Modern.az

Zəlimxan Yaqub haqqında təzə xəbər

Zəlimxan Yaqub haqqında təzə xəbər

25 İyul 2013, 16:36

Xalq şairi Zəlimxan Yaqubun 13 cildlik əsərləri külliyyatının sonuncu – 13-cü cildi bu günlərdə işıq üzü görüb. Çoxcildliyi tərtib edən və redaktoru Musa Nəbioğlu Modern.az-a bildirib ki, ilk 7 cilddə şairin müxtəlif mövzularda şeirləri, VII-XI cildlərdə 40 poeması, XII-XIII cildlərdə isə Zəlimxan Yaqubun görkəmli ictimai-siyasi və dövlət xadimlərinə müraciətləri, məktubları, rəsmi dövlət tədbirlərindəki çıxışları və müxtəlif kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr, görkəmli ədəbiyyat və sə­nət adam­la­rına açıq məktubları, onlar haqqında xati­rələri, ayrı-ayrı müəlliflərin kitablarına yazdığı ön söz və rəylər, ozan-aşıq sənəti ilə bağlı fikirləri və ictimai-siyasi həyatı­mı­zın digər sahələrinə həsr olunmuş ak­tu­al yazıları top­lan­ıb.

Çoxcildlik “Şərq-qərb” nəşriyyatında böyük zövqlə, nəfis tərtibatda  nəşr olunub.


Modern.az
 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı