Arxiv
4 Aprel 2010, 16:00 | PARLAMENT
“Mən keçmiş namizədlərin üzərində mənəvi, siyasi və hüquqi qələbə qazanmışam”

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bu günlərdə Ana Vətən Partiyasından (AVP) olan millət vəkili Zahid Orucun deputat seçildiyi 93 saylı Bərdə seçki dairəsindən deputatlığa keçmiş namizəd, “Azadlıq bloku”nun nümayəndəsi Nemət Əliyevin həmin instansiyaya ünvanlanan şikayətinin təmin olunması ilə bağlı qərar çıxarıb. Görəsən bu qərar AVP-çi millət vəkilinin həmin dairədən qeyri-qanuni deputat seçilməsi anlamını vermir ki? Onu da qeyd edək ki, artıq müxalifət mətbuatı bu qərarı məhz bu cür dəyərləndirir.
Zahid Oruc bildirib ki, əgər həmin qərara diqqətlə nəzər yetirilsə, görünər ki, söhbət heç bir halda seçkilərin nəticələrinin şübhə altına alınmasından getmir. Qərarda əsas vurğu “ehtimal olunan narahatlığın” araşdırılması üzərinə yönəldilib: “Yəni, istər Mərkəzi Seçki Komissiyası, istər məhkəmə instansiyaları tərəfindən onun irəli sürdüyü məsələlərə deyil, daha artıq dərəcədə rəsmi nəticələrə istinad etməsi bir prosedur pozuntusu kimi göstərilib, bundan da çıxış edilərək, vurğulanıb ki, bu, mahiyyət etibarilə həmin şəxsin seçki hüquqlarına təsir göstərən bir amildir. Eyni zamanda görünən odur ki, əslində onlar bu məsələ üzərində real olaraq seçkilərin başqa bir formada keçirildiyini, yaxud qələbəmin şübhə altına alındığını iddia edə bilmirlər.
Özünü mənə rəqib elan edən şəxslərin heç biri isə 2005-ci ildə ən minimal səviyyəli rəqabət imkanı göstərə bilməyiblər. Seçkiyə 5-10 gün qalmış müxtəlif yerlərdə parakəndə şəkil yapışdırmaqla və ya 5-6 kənddə çox məhdud saylı görüşlər keçirməklə bu insanlar düşünürdülərsə ki, qalibiyyət əldə edəcəklər, bu, çox yanlış idi. Əvəzində özümün o dönəmdə Bərdə camaatı ilə çox böyük bir etibarı, etimadı daşıyan ünsiyyətim mövcud idi. Təxminən 46-47 görüşümün fonunda rəqiblərim heç nə etmədilər və zatən mən onların heç birinə qarşı da mübarizə aparmadım. Sadəcə, insanların etibarı, etimadı uğrunda mübarizə aparırdım. Nəticə baxımından hər hansı məntəqədə belə pozuntuları özündə ehtiva edən və protokollarda hansısa rəqəmlərin aşındırılmasını, sürüşdürülməsini sübuta yetirən bir dənə olsun fakt ortaya qoyulmadı. Əksər komissiya üzvləri protokollara imza etdilər, hətta bunların arasında müxalifətdən olan komissiya üzvləri də var idi.
İndi üstündən 5 il keçəndən sonra bu qərarın və bundan sonra da gözlənilən bir neçə qərarın verilməsi, əslində heç bir halda nə həmin seçkilərin nəticələrin sual altında qoyur, nə həmin şəsxlərin hansısa bir formada uğuru sayıla bilər”.

Millət vəkilinin iddiasına görə, Avropa Məhkəməsi Mərkəzi Seçki Komissiyasının funksiyasını yerinə yetirə və yaxud onun elan etdiyi nəticələri dəyişdirə bilməz: “Bir daha qeyd edirəm ki, mən bu qələbəni Bərdə camaatının səsi ilə halal qazandığımı hər kəsə sübut edə bilərəm. Avropa Məhkəməsinin bundan sonra verəcəyi qərarları beynəlxalq təşkilatların, beynəlxalq birliyin hansısa bir mövqeyi kimi dəyərləndirib, onları Azərbaycan üzərində dəyənəyə çevirməyə çalışanlar da çox yanlış mövqedədirlər. Seçkilərə Avropa qurumları vasitəsilə hazırlaşmırlar. O insanlara, görünür ki, Bakıda təmərküzləşmə, toparlanmaq lazımdır. Bildiyim qədər bugünlərdə həmin qüvvələr qərar veriblər ki, ancaq paytaxtda mübarizə aparacaqlar. Əslində Azərbaycan əyalətlərinə, bölgələrinə gedərək buradakı insanlarla işləmək lazımdır. Mən keçmiş namizədlərin hamısının üzərində mənəvi, siyasi və hüquqi qələbə qazanmışam”.

Kamil HƏMZƏOĞLU             
 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda mənzildən qadın meyiti tapıldı 21 Aprel 2019, 00:54 Bakıda 17 yaşlı gənc bıçaqlandı 21 Aprel 2019, 00:39 Sükut günündə 250 pozuntu 21 Aprel 2019, 00:23 Elinanın ölümündə ittiham olunan  icra başçısının müavini AÇIQLAMA YAYDI 21 Aprel 2019, 00:08 Sumqayıtdakı davada 2 nəfər xəsarət alıb 20 Aprel 2019, 23:38 “Akif Çovdarova 3 milyon manat verə biləcəyimi söylədim” - Tağı Əhmədov 20 Aprel 2019, 23:37 Bu ölkədə 1 milyon işçi axtarılır 20 Aprel 2019, 23:14  “Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər 20 Aprel 2019, 22:57 Moskva xatirələri - VI HİSSƏ 20 Aprel 2019, 22:55 Əkrəm İmamoğlu  İstanbul əhalisini Maltəpəyə çağırdı 20 Aprel 2019, 22:39 Məni həmişə ən çox inandığım adamlar aldadıb  - YAZIÇI 20 Aprel 2019, 22:32 Dünyanın ən yaxşı universitetlərinin adları açıqlandı: SİYAHI 20 Aprel 2019, 22:18 Prezident Azərbaycanla sərhəddə gəldi 20 Aprel 2019, 22:06 Bill Qeytsin varidatı 100 milyard dolları ötdü 20 Aprel 2019, 21:59 Qar Azərbaycanın bu yollarının bağlanmasına səbəb oldu 20 Aprel 2019, 21:43 Bolqarıstanda təyyarə qəzası 20 Aprel 2019, 21:27 Fransada  Azərbaycan məktəbi açıldı - FOTOLAR 20 Aprel 2019, 21:18 Niyə Prezident bütün xırda məsələlərə müdaxilə etməlidi… 20 Aprel 2019, 21:07 Lotu Qulinin adamı sahibkarı güllələdi 20 Aprel 2019, 20:58 95 yaşlı Şirməmməd Hüseynovdan 90 yaşlı Çingiz Hüseynova maraqlı TƏBRİK 20 Aprel 2019, 20:51 Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı 20 Aprel 2019, 20:44 Parisdə 126 etirazçı saxlanıldı 20 Aprel 2019, 20:31 Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır 20 Aprel 2019, 20:17 Türkiyə ordusu 20 terrorçunu zərərsizləşdirdi 20 Aprel 2019, 20:02 Ərzurum Atatürk Universitetinin professorları ADAU-da 20 Aprel 2019, 17:58 Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır 20 Aprel 2019, 17:52 Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi 20 Aprel 2019, 17:37 Binəqədidə qadın meyiti tapılıb 20 Aprel 2019, 17:20 Gəncə sakini dəm qazından zəhərləndi 20 Aprel 2019, 17:01 Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib 20 Aprel 2019, 16:53