Modern.az

AYB-nin mətbu nəşrləri Kamal Abdullanın iradını cavablandırdı

AYB-nin mətbu nəşrləri Kamal Abdullanın iradını cavablandırdı

15 İyul 2013, 15:43


Yazıçı Kamal Abdulla Modern.az-a verdiyi müsahibəsində AYB-nin mətbu orqanları haqda yetərincə kinayəli rəy verib: “AYB-də fəaliyyəti düz-əməlli bir ədəbi orqanı yoxdur ki, çap olunmaq istəyim...” Bu açıqlamaya Yazıçılar Birliyinin nəşrlərindən fərqli cavablar verilib.

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə qısa şəkildə şərh verməyi üstün tutub. “O, Kamal Abdullanın fikridir. Onun belə fikirlər səsləndirməyə haqqı var. Başqa heç bir söz deyə bilmərəm”.

“Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli: “Kamal Abdullanın şəxsi fikridir. Mən neyləyim durum deyim ki mətbu orqanlarımız durğun deyil?! Kamal Abdulladır da, fikir səsləndirib. Əslində, jurnallar vaxtı-vaxtında çıxır. Ədəbi materiallar nəşr edirik. Orda kiminsə xoşuna gələn material da ola bilər, xoşuna gəlməyən material da. Bu, mətbu orqanıdır. Hamının maraqlarını  bütöv şəkildə təmin edə bilməz. Mətbu orqanın fəaliyyəti Azərbaycan ədəbiyyatından asılıdır. Guya Azərbaycan ədəbiyyatında gündə şedevr əsər yaranır?! Azərbaycan ədəbiyyatı hansı gündədirsə, “Ulduz” jurnalı da o gündədir”.

“Ədəbiyyat” qəzetinin şöbə müdiri Aydınxan Əbilov: “Kamal Abdulla fikirlərində həm subyektivdir, həm də haqlı ola bilər. Bu fikirlərə hörmətlə yanaşıram. Fikirləşmirəm ki , “Ədəbiyyat” qəzeti tam durğunluq içindədir. Ona qalsa, bizim bir çox qəzet və jurnallarımız var ki, orda dahiyanə əsərlər görmürük. Tutalım, “525-ci qəzetdə maraqlı nümunələr olsa da, şedevr əsərlər görmürük.  AYB-yə daxil olmayan qəzet və jurnallarda da dünya səviyyəli əsərlər görmürük. Ədəbiyyatın tempinə uyğun əsərlər görmürük. Qaldı “Ədəbiyyat” qəzeti ilə bağlı nəsə deməyə, qəzetinin səviyyəsi ilə bağlı fikirlərim bir qədər fərqlidir.  Fikirləşirəm ki, bu qəzeti daha səviyyəli buraxmaq olar. “Ədəbiyyat” qəzetinin rus dilində əlavəsi buraxılır. Azərbaycanda “Ruskaya literatura” varsa, buna nə ehtiyac var. Bəlkə bunu dəyişib türk, ingilis dilində almanax toplu şəklində buraxa bilərik. “Azərbycan”, “Ulduz” “Qobustan” kimi digər nəşrlərimizin elektron variantda oxuculara çatdırılması məqsədəuyğun olar”.

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir