Modern.az

Milli Şura prezidentin ölümündən təəssüfləndiyini bəyan edib

Milli Şura prezidentin ölümündən təəssüfləndiyini bəyan edib

Qarabağ

10 Aprel 2010, 14:47

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Polşa prezidenti Lex Kaçinskinin həlak olması ilə bağlı bəyanat yayıb.

Bəyanatda Şura L.Kaçinskinin ölümündən kədərləndiyini ifadə edib. Qeyd edilir ki, Polşa prezidenti Azərbaycanı sevən, Azərbaycan həqiqətlərini qəbul edən bir dost ölkənin dövlət başçısı idi. Şura bu faciəli olaydan üzüldüyünü, bu hüznlü anda Polşa Gənclər Təşkilatları Milli Şurasının yanında oladuğunu, onların dərdinə şərik çıxdığını da bəyan edib.

Bəyanatda o da qeyd edilir ki, ARGTMŞ Polşa prezidentinin xatirəsinin yad edilməsi ilə bağlı silsilə tədbirlər keçirəcək. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır