Modern.az

MBASK Şirkəti jurnalist müsabiqəsi elan edib

MBASK Şirkəti jurnalist müsabiqəsi elan edib

Qarabağ

9 Aprel 2010, 09:44

st1:*{behavior:url(#ieooui) }

MBASK Sığorta Şirkəti jurnalistlər arasında sığorta haqqında ən yaxşı nəşr üzrə, ”Azərbaycanda sığorta mədəniyyəti” adlı üçüncü müsabiqənin başlandığını elan edib. Şirkətin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müsabiqənin məqsədi KİV-də sığortalama problemlərinin daha tam və obyektiv işıqlandırılmasına yardım etmək, həmçinin sığorta xidmətlərini populyarlaşdırmaqdır. Müsabiqədə iştirak üçün çap və elektron KİV-də işləyən və sığorta sahəsində baş verən prosesləri işıqlandıran jurnalistlər dəvət olunurlar.

 

Müsabiqəyə milli çap və elektron KİV-də 10 aprel 2010-cu ildən 10 iyun 2010-cu ilə qədər olan dövrdə istənilən üslub, ölçü və həcmdə nəşr olunan işlər qəbul olunur. Müsabiqəyə təqdim olunan materiallar cəmiyyəti sığorta biznesi sahəsindəki mövcud vəziyyət haqqında obyektiv olaraq məlumatlandırmalı, bu sahədəki aktual problemlərin aradan qaldırılmasına yardım etməli, oxucuları yeni sığorta məhsulları haqqında məlumatlandırmalıdır.

 

Birinci yerin sahibi (1nəfər) 500AZN, ikinci yerin sahibi (2 nəfər) 250 AZN və üçüncü yerin sahibi (3 nəfər) 100 AZN əldə edəcək. Əlavə mükafatların verilməsi də istisna olunmur.

Müsabiqənin Ekspertlər Şurasına (münsiflər heyəti) sığorta sahəsinin nümayəndələri, jurnalistlər, dövlət orqanları nümayəndələri və müstəqil ekspertlər daxil olacaqlar.

 

Müsabiqənin Təşkilat Komitəsi müsabiqəyə yekun vurulduğu gündən etibarən iki həftə ərzində onun nəticələri haqqında kütləvi informasiya vaitələrini və iştirakçıları məlumatlandıracaq.

 

Müsabiqənin laureatlarına mükafatlar təntənəli şəraitdə təqdim olunacaq.

 

Müsabiqədə iştrak etmək üçün çap olunmuş məqalələrini (və ya internet linkləri) [email protected], [email protected] ünvanlara göndərmək lazımdır.  

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir