Modern.az

Yüz ölkənin dövlət rəsmisi iqlim dəyişikliyini müzakirə edib

Yüz ölkənin dövlət rəsmisi iqlim dəyişikliyini müzakirə edib

23 Sentyabr 2009, 13:12

ABŞ-ın Nyu-York şəhərində iqlim dəyişikliyi problemlərinə dair sammit başa çatıb. BMT Baş katibi Pan Ki Mun deyib ki, sammit qlobal istiləşmə ilə mübarizəyə yeni impuls verib və yeni ümumi razılaşmanın hazırlanmasını yaxınlaşdırıb. Onun fikrincə konkret tədbirlərlə bağlı razılaşma dekabr ayında keçiriləcək Kopenhagen görüşündə əldə oluna bilər.
BMT baş katibi deyib ki, Çin, Hindistan, ABŞ qaz emissiyalarının həcminin azaldılmasına söz verib. Nyu-Yorkda keçirilən bir günlük sammitdə 100 dövlət rəsmisi iştirak edib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir