Modern.az

Əkrəm Əylisli: “O barədə düşünmək qrafoman yazıçıların işidir”

Əkrəm Əylisli:  “O barədə düşünmək qrafoman yazıçıların işidir”

25 İyul 2013, 15:15

Modern.az saytı “Daş yuxular” əsəriylə  siyasi qalmaqala səbəb olan keçmiş xalq yazıçısı Əkrəm Əylislinin hazırkı yaradıcılıq fəaliyyəti ilə maraqlanıb. Yazdığı son iki əsərlə bütün ədəbi yaradıcılığının üstündən az qala xətt çəkən Əkrəm Əylisli indi də ədəbi fəaliyyətlə məşğuldumu?

Buna yazıçının özü cavab verib:

  “Hazırda da yazı-pozu işləri ilə məşğulam. İndi də yazıram, özümü tam olaraq yazılarıma həsr etmişəm. İndi üzərində işlədiyim əsər bədii əsərdi. Bədii əsər üzərində işləyərkən heç vaxt süjet barədə fikirləşmirəm. Əsər yazarkən süjet qurmaq  barədə düşünmək qrafoman yazıçıların işidir. Bədii əsər obrazların sözlə mənzərəsidir. İnsan obrazı heç zaman süjetə tabe olmamalıdır. İnsan həmişə neytral mövzudur. İndi yazdığım əsər də bu cür neytraldır”.  

Elmin Nuri  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?