Modern.az

Vaqif Səmədoğlu şikayət etdi: “Səhhətim çox pisdir”

Vaqif Səmədoğlu şikayət etdi: “Səhhətim çox pisdir”

25 İyul 2013, 14:40

Modern.az-a verdiyi son müsahibəsində Vaqif Səmədoğlu gələcək yaradıcılıq planlarından da danışarkən öz həyatı ilə bağlı memuar və Hüseyin Arifin maraqlı sərgüzəştlərini yazacağını bildirmişdi. Amma bir müddətdir ki, səhhətində problemlər yaranmış xalq şairin yaradıcılıqdan uzaq düşüb.

Qan təzyiqinin yüksəlməsi və şəkərdən əziyyət çəkən V. Səmədoğlu bir müddət əvvəl Moskvada həkim müayinəsindən keçib və müalicə olunub. Hazırda Azərbaycanda olan şair hələ də səhhətindəki problemlərdən şikayətçidir.

“Səhhətim çox pisdir. Müalicələr davam edir. Həkim müayinəsi altındayam. Müalicələr xaricdə də davam edir, burda da. İndi harda müalicə olunacağımı isə deməyəcəm“.

  Elmin Nuri  
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir