Modern.az

“Azadlıq Radiosu”nda Kamal Abdulladan inciyiblər?

“Azadlıq Radiosu”nda Kamal Abdulladan inciyiblər?

Ədəbi̇yyat

16 İyul 2013, 10:04



“Kamal Abdullanın “Azadlıq Radiosu”nun “Oxu zalı”nı ədəbi təxribat yuvası adlandırmasını heç də yersiz saymıram”. Bunu Modern.az-a açıqlamasında “Azadlıq Radiosu”nun baş məsləhətçisi Zeynal Məmmədli deyib.

””Təxribat” sözünü təkcə neqativ məna kimi qəbul etmək doğru deyil. Həqiqəti üzə çıxarmaq üçün təxribatdan istifadə edirsənsə, məncə, bunu normal qiymətləndirmək lazımdır. Məqsəd təxribat törətmək deyil, təxribat törətməklə ictimai rəy formalaşdırmaq,  plüralizmi cəmiyyətə oturtmaqdır. O sözü yersiz saymıram. “Təxribat” sözünün pozitiv mənaları da var. Bilirsiniz ki, jurnalistika ictimai rəyi öyrənmək üçündür. İctimai rəy yaratmaq üçün təxribatçı oyunlardan istifadə edir. Əsas odur ki, dəyərlərə zərbə dəyməsin. Jurnalistika dəyişkən sahədir. Bir də görürsən ki işin gedişində kiminsə təcrübəsizliyindən bir anlıq məsuliyyətsizlikdən də olur. Başqa cür qavrayanlar da olur. “Azadlıq Radiosu” yalnız cəmiyyətin xeyrinə işləyir. Rusiyada köhnə sovet dövrünün yazıçılarına yeni adlar verilir. Bu kiminsə mənliyinə toxunmaqdan irəli gəlmir”.

Zeynal Məmmədli həmçinin Kamal Abdullanın işlətdiyi “ədəbi təxribat” sözündən qıcıqlanmadığını da deyib. “Əslində, Kamal Abdullanın bu sözü məni qıcıqlandırmır. Əgər ədəbi təxribat doğru məqsədə xidmət edirsə, bu sırf neqativ konteksdə qavranılmırsa bu jurnalistikada çox zəruri metodlardan biridir. O qırmızı xətti gözləmək lazımdır. Bəzən prosesin özündə qırmızı xətləri aşmalar da olur. Kamal Abdulla kifayət qədər obyektiv olmağa çalışan adamdır. Hətta neqativ mənada deyirsə belə, buna sayqı göstəririk. Kamal Abdulla həm “Azadlıq Radiosu”nun müəllifi olub, həm də onun bir çox hekayələri burda dərc olunub”.   Daha sonra Zeynal Məmmədli  “Onun pozisiyasına hörmət edirik. Kamal Abdullanın mövqeyinin inkar edilməsinə çalışmamalıyıq. “Azadlıq” radiosunun düşüncəsində elə şey yoxdur ki, adamları adamlara qarşı qoysun. Əgər belə təsəvvür  yaranıbsa  biz daha diqqətli olacağıq. Siz narahat olmayın. Bizim missiyamız ictimai missiyadır. Cəmiyyəti tanımaq, cəmiyyətə  demokratik ideyalar aşılamaq. Qarşıdurma yaratmağa çalışmaq bizim niyyətimizdən çox-çox uzaqdır”-deyə vurğulayıb.  

Xatırladaq ki, Kamal Abdulla  “Azadlıq”  radiosunun “ Oxu zalı”nı ədəbi təxribat yuvası adlandırıb.


Namidə BİNGÖL 


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi