Modern.az

İran prezidenti deputatlara çağırış edib

İran prezidenti deputatlara çağırış edib

Dünya

15 İyul 2013, 16:04

İranın yeni seçilmiş prezidenti Həsən Ruhani İran parlamentinin binasında deputatlarla görüşdə iştirak edib. Modern.az İran mətbuatına istinadən xəbər verir ki, görüşdə Həsən Ruhani və spiker Əli Laricani çıxış ediblər. Yeni seçilmiş prezident icraedici və qanunverici hakimiyyəti daxili problemlərin həlli təşəbbüsündə yaxın əməkdaşlıq etməyə çağırıb. O deyib: ”Yeni hökumət parlamenti vacib və sözükeçən bir qurum kimi nəzərə alacaq. Əlbəttə, ölkə işlərini həll etmək parlamentlı icraedici hakimiyyətin əməkdaşlığı olmadan qeyri-mümkündür”.

İran parlamenti bazar günü keçirdiyi səsvermədə Nəzarət Şurasına 6 illik  müddətə 3 üzv seçib.
Möhsün İsmaili, Sem Savadkuhi və Nejadullah İbrahimiyan Nəzarət Şurasına seçilən 3 hüquqi ekspert olublar. Nəzarət Şurasında iki dəfə ardıcıl seçilmiş Abbas Kadxodayi isə bu dəfə seçilməyib.
İran Konstitusiyasına görə, Nəzarət Şurası 6 hüquqşünas və 6 dini  hüquqşünadan ibarət namizədlərin yoxlanılması və seçkilərə nəzarət həvalə olunan qurumdur. Parlamentdən keçən hər hansı qanun layihəsinin qanun olması üçün Nəzarət Şurası tərəfindən nəzərdən keçirilməli və qəbul edilməlidir. Nəzarət Şurası qanunu iki halda qəbul etməyə  bilər: Qanun İslam qanunlarına zidd olsa və qanun Konstitusiyaya zidd olsa.
 Nəzarət Şurasının 6 dini hüquqşünas üzvü ali dini lider tərəfindən və 6 hüquqşünas üzvü isə parlament tərəfindən seçilməlidir.

Peykər İbrahimova  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı