Arxiv
23 Sentyabr 2009, 14:18 |
Bakının avtomobil bazarı: «Mersedes-benz» yenə liderlik edir

«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin avqust ayında təkrar avtomobil bazarında apardığı monitorinqin nəticələrinə görə, bazarda yay mövsümü üçün xarakterik olan passivlik var.  Əvvəlki ayla müqayisədə təklif üzrə artım 8,2% təşkil edib. Avqustda təklifin artmasına baxmayaraq, tələb azalıb. (3,1%). Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında ötən ayla müqayisədə nisbi artım qeydə alınıb, amma bu, bağlanan əqdlərin dinamikasının artmasına təsir göstərməyib.  Bu barədə məlmatı Modern.az-a «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən veriblər.
Avqustda  avtomobil bazarında orta qiymət iyul ayı ilə müqayisədə 1,9% azalaraq 15930 ABŞ dollarına bərabər olub.
Ay ərzində təkrar avtomobil bazarında araşdırma predmeti olan 7450-dən artıq avtomobilin 38,2%-i bazara məhz avqust ayı ərzində təklif olunub. Qalan 61,8%-i isə əvvəlki aylardan qalan avtomobillərdir.
Avronun dolları üstələmə tendensiyası idxal olunan avtomobillərin qiymətlərində özünü göstərsə də, bazarda passiv tendensiyanın davam eləməsi və tələbin aşağı olması avtomobillərin satış qiymətlərinin artmasının qarşısını alıb. Avtomobillərin satış qiymətləri artmasa da, sahibkarlar xarici valyutaların denaminasiyasının bazara mənfi təsir göstərdiyini və avtomobillərin gəlirlik dərəcəsinin azaldığını bildirirlər.
İki ildən artıqdır ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası «Mercedes-Benz»in təklif üzrə payı ümumi portfeldə 37,3%-ə qalxıb (artım 9%). «Mercedes-Benz» ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur.
Ümumilikdə ən çox təklif edilən 9 markanın təklif üzrə payı 82,6% təşkil edib. Yerdə qalan 17,4% isə 20-dən artıq şirkətin istehsalı olan 85-ə yaxın avtomarka arasında bölünür. 
Təkrar bazara təqdim olunan avtomobillərin illər üzrə bölgüsündə ciddi dəyişiklik baş verməyib. Araşdırmalar göstərir ki, tədricən buraxılış ili köhnə olan avtomobillərə maraq azalır. 1998-2001-cu illərin istehsalı olan avtomobillərin bazarda 1996-1997-ci illərin markalarını üstələmə tendensiyası davam edir. Bununla yanaşı buraxılış ili yeni olan avtomobillərə olan marağın artımı təklifdə özünü göstərir. Ekspertlər hesab edirlər ki, yaxın gələcəkdə bazarda üstünlük 2000-ci ildən bu yana istehsal olunmuş avtomobillərə keçəcək.

                                   

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda yol qəzası tıxaca səbəb oldu 18 Aprel 2019, 20:27 Miqrasiya Xidmətinin rəisi yenidən CANLI YAYIMDA 18 Aprel 2019, 20:13 Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxsə 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02 Ronaldu “Yuventus”dan erkən  gedə  bilər 18 Aprel 2019, 18:00 Azercell-in yeni layihəsi ilə nömrələrin sim-paketə bağlılığı aradan qaldırılıb 18 Aprel 2019, 17:51 400 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkarlandı 18 Aprel 2019, 17:42 Konstitusiya Məhkəməsi sədrinin və hakimlərinin maaşı artırılıb 18 Aprel 2019, 17:37 Manatın məzənnəsi dəyişir? 18 Aprel 2019, 17:33 Deputat seçiciləri ilə görüşdü 18 Aprel 2019, 17:32 Prezident  deputatı “Şöhrət” ordeni ilə təltif etdi   18 Aprel 2019, 17:25