18 yanvar 2018, Cümə axşamı
Ana Səhifə - REPORTAJ - Rafiq Hüseynovun “İkinci bahar”ı - FOTO+VİDEO 
Rafiq Hüseynovun “İkinci bahar”ı - FOTO+VİDEO 
30.10.2017, 12:04

Modern.az-dan: Bu yazı Rafiq Hüseynovun 67 yaşı ərəfəsində yazılmışdı... Məşhur diktorun vəfat etdiyini nəzərə alaraq, məqaləni yenidən oxucularımızın diqqətinə təqdim edirik...


Gərək ki, bunu Anadolu türkləri deyirlər: “Eşq və yaş bir-birlərinə təsir edən anlayışlar deyil. Bu baxımdan ikinci bahar yeni bir şansdır və o böyük bir xoşbəxtliyə çevrilə bilər”.

Bəli, müşahidələr də göstərir ki, “ikinci bahar” adlandırılan ikinci evlilik bir sıra hallarda insana böyük xoşbəxtlik nəsib edir.

Bəzən birinci evlilikdə oxu daşa dəyən qadın və ya kişiyə tale irəli yaşlarda “ikinci bahar” yaşamaq nəsib edir. Və o zaman əsl ailə xoşbəxtliyinə qovuşan insan həyatın yalnız qara və ağdan ibarət olmadığını anlayır. Keçmişin mənfi düşüncələrindən azad olur, yeni gün, yeni arzu və istəklə həyata bağlanır...

Modern.az saytının “İkinci bahar” adlı yeni rubrikasında ictimai, siyasi, mədəni, idman və digər sahələrdə tanınmış simaların birinci və ikinci evliliyindən söhbət açılır. Ən çox da ikincidən...

Rubrikamızın budəfəki təqdimatı Azərbaycanın xalq artisti, Azərbaycan Televiziyasının məşhur diktoru, kino redaktoru Rafiq Hüseynov barəsindədir. O Rafiq Hüseynov ki, təkrarolunmaz səsiylə tamaşaçıların sevimlisi, televiziya diktoru kimi çalışmaq istəyən gənclərin kumiri olub.

Rafiq Hüseynov gələn ay - 4 avqustda 67 yaşını qeyd edəcək...

Şuşada doğulan Rafiq Hüseynov Bakıda - İçərişəhərdə yaşayarkən atasını çox erkən yaşlarında itirir, anası onu və bacısını çətinliklə böyüdür. Orta məktəbi bitirdikdən sonra şərqşünas olmaq istəyirmiş, amma sənədlərini götürmürlər. Ailə vəziyyəti ağır olan 17 yaşlı Rafiq iş tapmaq məqsidlə Azərbaycan Televiziyasına gəlir. Yalandan televiziyaya vurğun olduğunu söyləyir. 
“Nə iş versəniz işləyəcəm” deyir və onu işıqçı işinə götürürər. İki il AzTV-də işıqçı kimi çalışır. Və televiziyaya elə bağlanır ki, buranı tərk etməyi ağlından belə, keçirmir.

Sonradan onu diktorlar müsabiqəsinə dəvət edirlər. Müsabiqədən keçən Rafiq Hüseynov 1966-cı ilin dekabrında ilk dəfə diktor kimi efirə çıxır. İlk efir günündə həyəcandan çaşıb mətni o dərəcədə pis oxuyir ki, o zaman televiziyaya ciddi nəzarət edən Mərkəzi Komitədən zəng edib deyirlər ki, “bu kimdir işə götürmüsünüz, onu ordan rədd edin!”. Rafiq Hüseynovu o zaman AzTV-nin sədr müavini işləyən mərhum şair Nəbi Xəzri xilas edir və deyir ki, “bu oğlanın gələcəyi var”. Tarix Nəbi Xəzrinin yanılmadığını sübut edir...

Mərkəzi Komitədən verilən o göstərişdən sonra 7 ay efirə buraxılmayan gənc Rafiq, ümidsizliyə qapılmır, əksinə, öz üzərində işləyərək yenidən etimad qazanır.
Beləcə AzTV-də diktor olaraq qalan Rafiq Hüseynov bütün varlığını seçdiyi peşəyə həsr edir. İllərdən sonra öz səsiylə tamaşaçıların sevimlisinə çevrilir... Fəaliyyəti dövründə Moskvanın ali dərəcəli diktoru səviyyəsinə kimi yüksələn Rafiq Hüseynov bir müddət AzTV-nin sədr müavini vəzifəsində də çalışmağa nail olur...

Ömrünün çox hissəsini televiziyaya həsr edən Rafiq müəllimin həyatında ağrılı günləri çox olub. Bir övladını vaxtsız və faciəvi şəkildə itirib, ailəsi dağılıb, sonra yenidən evlənib, yenidən ayrılıb, uzun illər çalışdığı AzTV-dən uzaqlaşdırılıb və s...

İlk sevgilər, eşq macəraları və evliliklər...

Rafiq Hüsüeynov 4 dəfə ailə qurub, özünün etirafına görə, hələ neçə dəfə başqa xanımlarla da eşq macəraları yaşayıb... Haqqında səsləndirilən “arvadbaz” ifadəsinə gülümsəməklə cavab verən Rafiq Hüseynov müsahibələrinin birində “Mənim sevgililərim çox olub. Onlardan bəziləri ömürlük yadımda qalacaq. Sirr olaraq qalacaq... Sevmişəm, aşiq olmuşam burda nə var ki? Bu məhəbbətdir, hər kəsin başını gələ bilər və gəlir də...” deyib.

Evlilikləri barədə danışarkən isə ”sevgi tükənəndən sonra o, münasibətləri uzatmağa dəyməz” söyləyib: “Mən heç bir qadının qəlbini qırmamışam. Xanımlara hörmətlə yanaşmışam. Anlaşıb ayrılmışıq... Mən boşanmaqla o qadınlara da şans verirdim ki, gələcəkdə öz həyatını qura bilsinlər. Hamısı ilə indi də dostam. Aramızda heç bir narazılıq da yoxdur”.

Bu evliliklərdən ikisi Rafiq müəllimin həyatında silinməz izlər qoyub. Biz onun məhz həmin ailə həyatlarından söz açmağa çalışacağıq: gəncliyində öz həmkarı ilə yaşadığı evlilik və həyatının yaşlı dövrünə təsadüf edən 4-cü evliliyi...

Məhz 4-cü evlilik onun üçün “İkinci bahar” olub, xoşbəxtliyini də bu ailəsində tapıb...

Rafiq Hüseynovun gəncliyində yaşadığı evliliklərdən biri özü kimi tanınmış sima ilə – Azərbaycanın xalq artisti, AzTV-nin məşhur xanım diktoru Roza Tağıyevayla bağlıdır...
Rafiq Hüseynov və Roza Tağıyeva televiziyaya eyni vaxtda gələn diktorlar nəslindəndirlər... Hər iki istedadlı diktorun həyat hekayəsi də televiziyadan başlayıb. Bir-birlərini seviblər, ailə qurublar, övlad acısı yaşayıblar və... ayrılıblar...

Bu dəhşətli hadisə 1984-cü ildə baş verib. Roza Tağıyeva ilə Rafiq Hüseynovun başına gələn fəlakət onları tanıyanların hamısını bərk sarsıdır. Onların övladı - Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi Rövşəni doğrayıb, qətlə yetirmiş, meyitin qalıqlarını da çemodana yığmışdılar.

O zaman bu hadisə ilə bağlı müxtəlif şayiələr, söz-söhbətlər yayılmışdı. Kimi deyirdi hadisəni Rafiq Hüseynovun Roza Tağıyevayla evlənməzdən əvvəl oğulluğa götürdüyü şəxs törədib, kimi də bu qətlin Rafiq müəllimin birinci həyat yoldaşının qonşusu tərəfindən həyata keçirildiyini deyir, digər söhbətlərdə olayın onlara yaxın başqa biri tərəfindən gerçəkləşdirildiyi söylənilirdi. Bəzi məlumatlarda isə hadisəni Roza Tağıyevanın əvvəlki evliliyindən olan oğlunun törətdiyi bildirilirdi, yəni qətlin guya, ögey qardaş tərəfindən həyata keçirildiyi iddia olunurdu...
 
O zaman çətinliklə də olsa, bu cinayətin üstü açıldı, qatil yaxalandı və ona güllələnmə hökmü kəsildi. Məlumatlara görə, qatil güllələnmə hökmünün icrasınadək Bayıl həbsxanasındakı 5-ci korpusun 129-cu kamerasında saxlanılırmış. Həmin müddətdə həbsxanada vərəm xəstəliyinin ağır formasına tutulan cinayətkarın tale üzünə gülür, məhkəmə onun işinə yenidən baxıb ölüm hökmünü 20 illik cəza müddətiylə əvəz edir.

Modern.az saytının araşdırmasına görə, Rafiq Hüseynovla Roza Tağıyevanın oğlunu qətlə yetirən, həbsxanada ağır xəstəliyə tutulan o şəxs 19 il cəzaçəkmə müsəssisəsində yatandan sonra, 2003-də azadlığa çıxıb. Onun hazırda Tərtər rayonunda yaşadığı deyilir.

O hadisə Rafiq Hüseynov və Roza Tağıyevanın ailə həyatını da alt-üst etdi... Müsahibələrinin birində “mənə bu haqda danışmaq olduca ağırdır” deyən Rafiq Hüseynov indiki həyatında “oğlumun yanımda olmasını istərdim. Müqəddəs kitablarda yazılıb ki, ölüm müvəqqəti ayrılıqdır. Mən hesab edirəm ki, bu həqiqətdir və biz nə vaxtsa bir yerdə olacağıq” söyləməklə axirət dünyasının nəzərdə tutduğuna işarə edib.

Uzun illərdir hər biri öz həyatını yaşasa da, Rafiq Hüseynov və Roza Tağıyeva yenə də bir müəssisədə - Azərbaycan Televiziyasında işləyirlər. Ayrılmalarına, faciə yaşamalarına baxmayaraq aralarında dost münasibətləri qalmaqdadır.

Mətbuatla çox az təmasda olan Roza xanım müsahibə verməyə həvəsli deyil. Modern.az saytına qısaca açıqlamasında “bu gün də AzTV-yə işə gedib-gəlirəm. Televiziyanın Ədəbi-dram redaksiyasının kadrarxası mətnlərini oxuyuram. Sadəcə efirə özüm çıxmaq istəmirəm” deyən Roza xanım efirə çıxmamasının səbəblərindən danışmaq istəməyib.

Rafiq Hüseynov isə hazırda AzTV-də aparıcılar üzrə bədii rəhbər vəzifəsində çalışır...

”İkinci bahar”

Mən o insanlara həmişə qibtəylə yanaşmışam ki, qurduğu ilk ailədə xoşbəxtliyini tapır, ömrünün sonunacan o insanla xoşbəxt olur. Amma elə insanlar da var ki, mənim kimi axtarışda olur. Sonunda öz axtardığını tapır” deyən R.Hüseynov axtardığı xoşbəxtliyi sonuncu - 4-cü evliliyində tapıb, Səbinə Hüseynli adlı xanımla ailə həyatı qurmaqla.

Bu evlilik Rafiq müəllim AzTV-dən işdən çıxandan sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dərs dediyi illərdə baş tutub.

Səbinə xanım onun tələbəsi olub. Bütün tələbələr kimi 4-cü kursda oxuyan 21 yaşlı Səbinə də Rafiq Hüseynova simpatiya bəsləyirdi... Amma hələlik yalnız müəllim kimi... Tələbəykən müstəqil telekanallardan birində keçirilən diktorluq müsabiqəsində iştirak edib, uğur qazanan Səbinə xanım diksiya dərsi almaq üçün Rafiq Hüseynova müraciət edir. Və aralarındakı müəllim-tələbə ünsiyyati bir müddət sonra sevgi münasibətləriylə əvəzlənir...

Özündən 30 yaş cavan tələbəsinə aşiq olan müəllimindən evlilik təklifi alanda Səbinə xanımın ailəsi buna qarşı çıxıb. Zarafat deyildi, 51 yaşlı kişi 21 yaşlı qızla ailə həyatı qurmaq istəyirdi. 
Amma ailəsinin, qohumlarının etirazlarına baxmayan gənc xanım Rafiq Hüseynovla evliliyə razı olur.
”4-cü kursda oxuyurdum, 21 yaşım vardı. Rafiqin təcrübəsi böyükdür, qadınları cəlb etməyi yaxşı bacarır. Mən də o sarıdan sırf təcrübəsiz. Təklifini qəbul etdim, qısa bir müddətdə ailə qurduq” deyə o, həmin günlər haqda danışarkən bildirib. İllər sonra hisslərinin onu aldatmamasına sevindiyini də gizlətməyən Səbinə Hüseynli Rafiq Hüseynovla ailə həyatı qurduğuna peşiman olmadığını bildirir...

Bu, Rafiq Hüseynovun 4-cü evliliyi olsa da, onun üçün xoşbəxtliyini tapdığı “İkinci bahar” sayıla bilər. Tale 55 yaşı olanda Rafiq Hüseynova 4-cü evliliyindən bir qız övladı nəsib etdi.
Ailədə indi 12 yaşlı bir qız böyüyür – Leyli Hüseynli. Atasının dediyinə görə Leyli incəsənətə meyllidir, rəsm çəkir, musiqiylə məşğuldur, hətta dostlarının təklifiylə bir filmə də çəkilib.

Tanımayanlar, bilməyənlər onu Rafiq müəllimin yanında görəndə elə bilirlər ki, nəvəsidir. Özü də bunu dəfələrlə etiraf edib.

“Mən bundan sonrakı həyatımı qızım üçün yaşıyıram” deyən Rafiq müəllim Leyli ilə nəfəs aldığını, ona həddindən çox çox bağlı olduğunu bildirir.
Hətta bir ara xəstələnəndə, xəstəxanaya düşəndə belə, özünü deyil, qızını düşünürmüş:Ancaq qızımı düşünürdüm. Düşünürdüm ki, mən elə bir vəziyyətə düşməyim ki, bu yaşımda qızımla gəzə bilməyim”.

Yeri gəlmişkən, Leyli dünyaya gələndə Rafiq müəllimə telefon açıb ilk təbrik edən şəxs keçmiş həyat yoldaşı Roza Tağıyeva olub.   

“Əsas fikrim, düşüncəm qızımla bağlıdır...” deyən Rafiq Hüseynov Leylinin gələcəyinin onu çox düşündürdüyünü söyləyir: “Allah ömür versin, onu yerbəyer edim – bilik, savad verim, ailə qursun...”.

Rafiq Hüseynovun ailə həyatında yaşadığı “İkinci bahar” iş həyatında da təkrarlanıb. Bütün varlığı ilə bağlandığı televiziyadan ayrılandan 15 il sonra yenidən – ikinci dəfə ora qayıdıb...

1990-cı ildən öz xahişiylə televiziyadan ayrılan Rafiq müəllim bunu o vaxt ölkədə gedən siyasi proseslərə qoşulmaq istəməməsiylə, televiziyadan yalan xəbərlər oxumaqdan qaçmasıyla bağlayır. Beləcə 15 il sevdiyi işindən ayrı qalmalı olur.
”Müəyyən mətnləri oxutmaqla məni insanların gözündən sala bilərdilər. Hətta bəzi dostlarımın əleyhinə olan mətnləri də oxumalı idim. Buna görə də, öz ərizəmlə işdən çıxdım” - deyə o günləri belə xatırlayır. 

Rafiq müəllim deyir ki, 15 il televiziyadan kənarda qalandan sonra AzTV rəhbərliyinin təklifiylə yenidən işə qaytarılması ona ikinci həyat bəxş edib. “İkinci bahar” kimi... Hazırda AzTV-də aparıcılar üzrə bədii rəhbər vəzifəsində çalışmaqdan zövq aldığını gizlətmir...

Həyatında “İkinci bahar” yaşayan Rafiq Hüseynov bir çox mahnıların da müəllifidir... Hətta mahnıları özü ifa edir...




A.Qorxmaz

***
Həmçinin oxu

Fransız qadının dünyaya gətirdiyi dahi azərbaycanlı haqqında bilmədiklərimiz - FOTOLAR
http://modern.az/articles/40683/1/


Rüstəm İbrahimbəyovun “İkinci bahar”ı - FOTOLAR
http://modern.az/articles/41430/1/


Dədəqorqud
15.07.2013, 08:03

Yazının başlığı Rafiq Hüseynovun “İkinci bahar”ı yox, Rafiq Hüseynovun “dördüncü bahar”ı kimi getsəydi daha düzgün sayılardı. Rafiq müəllim gözəl diktor, hörmətli tanınan adamdır. şəxsi həyatını oxuyandan sonra bir Sovet raykomunun gənc, boşanan ailə başçısına etdiyi tənbeh yadıma düşdü : Boşanan gənc ailə başçısını raykom yanına çağırıb danlayır ki, bəs boşanmaq olmaz. Kişi ailəni bir dəfə qurar və düzgün idarə edib, bütün çətinliklərə sinə gərməlidir və sair..... Axı sən niyə boşanırsan? Oğlan cavab verir: Mən daha onu sevmirəm. Raykom əsəbləşir: bəs biz nə edirik səncə? Sevmək almaq üçün idi. İndi sevdirmək lazımdır. Ay Rafiq müəllim əgər sənin şəxsi həyatındakı tale yolun örnək olarsa gör qızlarımız nə müsibət çəkər. Sən, mən və sair hansı kişi qəbul edər ki, qızını alsınlar, sonra da xoşbəxtlik axtarışı ilə bağlı boşasınlar! Sənin ay Rafiq müəllim ictimai və işgüzar həyatun ürnək, şəxsi həyatun isə gizli qalsa yaxşıdır. Xətrinə toxunan nə isə yazmışamsa qabaqcadan üzr istəyirəm.

Vetenperver
15.07.2013, 13:22

Umumiyyetle bele taninmis sexslerin aile heyati gizli qalsa yaxsidi. Yoxsa illerle hormet beslediyin, sesini mavi ekrandan eside eside biyuduyun bir taninmis haqqinda bele seyleri oxuyanda qelbin sinir, ona hormetini itirirsen. Hetta qizindan da kicik bir tecrubesiz telebesini aldadib yoldan cixaran sexse nece hormetle yanasmaq olar. Bu artist, mugenni tayfasindan duz emelli, sonacan saf birisi rast gelmedi de.

nura
15.07.2013, 14:31

Kim olursan ol hərənin bir tale payı var..hərənin bir qisməti var.Əgər Rafiq müəllim yaxşı adam olmasaydı son günə dək Roza xanım onunla dost olmazdı.Onun yüksək insani keyfiyyətlərə malik olduğunu dəfələrlə eşitmişəm.Bilirsiniz!Hər kimin həyatı ilə tanış olsaqda olmasaqda bizim əxlaqımız damarımızla axan qanımızdadır.o bizim genimizdir...onu heç nə ,heç kim dəyişə bilməz.sadəcə olaraq hər kəsin şəxsi həyatı sirr olaraq saxlanılsa əla olar.

Ağadayı
15.07.2013, 15:27

İNDİ PULU YOXDUR, OLSA, HƏLƏ BAHARLARININ SAYI DAVAM EDƏRDİ.

Oxucu
16.07.2013, 08:26

Rafiq müəllimin şəxsi həyatı haqqında fikir yürüdə bilmərəm.Amma kaş ki onun ailə həyatının təfərrüatları açıqlanmamış olaydı.Təəssüf ki, xöşbəxtliyini gec tapıb.

ika
20.11.2013, 10:30

İkinci həyat yoldaşının adı nədir?

doktor xanim
22.12.2013, 09:43

Allah size deymesin .Men de ...........

fanati
13.02.2016, 12:21

heyatinin hakimi ozudur gozel senetkardir indi beleleri yoxdu

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Sabiq rektora hökm oxundu
18.01.2018, 21:29

Sabiq rektora hökm oxundu

Livan mediası 20 Yanvar faciəsindən yazdı
18.01.2018, 21:14

Livan mediası 20 Yanvar faciəsindən yazdı

Milli Oftalmologiya Mərkəzində aksiya …
18.01.2018, 20:59

Milli Oftalmologiya Mərkəzində aksiya …

Vaxtı keçmiş kreditlərin məbləği 1.8 milyard manatı ötüb
18.01.2018, 20:47

Vaxtı keçmiş kreditlərin məbləği 1.8 milyard manatı ötüb

Ukrayna müharibəyə hazırlaşır - İDDİA
18.01.2018, 20:33

Ukrayna müharibəyə hazırlaşır - İDDİA

Türkiyədə fövqəladə  vəziyyət  rejimi daha 3 ay uzadıldı
18.01.2018, 20:19

Türkiyədə fövqəladə vəziyyət  rejimi daha 3 ay uzadıldı

Elmar Məmmədyarovun Nalbandyanla görüşü yekunlaşdı - YENİLƏNİB
18.01.2018, 20:02

Elmar Məmmədyarovun Nalbandyanla görüşü yekunlaşdı - YENİLƏNİB

“Azərpoçt”un rəhbəri Vergilər Nazirliyində baş direktor oldu
18.01.2018, 19:51

“Azərpoçt”un rəhbəri Vergilər Nazirliyində baş direktor oldu

Qəza Heydər Əliyev prospektində tıxac yaratdı
18.01.2018, 18:55

Qəza Heydər Əliyev prospektində tıxac yaratdı

Avropada qasırğa 4 nəfəri öldürdü
18.01.2018, 18:47

Avropada qasırğa 4 nəfəri öldürdü

Teleradio yayımçılarına 3 milyon manat ayrıldı
18.01.2018, 18:39

Teleradio yayımçılarına 3 milyon manat ayrıldı

Prezident azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı sərəncam verdi
18.01.2018, 18:26

Prezident azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı sərəncam verdi

Teymur Bünyadov “Şərəf” ordeni ilə təltif edilib
18.01.2018, 18:15

Teymur Bünyadov “Şərəf” ordeni ilə təltif edilib

Baş redaktordan TƏKLİF: “Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın”
18.01.2018, 18:04

Baş redaktordan TƏKLİF: “Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın”

Magistraturaya hazırlaşanlara xəbər var
18.01.2018, 18:02

Magistraturaya hazırlaşanlara xəbər var

Fransada 100-dən artıq məhbus qiyam qaldırıb
18.01.2018, 18:01

Fransada 100-dən artıq məhbus qiyam qaldırıb

ABŞ səfiri azərbaycanlı tələbələrin  suallarını cavablandırdı
18.01.2018, 17:57

ABŞ səfiri azərbaycanlı tələbələrin  suallarını cavablandırdı

Ramil Usubov Bakıda polis rəislərinin qarşısına TƏLƏBLƏR qoydu - MÜŞAVİRƏ   
18.01.2018, 17:52

Ramil Usubov Bakıda polis rəislərinin qarşısına TƏLƏBLƏR qoydu - MÜŞAVİRƏ  

Daha bir avtobus sürücüsü işdən qovuldu - VİDEO
18.01.2018, 17:31

Daha bir avtobus sürücüsü işdən qovuldu - VİDEO

Ölkədə neçə km yolun, nə qədər körpünün tikildiyi bəlli oldu - YENİLƏNİB  
18.01.2018, 17:30

Ölkədə neçə km yolun, nə qədər körpünün tikildiyi bəlli oldu - YENİLƏNİB  

Manatın sabahkı MƏZƏNNƏSİ
18.01.2018, 17:27

Manatın sabahkı MƏZƏNNƏSİ

Yevda Abramov hələ İsraildən qayıtmayıb - Deputatın müalicəsi haqda AÇIQLAMA   
18.01.2018, 17:22

Yevda Abramov hələ İsraildən qayıtmayıb - Deputatın müalicəsi haqda AÇIQLAMA  

Azərbaycanda müəlliməni oğurlayıb zorlayanlara AĞIR CƏZA
18.01.2018, 17:11

Azərbaycanda müəlliməni oğurlayıb zorlayanlara AĞIR CƏZA

Ermənistanda nazir istefa verdi
18.01.2018, 17:06

Ermənistanda nazir istefa verdi

Aqil Abbas: Azərbaycan nağılları - Göydən 5 rayon düşdü
18.01.2018, 17:02

Aqil Abbas: Azərbaycan nağılları - Göydən 5 rayon düşdü

8 ailə “20 Yanvar şəhidi” adı almaq üçün Prezidentə MÜRACİƏT ETDİ  
18.01.2018, 16:49

8 ailə “20 Yanvar şəhidi” adı almaq üçün Prezidentə MÜRACİƏT ETDİ  

Suriya Türkiyəyə xəbərdarlıq etdi: “Cavab verəcəyik”
18.01.2018, 16:43

Suriya Türkiyəyə xəbərdarlıq etdi: “Cavab verəcəyik”

SOCAR “Palmali”dən 14 gəmi aldığını TƏSDİQLƏDİ
18.01.2018, 16:26

SOCAR “Palmali”dən 14 gəmi aldığını TƏSDİQLƏDİ

Səfirdən AÇIQLAMA: Fransanın Qarabağla bağlı mövqeyi dəyişməyib
18.01.2018, 16:17

Səfirdən AÇIQLAMA: Fransanın Qarabağla bağlı mövqeyi dəyişməyib

Nazirlik rəsmiləri quduzluqla bağlı Bakıda toplandılar
18.01.2018, 15:56

Nazirlik rəsmiləri quduzluqla bağlı Bakıda toplandılar

Təşviş yaradan yeni SİLAH: O, heç bir sığınacağa, bunkerə “rəhm etmir”
18.01.2018, 15:53

Təşviş yaradan yeni SİLAH: O, heç bir sığınacağa, bunkerə “rəhm etmir”

Əfqanıstanda 8 polis öldürüldü
18.01.2018, 15:50

Əfqanıstanda 8 polis öldürüldü

Bakıda banka basqın olub
18.01.2018, 15:45

Bakıda banka basqın olub

“Azərsu”da 20 yanvar şəhidlərinə EHTİRAM   
18.01.2018, 15:42

“Azərsu”da 20 yanvar şəhidlərinə EHTİRAM  

Bərdənin Təhsil Şöbəsi qaçırılan müəlliməyə XEYİR-DUA VERDİ: “Öz razılığı olub” - YENİLƏNİB
18.01.2018, 15:28

Bərdənin Təhsil Şöbəsi qaçırılan müəlliməyə XEYİR-DUA VERDİ: “Öz razılığı olub” - YENİLƏNİB

ARXİV
SORĞU
Aylıq məvacibinizi ən çox nəyə xərcləyirsiniz?
- Ərzağa(55.1%)
- Geyimə(3.28%)
- Müalicəyə(5.47%)
- Kommunal xidmət haqlarına(12.7%)
- Təhsilə(2.55%)
- İstirahətə(1.09%)
- Kitaba(1.09%)
- Rüşvətə(4.74%)
- Əyləncəyə(0.72%)
- Digər şeylərə(13.1%)