Modern.az

1 milyon dollarlıq maşını vurulan müğənniyə 23 min manat təmirpulu lazımdır

1 milyon dollarlıq maşını vurulan müğənniyə 23 min manat təmirpulu lazımdır

19 İyul 2013, 17:15


Əməkdar artist Cavanşir Məmmədovun iyulun 13-də qəzaya uğrayan avtomobilinin təmirinə 23 min manat lazımdır. Bu barədə sənətçinin özü Modern.az-a məlumat verib. C.Məmmədov qeyd edib ki, hələlik bu xərci kimin çəkəcəyi məlum deyil:

“Hazırda maşın təmirdədir. 23 min manat xərci var. Maşınımın sığortası olduğundan bu xərci konkret kimin ödəyəcəyi məlum deyil. Təxminən ay yarımdan sonra maşın təmirdən çıxacaq”.

Qeyd edək ki, Azərbaycanda ilin ən “bahalı qəzası” hesab olunan hadisədə sənətçinin 10 HS 100 dövlət nömrə nişanlı “Rolls Royce Phantom 6,7 AT" markalı avtomobili qəzaya uğramışdı. Metronun “İçərişəhər” stansiyasının yaxınlığında qiyməti 1 milyon manat olan avtomobili 90 AT 972 markalı “London Taxi” arxadan vurmuşdu. Qəza zamanı xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib.

C.Məmmədova məxsus “Rolls Royce Phantom 6,7 AT” markalı maşının qiyməti 960 min avrodur.

İntiqam VALEHOĞLU

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı