Modern.az

Suriyada prezident Əsədə qarşı 100-dən artıq çeçen vuruşur

Suriyada prezident Əsədə qarşı 100-dən artıq çeçen vuruşur

26 İyul 2013, 12:24


Suriyada 2011-ci ilin martından başlayan vətəndaş müharibəsində Şimali Qafqaz əsilli Rusiya vətəndaşları aktiv şəkildə iştirak edir. Bunu hazırda Qərbi Avropa ölkələrindən birində yaşayan və tanınmayan İçkeriya Respublikasının “xarici işlər naziri” Usman Ferzauli “Kommersant” qəzetinə müsahibəsində təsdiqləyib. Onun sözlərinə görə, hazırda Suriyada müxalifət qüvvələrinin tərkibində 100-dən artıq çeçen mücahidi vuruşur.

U. Ferzaulinin sözlərinə görə, vuruşan çeçenlərin əksəriyyəti Rusiya Federasiyası vətəndaşlarıdır. Bununla yanaşı, Avropa mühacirət etmiş çeçenlər də Suriyaya müharibəyə yollanır. Ferzaulinin fikrincə, onların hamısı Türkiyə vasitəsilə Suriyaya daxil olurlar. Xatırladaq ki, bir il öncə tanınmış çeçen səhra komandirlərindən olan Ruslan Gelayevin oğlu Suriyada gedən döyüşlərdə həlak olmuşdu.   Vüqar İsmayılov  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir