Modern.az

Sənətçilərin biznesi - təkcə toydan pul qazanmayanlar - ARAŞDIRMA

Sənətçilərin biznesi - təkcə toydan pul qazanmayanlar - ARAŞDIRMA

25 İyul 2013, 15:02

Sənət elə bir şeydir ki, gənclik, təravət, enerji tələb edir. Məsələn, yaşı 60-ı keçmiş hansısa aktyor, yaxud müğənni ya heç kimə lazım olmur, ya da ki əvvəlki gücünü sərgiləyə bilmədiyindən meydandan çəkilməyə məcbur qalır. Elə bu üzdən də bir çox sənətkarlar kiməsə möhtacdırlar. Amma elə sənət adamları da var ki, gələcəyini indidən düşünüb.

Modern.az saytı sənət adamlarının biznes fəaliyyəti ilə bağlı araşdırma aparıb. Həmin araşdırmanının ikinci hissəsini sizə təqdim edirik.

Tanınmış teleaparıcı İlkin Həsəninin də dolanışığı təkcə televiziyadan çıxmır. Belə ki, o, icarəyə götürdüyü restoranı işlədir. Əldə etdiyimiz məlumata görə, İlkin bu işdə tək deyil. Belə ki, “Bozbash pictures”dən Şöşü kimi tanıdığımız Ramil Babayev teleaparıcının şərikidir.

Əməkdar artist, hamınnı “Toppuş bacı” kimi tanıdığı aktrisa Tünzalə Əliyeva da öz biznesini quran sənətçilər sırasındadır. Aktrisa bir zamanlar Modern.az-a verdiyi müsahibədə bildirmişdi ki, xınayaxdıların təşkili ilə məşğul olan qrupu var. Qrupda 10 nəfərin olduğunu deyən aktrisa məclislərin təşkilinin elə də baha qiymətə həyata keçirmir. Əldə etdiyimiz məlumata görə, bu mərkəz “Şəbu nər” adlanır.

Teleaparıcı İlham Mirzəyev isə bu yaxınlarda mətbuata verdiyi açıqlamada şadlıq sarayı tikdirdiyini bildirmişdi. Onun dediyinə görə, şadlıq sarayı "Tale yolları” adlanacaq. Qeyd edək ki, Xırdalan şəhərində bu adda şadlıq sarayı var. Çox güman ki, Mirzəyev bu obyekti alıb. Hər halda bu ehtimaldır.

Əməkdar artist Aygün Bəylər də biznesi olan sənətçilərdəndir. Müğənninin Suraxanı rayonunda bir neçə avtoservisinin olduğunu öyrənə bilmişik. Qeyd edək ki, əməkdar artist hazırda Aəzrbaycanda yaşamır. Rusiyada şəmkirlilərin restoranında çalışan sənətçi bu yaxınlarda Bakıya gələrək avtomobilinin də satıb. Onun Suraxanıdakı obyektləri satıb-satmadığı məlum deyil.

“Eurovision” milli seçim turlarının iştirakçısı, “Planet Parni iz Baku” KVN Teatrının aktrisası və R&B musiqi janrının ifaçısı Nika Babayeva (Nigar Babayeva) da bizneslə məşğuldur. Müğənni “Virgo Lounge & Karaoke” adlı klubu yaxın dostu Fərid Rəhimovla birgə idarə edir.

Xalq artisti İlhamə Quliyeva isə elektron avadanlıqların satışını təşkil edən mağazaya sahibdir. Amma bu işlərə nəzarəti onun yenicə ailə həyatı qurmuş oğlu Orxan həyata keçirir. Bəzi məlumatlara görə, İlhamə xanım bəzi digər sahələrdə də biznes qurub...

İntiqam Valehoğlu

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı