Modern.az

Cavanşir Məmmədov haqqında yazılanlara aydınlıq gətirdi: “Əl-əl axtarılan müğənniyəm”

Cavanşir Məmmədov haqqında yazılanlara aydınlıq gətirdi: “Əl-əl axtarılan müğənniyəm”

26 İyul 2013, 14:24


Əməkdar artist Cavanşir Məmmədov mətbuatda bizneslə məşğul olmasıyla bağlı yayılan xəbərlərə münasibət bildirb. Müğənni Modern.az-a açıqlamasında deyib ki, heç bir biznes fəaliyyəti lə məşğul olmur:

“Qırx ildir sənətdəyəm. Moskvadan Əlcəzairə qədər konsertlərim ollub. Əl-əl axtarılan müğənniyəm. Bir çox saytlarda, eləcə də sizin saytınızda bizneslə məşğul olmağım haqda informasiya verilib. Amma bu belə deyil. Mənim heç bir limonad dükanım da yoxdur”.

Sənətçi jurnalistləri onu fəaliyyətini düzgün işıqlandırmamaqda qınayıb:

“İndiyə kimi onlarla cəzaçəkmə müəssisəsində konsertlər vermişəm. Niyə bu haqda yazmırsınız? Bəziləri - “kişilər”gedib qadın kolonlarında konsertlər verirlər. Bilirlər ki, kişi kolonlarına getsələr, onları necə qarşılayacaqlar”.

İntiqam Valehoğlu

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?