Modern.az

“Cənub ədəbiyyatı”nda Duman Ərdəm – Modern.az təqdim edir

“Cənub ədəbiyyatı”nda Duman Ərdəm – Modern.az təqdim edir

Ədəbi̇yyat

13 İyul 2013, 13:28

Duman Ədəm 1983-cü ildə Güney Azərbaycanın Təbriz şəhərində anadan olub. Şeirlər, hekayələr, pyes və roman müəllifi olan Duman Ərdəm Güneydə ən çox oxunan və öncül imzalardandır. Yaradıcılıq dəsti-xətti ilə mənsub olduğu ədəbi nəsildə hamıdan seçilir. Onu anti-ədəbiyyatçı adlandırsalar da da, D. Ərdəm bununla razı deyil. Onun şeirləində qarşısına çıxacaq hər şeyi sındırmaq meyli görünür. Şair belə fikirləşir ki, heç nə tənqid olunmayacaq  dərəcədə ülvi deyil:

1.

hamı yatırsa gecələr

mən yerin altına qulaq asıram.

Sən demə,  gördüyümüz röyalar
yeraltında yaşanan həyatlardılar...

Hamımız dustağıq,
hamımız sürgün bu yer üzündə.
Ulduz keşik çəkir
it keşik
pişik keşik

dənizdəki bəyaz quşlar
həbsxanaya göndərilən məktublardılar.
Hələki yeri qazırıq
hələki qaçmağa düşünürük 
qaçmağa...

2.

mən əvvəlcə quş idim,  mən əvvəlcə balıq
göyüzündəki təyyarələr
dənizdəki gəmilər
ən böyük xatirədirlər.
Sonra qovulanda
yəni,  insan kimi doğulanda
içimdə bir məzar verdilər
hər kəsin içində bir məzar verdilər
daşı dedilər
sonra vaxtı gələndə könüllücə
“uzan və öl” dedilər
məzarlıqda qoca bir itə soruşdum:
-“ay it, ay it, mən nəyəm?”
- sən məzarsan, – dedi məzar...

***

Əgər bu buludların altında
saçlarımız ağarırsa,
əgər saçlarımızın üzərində
buludlar yox olursa,
başmaqlarımız yırtılırsa
buludların altında
sevdiyimiz köynək
təmizlik köhnəsinə çevrilirsə
əgər bu buludların altında
biz iki başıqsa iki bədən
gəl sevgiylə yormayaq özümüzü
sevməmişdən ayrılaq....

 

***

qarşımı kəsdi qız gəlin 
yolarkən saçlarını
evimiz yıxıldı
dedilər: anamız öldü
soluma baxdım gülümsəyərək
- bu da unudular
unudular hər şey dedim-
dedim
içirdik hıçqıra-hıçqıra
tutarsız düşmüşdük  xaraba bucağında
birisi ürəyinizdəkinin
sizə xəyanət edənlərin sağlığına
deyə sıpqardı
sağıma baxdım gülümsəyərək
- bu da unudular
unudular hər şey -
dedim
bizi qulaqladılar
əlimizdə elan bildiriş
hər nəyi dandım
yıxdım dostların başına
yoxsa məni də düzəldəcəydilər
polislər
dustaqdakılardan xəbərim yox
qarnımla qarın altında baş açammıram
bir gün uşaqkən
qəbiristana düşən topumu götürürdüm
qarşımı kəsdi iki uşaq
birisi oğlan
birisi qız
şalvarımı çıxardılar
şalvarlarını
köynəyimi
köynəklərini
hər nəyimi
hər nələrini
dombalıb baxdıq üçünün də düz içinə
çöp də uzatdıq
qız dedi: ay qız
25 il
35 il
nəm nə mənə 5 il
sonra qarşılaşsaq
unudacağıq
utanmayacağıq
biz parkadıyq
hopur gözlərimə ağbirçək bir qızcığaz…
…utanırıq
- bəzi şeylər var
unudulmur bu həyatda

***

görəsən xoşbəxt olacağammı?
abırlı bir iş tapacağammı?
yaxşı evim luks bir arabam olacaqmı?
o qız zəng vuracaqmı?
yenə də barışacağıqmı?
borclarımı ödəyəcəmmi?
(keçir gözlərimdən qara yazı)
- lütfən işinizi bitirdikdən sonra bir aftafa su tökün

***

Az öncə etiraz etdilər! 
Apartımanımda qaranlıq pillələr.
Yorulduq, bezdik - dedilər
Nəşini kefli-kefli qalxızmaqdan
Həmən getmə, həmən qal
Yoxsa onlarda bir-bir gedərlər!

Bunu sən anlata biləcən təkcə,
Mən bir ögey uşaq, danlayan Təbrizə
Açarlarımı tez-tez itirsəm belə,
Kölgəmlə yola getməsəm, anbaşı polisə getsəm...
Daha boş səndəl saxlamasin terya keffelerinde,
Öncə getsin! evdə qalmış, qarımış ərkini versin ərə!

Həmən getmə, həmən qal!
Gecə telefon trafiyində qudursa ağcaqayınlar
zəng edərlərsə mənə
- Həni murdar bir it kimi gəbərdəcəyik - derlərsə
Qal! ey qadın qılığına girmiş təbrizli şəmsim!

Qalsana, anlatsana yol qırağında əski bir kafe idim
SAVAK-ın əmrilə güllələndim
Öldü müştərilərim...
Sındı şişələrim...
Atamla xərclik məsələsindən
Rəflərdən DASKAPİTALı seçdim

Həmən getmə, həmən qal!
Az öncə məktub göndərdi sözəbaxmaz kəlmələrim
- Qayıtmasa o təbrizli dərviş
Səninçün yaaaş olacaq bu iş,
GÜLLƏLƏYƏCƏYİK.
Biz bir-birimizi
Yığışdıracağıq şeirlərindən pəsə-püsəmizzi-

Həmən getmə, həmən qal
Gözlüyümü bir arxadaş, bir yoldaş
Ayağı altda sındırar
-Sənin satqınlığına getdi-fısıldar
Divarlara yazdığımız bütün ideallar

Televeziyonda son xəbər:
- Bələdiyyə məmurları küçə itlərini güllələyər-
Bu gün küçəyə çıxmayacam
Siqaret belə almıyacam
Ucqar kəndlərdə qoca bir it var
Hər gecə ay işığına ağlayar
O itin darıxmasıyam
Bir falçı dedi-apreldə öləcən!
Bununçun kitablardan hamısını yandırasıyam
Həmən getmə həmən qal
Içimdə birisi var:
Ulduzlar təpəmə düşəcək! qorxar,qaçar,
Coğrafiya dışında şəhərlərə bilet alar

Həmən getmə, həmən qal

Bütün fəsillər
Bütün buludlar, adamlar, böcəklər...
Tənha itlərin nəfəslərindən doğarlar
Həmən getmə həmən qal
Yoxsa bilirəm bilirəm
Bütün otubus radiyolarında
Təkcə hava idarəsi danışar
Əziz həmvətənlər! bu bahar tez bitəcək-
Həmən getmə, həmən qal.

Hazırladı: Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır