Modern.az

Çingiz Abdullayev: “Əslində Kamal Abdulla düz deyir...”

Çingiz Abdullayev: “Əslində Kamal Abdulla düz deyir...”

13 İyul 2013, 13:44


“Kamal Abdulla bilir ki, mən Yazıçılar İttifaqının katibiyəm. Görünür, səhv anlaşma olub. Bir daha deyirəm, mən AYB-də katibəm”. Bunu Modern.az-a açıqlamasında AYB katibi, Milli PEN klubun prezidenti Çingiz Abdullayev deyib.

Xatırladaq ki, yazıçı Kamal Abdulla Modern.az-a müsahibəsində həmkarı Çingiz Abdullayevin AYB katibi olmasından məlumatsızlığını kinayəylə dilə gətirib: “Çingiz bəyəm AYB-də işləyir? Mən elə bilirdim, o PEN klubun prezidentidir…”.
  Çingiz Abdullayev yazıçı Kamal Abdullanın onun haqqında səsləndirdiyi fikrə münasibət bildirərkən bildirib: “Əslində, Kamal Abdulla doğru deyib. Anar Yazıçılar Birliyinin sədridir, mən də PEN klubun prezidentiyəm. Anar PEN klubun da üzvüdür, mən də Yazıçılar Birliyinin katibiyəm”.

“Kamal Abdulla ilə 30 ildir dostuq”, – deyən AYB katibi öz fəaliyyətlərindən də söz açıb:

“İranda iki şairi həbs edəndə nə qədər məktub yazdıq, onları buraxdılar. Əkrəm Əylisli ilə əlaqədar rus yazıçısı Boris Akunin etiraz etmişdi, onun da cavabını verdik”.

Çingiz Abdullayev PEN klubunun gələcək planlarından da danışıb. “Həmişə söz azadlığını, müdafiə edirik. İndi böyük proqram yaratmışıq ki, Azərbaycan yazıçılarının kitabları “lib.rus.ec” saytında yerləşdirmişik. Azərbaycan dilində çıxan kitablar bu sayt vasitəsi ilə dünyaya qapı açacaq, ordan hər Azərbaycan yazıçısı pul alacaq. Natiq Rəsulzadə Vaqif Nəsirovla birlikdə bu proqrama nəzarət edir. Çalışırıq ki, Azərbaycan yazıçılarının kitablarını başqa dillərə də tərcümə edib internetdə yerləşdirək. Bundan başqa, Fransanın, İngiltərənin uşaq yazarlarının əsərlərini tərcümə edib internetə qoymaq üçün həmin əsərlərin icazəsini almışıq”.

Namidə BİNGÖL  
Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər