Modern.az

Nazpəri: “İlhamə Mehdi Hüseynzadədir ki, mən onun başına pul qoyum?” - QALMAQAL

Nazpəri: “İlhamə Mehdi Hüseynzadədir ki, mən onun başına pul qoyum?” - QALMAQAL

18 İyul 2013, 13:28

Xalq artisti İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanın ünvanına yeni ittiham səsləndirrib. Bu gün ölkə mediasının gündəminə çıxarılan itthamda İlhamə Quliyeva Nazpəri Dostəliyevanı onun başına böyük miqdarda pul qoymaqda günahlandırırarq, hədələyib:

“Sənətdə bir mənfi adam mənim başıma böyük pul qoymuşdu. Həmin o Nazpəri... Demişdi ki, kim İlhamənin ölüm xəbərini birinci mənə xəbər versə, ona böyük bir hədiyyə verəcəm. 
Ay utanmaz, sənə mən nə etmişəm ki, başıma belə böyük qiymət qoyursan?! Gör mənim nə qədər qiymətli başım, nə qədər qiymətli adım-sanım var. İstəyirlər ki, İlhamə arenada olmasın, nə istəyirlər etsinlər. Nə qədər ki, mən varam, heç kəs həddini aşa bilməz!”.

Nazpəri Dostəliyeva İlhamə Quliyevanın dediyi ittihama cavab verib.

Xalq artisti Nazpəri Dostəliyeva AzNews.az-a açıqlamasında bildirib ki, bu söhbətlər cəfəngiyatdan başqa bir şey deyil: “İlhamə Mehdi Hüseynzadədir ki, mən onun başına pul qoyum? Onun bu sözlərini eşitdim və güldüm. Sizcə İlhamənin başına böyük "summa" qoymağa dəyər? Onun başına böyük məbləğ qoymağa dəyməz. Məni yenə şantaj edir. Hər gün bir söz deyir. Onu bu video ilə birlikdə məhkəməyə verəcəm. Onun nəinki başı, heç bədəni də mənə lazım deyil. İlhamə mənim üçün yoxdur. Mən ona mətbuatda deyil, məhkəmədə cavab verəcəm”.

Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi