Modern.az

İranın yeni prezidenti Nazirlər Kabinetinin yeni üzvlərini təqdim edib

İranın yeni prezidenti Nazirlər Kabinetinin yeni üzvlərini  təqdim edib

Dünya

23 İyul 2013, 17:12

Modern.az  İran KİV-lərinə istinadən xəbər verir ki, İranın yeni seçilmiş prezidenti Həsən Ruhaninin Nazirlər Kabineti üçün namizədlərinin  siyahısı Məclisə təqdim olunmağa hazırdır. İran parlamentinin deputatı Məhəmməd Rza Tabeş deyib ki, işçi qrupun namizədlərin siyahısını hazırlayıb və iyulun 17-də Həsən Ruhaniyə təhvil verib.

O qeyd edib ki, Ruhani yaxın gələcəkdə siyahını tədsiq olunma üçün Məclisə təqdim edəcək.
Deputat namizədlərin adları haqqında heç bir məlumat verməyib.

Həsən Ruhani avqustda fəaliyyətə başlayacaq.

Peykər İbrahimova
 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür