Modern.az

Azərbaycan yazıçıları İlham Əliyevə müraciət etdilər

Azərbaycan yazıçıları İlham Əliyevə müraciət etdilər

Ədəbi̇yyat

26 İyul 2013, 19:01


B
ir qrup Azərbaycan yazıçısı ev problemi ilə əlaqədar Prezident İlham Əliyevə müraciət edib. Bu barədə Modern.az-a yazıçı-şair Qəşəm Nəcəfzadə məlumat verib. Müraciətdə deyilir:

- Cənab prezident!

Sizin ölkədə apardığınız məqsədyönlü daxili və xarici siyasətiniz bütün sahələrdə öz töhfəsini verməkdədir  və sevindirici haldı ki, gələcəkdə qazanacağımız qələbələrin də  təməli  bu gün Sizin iradənizlə  qoyulur.

 Sizin hər bir sahəyə, xüsusən idmançılara  və jurnalistlərə göstərdiyiniz qayğı  xalqımızın ürəyincədir, ziyalılar Sizi alqışlayır  və bunun nəticəsidir ki, beynəlxalq arenada idmançılarımız böyük uğurlar qazanırlar.

 Ədəbiyyatımızda və  ictimai düşüncəmizdə Heydər Əliyev və  Rəsul Rza, Süleyman Rəhimov, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza,  Anar, Fikrət Qoca  dostluqları, münasibətləri olub və  bu da ədəbiyyatımıza, ictimai fikrimizin inkişafına  böyük töhfələr verib.

Bu gün Sizin də yaşıdlarınız olan yazıçılarla əlaqələrinizin daha da  güclənməsini azulayırıq.

 Azərbaycan ədəbiyyatı  Nizami Gəncəvidən tutmuş bu günə kimi daim dövlətimizin yanında olub, bu gündə  dövlətimizin və dövlətimizin rəhbərinin yanındadır. Sizin hər bir qərarınızı, hər bir siyasi addımınızı  yazıçılar həmişə dəstəkləyir.          

 Cənab prezident!

Yazıçılarımızın əsərləri təkcə ölkə daxilində deyil, idmanımız kimi o da sərhədlərimizi aşaraq düşüncələrdə Azərbaycan bayrağını qaldırır və  ölkəmizdəki  söz azadlığını, sülh və demokratiyanı, işğal olunmuş torpaqlarımızın  taleyini,  xalqımızın ümümbəşəri duyğularını, bir sözlə, bütöv, azad, müstəqil  Azərbaycan sevgisini dünya oxucularına aşılayır, ölkəmizi sivil, demokratik bir dövlət kimi dünyaya tanıdır.

 Bizim güclü iqtisadiyyatımız və  sülhə, azadlığa, əmin-amanlığa  xidmət edən milli ordumuz. vardır.  Biz bunu alqışlayırıq. Ordumuzla birgə bütün  qələbələrin əldə olunmasında  ədəbiyyat və mədəniyyət də iştirak edir.  Bu ədəbiyyatın ordu kimi inkişafı da dövlətimizdən və şəxsən Sizdən daha çox asılıdır.

 Biz yazıçılar ayrı- ayrı adamlardan kömək istəyəndə utana bilərik, amma dövlətimizdən və Sizdən kömək istəyəndə nəinki utanır, əksinə qürur hiss duyuruq. Çünki bilirik ki, bizim ədəbiiyatımız  sahibsiz deyil, onun dövləti var  və Sizin  kimi ədəbiyyata, sözə, sənətə qiymət verən prezidentimiz var.

 Sizin bu günlərdə  jurnalistlərin mənzil məsələsinin həll olunmasında atdığınız  möhtəşəm addım biz yazıçıları çox sevindirdi və ürəyimizdə bir arzu, bir istək doğdu ki, artıq Sizin qayğınızla yazıçılar üçün də  bir yaşayış binasının  təməli qoyula bilər. Ürəyimizdə bu hissi doğuran Sizin və Ulu Öndərimizin apardığı siyasət, ölkə  ziyalılarına diqqət və  ədəbiyyata olan böyük sevginiz oldu.

 Biz yazıçıların sosial şəraiti çox ağırdı. Çoxumuz kirayədə yaşayırıq.  Kirayə evlərdə oğul evləndirib qız köçürmək  çox ağırdır. Gənclərimiz ev ucbatından ailə qura bilmirlər. Sosial şəraitsizlikdən yazıçılarımızın əksəriyyəti qələmdən ayırlmaq zorunda qalırlar.           

 Cənab prezident!

Bu məktubu sizə böyük inam hissi ilə və məhəbbətlə yazırıq. Bizim üçün də bir yaşayış binasının tikilməsinə qərar verməyinizi Sizdən xahiş edirik.

Hörmətlə: bir qrup yazıçı adından:
Qəşəm Nəcəfzadə,
Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Avropada keçirilən Beynəlxalq Poeziya festivalının iştirakşısı...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür