belə zəif oyun gözləmirdilər. Yəqin siz də razılaşırsınız ki, “İnter” imkanlarından zəif çıxış elədi.

- Bu il “İnter”i çox oyunçular tərk elədi. Yeni oyunçular da komandaya uyğunlaşa bilməmişdilər. “İnter” oyunun ilk 15-20 dəqiqəsini yaxşı oynadı və bir də hesab bərabərləşəndən sonra oyun göstərməyə başladılar. Rəqib komandanın iki hücumçusu zədələndiyinə görə oyundan çıxmasaydılar, “İnter”ə daha çətin ola bilərdi. İkisi də yaxşı futbolçular idi. Amma “Mariheam”ı udmaq mümkündür. Sadəcə əzmkarlıq nümayiş etdirmək lazımdır.

- Müsahibələrinizin birindi bildirmişdiniz ki, “Xəzər Lənkəran” ilk mrəhələni keçsə də, ikinci mərhələni adlaya bilməyəcək. Niyə?

- Lənkəranın rəqibi çox zəifdir. Yəqin ki, bu gün ən azı 2-3 top fərqiylə qələb qazanacaq. Amma ikinci oyunda “Makkabi” ilə oynaya bilər. “Makkabi” yoldaşlıq görüşündə “Neftçi”ni 3:0 hesabıyla udmuşdu. Onlarda yeni səviyyəli futbolçular da var. Ona görə də Lənkərana çətin olacaq.

- “Nefçti”nin rəqibi olan Albaniya çempionu “Skenderbeu” haqda nə deyə bilərsiniz?

- “Neftçi” ilk mərhələni keçəcək. İnternetdən izləmişəm ki, onlar Avstriyadakı toplanışda 17 top buraxmışdılar. Amma bu, futboldur. Onların da şansları var. Rəqib də elə-belə məğlub olmayacaq.

- Neçə vaxtdır işsizsiniz. Müntəzəm futbol oynamış, məşqçi işləmiş insan üçün çətin deyil ki?

- Əlbəttə çətindir. Adam işləyəndə aktiv olur. Yoldaşlarla görüşürəm, hərdən futbol oynayıram. Günümüzü keçiririk. İnşallah yaxşı olar.

- Bildiyimiz kimi həyat yoldaşınız Aynur Sofiiyeva bir zamanların tanınmmış şahmatçısıdır, hazırda dövlət komitəsində sədr müavinidir. Maraqlıdır, o da futbol azarkeşidirmi?

- Bəli, o da futbola baxır.

- Dünya futbolunda hər ikinizin azarkeşlik elədiyiniz komandalar var?

- Elə bir şey yoxdur. Sadəcə o, mən işlədiyim komandaya azarkeşlik edir.

- Belə başa düşdüm ki, “Xəzər Lənkəran”a azarkeşlik edir.

- Yox, belə heç bir kluba azarkeşlik eləmir. Onun o qədər işi var ki, futbola azarkeşlik eləməyə vaxtı yoxdur.

İntiqam Valehoğlu

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı