Modern.az

Soyunaram haa...

Soyunaram haa...

Mədəni̇yyət

23 İyul 2013, 15:49

Bir həftə geridə qaldı və mən yenə də söz verdiyim kimi sizə şou əhlinin bu bir həftədə çıxdığı və çıxartdığı oyunlardan danışmalıyam. Başlayaq elə mənim bacım oğlu Makintojdan... Eeee Eyyub Yaqubovdan. Hərçənd ki, tam əksinə dayı-bacıoğlu yaşındayıq. Bilmirəm özü deyib, yoxsa geydirmə saytlar uydurublar, amma deyilənə görə Eyyub qədeş manikür-pedikür elətdirirmiş. Deyəsən Dalay Lamanın ötən il verdiyi proqnoz bu il gerçəkləşəcək. O boyda kişi pedikür elətdirir. Hələ bir manikür də. Bakılılıar demişkən, egibdür e, ətəğa cəddi.

Özü də açıqlamanın əvvəlində deyib ki, “akssessuar taxmağı sevmirəm. Bircə üzük taxıram, onu da həyat yoldaşım İstanbulda olanda almışdı. Gümüşdür, üzərində dini ayə yazılıb. Məncə kişi gümüş taxmalıdır, qızıl qadına məxsusdur”.

Qərdeşim dini ayə hara, pedikür-manikür hara?

Xalq artistlərinin qalmaqalı o qədər qloballaşıb ki, artıq ağır-ağır sənətkarlar da söhbətə girişiblər. Elə biri Mila. Mən bu qızı üç dəfə görmüşəm. Bir dəfə o gün efirdə Azər Axşama dırmaşanda, iki dəfə də saytlarda yarıçılpaq. Amma şəkildə dırmaşmırdı, yalan deyə bilmərəm. Deyir ki, vaxtında mənə təklif elədilər ki…

Özüm yazsam redaktor deyəcək ki, etikadan kənar ifadədir. Qoy özü desin:

“Mənə də təklif olundu, döş giləsini nümayiş etdirməklə açıq-saçıq fotolar çəkdirim, imtina etdim. Soyunaram, amma çərçivə daxilində”.

Davay, təcili bir dənə çərçivə. Tez, tez… Eşitmirsiz, deyir ki, çərçivədə soyunaram. Amma hayıf ki, çərçivənin “razmer”in deməyib. Əsas soyunmaqdır, “razmer”i sonra da ölçmək olar. Bu da belə getdi işinin dalınca.

Əməkdar artist Almaz Ələsgərova da deyib ki, bir də qızlarım haqda yazmayın. Uşaq İsveçə oxumağa gedib, ərə yox. Aaa bəs bunun qızları ərə getməmişdi? Yenə bakılılardan bir sitat: yağın qeyidiblər də. Tərcümə edirəm: yəqin ki, boşanıblar. Nətəər məsləhətdi.

Bir teleaparıcı var ha, Mikayıl Güləddinoğlu, yəqin ki, tanıyırsınız onu. Hərdən yaxşı oynamağı da var. Kefinə düşəndə dirijorluq da edir yerlim. Deyib ki, “saçımı saraltsam kişi olmaram. Ona görə də verilişimə ancaq saçına “kraska” qoymayanları dəvət edirəm”. Tam səmimi deyirəm ki, qardaş kişi adamsan. Amma hərdən verilişinə dəvət edəndə Baloğlanın, Nadirin də saçına bax. Özüm ölüm onlar da başlarına “kraska” qoyurlar. İntəhası rəngi qara olduğuna görə hiss eləmirsən.

Yeri gəlmişkən, bu yaxınlarda Xumar Qədimovayla danışmışam. Düz iyirmi gündür mənə müsahibə söz verib, amma vermir. Müsahibəni deyirəm. Dedim bəlkə insafa gələr, sözünü tutar. Hələ ki bir şey yoxdur ortada. Belə getsə onun sözünü tutmağa Kasilyası dəvət eləmək lazım gələcək.
Fürsət düşmüşkən bir məsələyə də diqqət edim. Hərçənd ki, bunun şou-biznesə o qədər də dəxli olmasa da, şoudan yazan saytlara aidiyyatı var. Yazdığım yazıları götürüb istinadsız-zadsız verən NəyazaqkiAllahadaxoşgetsin.com tipli saytlar, bir də belə etsəniz yaxından-uzaqdan gəlib keçənlərinizin ruhuna bir salavat çevirəcəm. Onsuz da çevirirəm. Amma yenə də məndən demək.

Bu həftəlik bu qədər. Bilmirəm, bəyəndiniz, ya yox. Amma gələn həftə üçün sizə maraqlı bir xəbərim olacaq

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?