Modern.az

«Media kuboku- 2010» start götürdü

«Media kuboku- 2010» start götürdü

Media

9 Aprel 2010, 18:02

 

“Trend” İn­for­ma­si­ya Agent­li­yi­nin konf­rans za­lın­da "Me­dia ku­bo­ku-2010" mi­ni-fut­bol tur­ni­ri­nin püş­kat­ma mərasimi ke­çi­ri­lib. Turnirin Təş­ki­lat Ko­mi­tə­si­nin səd­ri, "Şərq" qə­ze­ti­nin baş re­dak­to­ru Akif Aşır­lı bildirib ki, ar­tıq 7-ci il­dir ki, "Şərq" qə­ze­ti­nin təş­ki­lat­çı­lı­ğı və tə­şəb­bü­sü ilə KİV ko­man­da­la­rı ara­sın­da mərhum dövlət başçısı Hey­dər Əli­ye­vin xa­ti­rə­si­ni anım ma­hiy­yə­ti da­şı­yan fut­bol tur­ni­ri ke­çi­ri­lir. Hə­mi­şə ol­du­ğu ki­mi, bu il də ənə­nə­vi tur­ni­rin ke­çi­ril­mə­si üçün la­zım olan bü­tün təd­bir­lər, təş­ki­la­ti iş­lər ye­kun­la­şıb. Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin İd­man Komp­lek­sin­də ke­çi­ri­lə­cək tur­nir AF­FA-nın ha­kim­lər kor­pu­su tə­rə­fin­dən ida­rə edi­lə­cək. A.Aşır­lı­nın ver­di­yi mə­lu­ma­ta gö­rə, ya­rı­şın spon­sor­la­rı ara­sın­da bu də­fə də­yi­şik­lik edi­lib. "Me­dia ku­bo­ku"nun son 5 il­də baş spon­so­ru olan "Bak­cell" şir­kə­ti­ni bu də­fə "AK­KORD" Şir­kət­lər Qru­pu əvəz­lə­yib. Ya­rı­şa hə­mi­şə ma­liy­yə dəs­tə­yi gös­tə­rən "Mu­ğan­bank" bu də­fə də ənə­nə­si­nə sa­diq qa­lıb.

A.Aşırlı bildirib ki, "Me­dia ku­bo­ku - 2010" uğ­run­da ya­rış­da 10 ko­man­da 2 qrup­da mü­ba­ri­zə apa­ra­caq. “İdman Azərbaycan” telekanalı, ATV, Spa­ce TV, Xə­zər TV, İctimai Televiziya, "Ye­ni Azər­bay­can", "525-ci qə­zet" + "Əda­lət" qə­zet­lə­ri, mət­bu­at ya­yım fir­ma­la­rın­dan isə "Sə­ma"nın ko­man­dası mü­ba­ri­zə apa­ra­caq. Tur­ni­rin təş­ki­lat­çı­sı "Şərq" isə bu də­fə ANS te­le­ka­na­lı­nın ko­man­da­sı ilə bir­gə mey­da­na çı­xa­caq.

Sonra «AKKORD» Şirkətlər Qrupunun İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı Bəhruz Quliyev çıxış edərək bildirib ki, media nümayəndələri arasında keçirilən bu nüfuzlu yarışmaya tikinti sektorunun lideri olan şirkət tərəfindən biganə münasibət ola bilməz. Bu səbəbdən də «AKKORD» KİV komandalarının həmrəylik turnirini bir qədər də maraqlı etmək üçün öz maliyyə dəstəyini göstərəcək. Yarışmada I yeri tutan komanda 1000 manat, II yeri tutan 500 və III yerin sahibinə 300 manat mükafat veriləcək. Bundan başqa ən yaxşı qapıçı, müdafiəçi, yarımmüdafiəçi, hücumçu və bombardir mükafatlandırılacaq.

Sonra püşkatma mərasimi keçirilib. Təşkilat Komitəsinin sədr müavini Yusif Nəzərli yarışmanın Əsasnaməsi ilə bağlı məlumat verib. Onun sözlərinə görə, budəfəki yarışmada 10 komanda 2 qrupda mübarizə aparacaq. Təşkilatçı komanda və «media kuboku»nun ən çox qalibi olmuş Az TV qrup liderləri təyin ediliblər. Püşkün nəticələri belədir:

 

A qrupu: 1. «Şərq»+ANS. 2. Space TV. 3. "525-ci qə­zet" + "Əda­lət". 4. Səma. 5. İctimai Televiziya.

 

B qrupu: 1. “İdman Azərbaycan”. 2. ATV. 3. Xəzər TV. 4. «Yeni Azərbaycan» qəzeti. 5. «Muğanbank».

 

Turnirin bütün matçları Bakı Dövlət Universitetinin idman kompleksində keçiriləcək.

 

  

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi