Modern.az

Nəriman Həsənzadə: “İndi də yazıram , oğul!”

Nəriman Həsənzadə: “İndi də yazıram , oğul!”

24 İyul 2013, 14:14


Modern.az-
ın orta və yaşlı nəsil qələm adamları arasında keçirdiyi “İndi nə yazırsınız?” rubrikasının budəfəki qonağı xalq şairi Nəriman Həsənzadədir. Ağsaqqal şair indi nə yazdığı barədə saytımıza danışdı.

- Əvvəla çox təşəkkür edirəm ki, bizimlə belə maraqlanıb, nə yazdığımızı soruşursunuz. İndi də yazırıq oğul, həmişəki kimi. 7 cildliyim üzərində işlər davam edir. Növbəti cildi hazırlayırıq. Kitabın II cildinə 24 poemam. Bununla yanaşı, son qələmə aldığım "Nuru paşa", "Zümrüd quşu" və "Nizami" poeması daxildir.  Daha sonra çap ediləcək III cilddə pyeslərim, IV cilddə nəsr əsərlərim və "Nabat xalanın çörəyi", V cilddə elmi əsərlərim, VI cilddə publisistikam, VII cilddə isə yazdığım məktublar yer alacaq.  Həmçinin, bu cildlərin çapından sonra xalq şairi haqda yazılan kitab işıq üzü görəcək.  

Elmin Nuri
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir