Modern.az

Bir yaşlı uşaqla necə davranmalı? - Oxumağınız məsləhətdir

Bir yaşlı uşaqla necə davranmalı? - Oxumağınız məsləhətdir

İqtisadiyyat

27 İyul 2013, 10:10

Körpənin böyümə prosesi sanki onun nərdivan çıxmasına bənzəyir. Hər pillədə dayanır, öyrənir və sonrakı pilləyə çıxmaq üçün davam edir. Körpənizin bir sonrakı pillədə nələr öyrənməli olduğunu bilməyiniz onu daha yaxından tanımağınıza yardımçı olacaq. Eyni zamanda hər uşağın eyni olmadığını da anlayacaqsınız.
Bir yaşlı körpənizlə necə davranmalısınız? Bunu bilmək istəyirsinizsə, mütləq bu yazını diqqətlə oxuyun. Yeni dünyaya gələn körpələr üçün onların bəslənməsi çox vacibdir. Bunun üçün nələrə diqqət etmək lazımdır?

Xüsusən yeni doğulan körpələr üçün ana südü olduqca vacib nemətdir. Çünki ana südü körpənin bağırsaqlarına mikrob yerləşməsinə qarşı qüvvətli qoruyucudur. Unutmayaq ki, ana südü ancaq 6 aya qədər uşağın tək qidasıdır. Ana südünün körpələr üçün olan xeyirləri:
Ana südü körpədə astma xəstiliyi yaranmasının qarşısını alır. Bəzi görmə qüsurlarını aradan qaldırır. Ana südü ilə bəslənən körpələr daha az həkimə gedir. Körpələrdən gözəl qoxu gələr. Ana südünün digər bir faydası da odur ki, gözləri daha güclü edir və beyin inkişafını sürətləndirir.

Süd vermək ananın özünə olan hörmətini artırır. Ana südü körpə üçün nə qədər önəmli bir qidadırsa, ana sevgisi də o qədər önəmli və yeridoldurulmaz bir qidadır. Körpə sevgisi də ana üçün eyni dərəcədə önəmlidir. Körpənizi qucağınızda bəsləyin və bəsləmə əsnasında göz təması qurun. Körpənin normal böyüməsi üçün aldığı qida nə qədər önəmlidirsə, təmiz hava və günəş işığı da bir o qədər lazımdır. Körpə mütləq günəş işığı olan otaqda qalmalı, otağın pəncərələri isə gündə 1-2 saat açıq qalmalıdır.

Körpənizi gözləyən ilk hadisə onun göbəyinin düşməsidir. Göbək düşənə qədər körpəni yuyundurmamaq daha doğru olar. Körpəni yuyacağınız suyun istiliyi bədən temperaturundan artıq olmamalıdır. Bunu dirsəyinizi suya dəydirərək ölçə bilərsiniz. Körpəni yuyarkən qulağına su keçməməsi üçün pambıq qoymaq lazımdır. Sıx vannası qəbul edən körpələr, ya da uşaqlar iqlim şərtlərinə daha rahat uyğunlaşır və gec xəstələnirlər.

Normal şəkildə dünyaya gələn körpə tərləməyəcək qədər yüngül, ayaqları isti olacaq qədər də qalın geyindirilməlidir. Körpənin ən vacib orqanlarından biri onun dişləridir. Diş çıxmazdan əvvəl körpənin damaqlarında qabarma, qızarma aşkar görünür. Həmin ərəfədə körpədə yuxusuzluq, iştahasızlıq, quru öskürək, zəif istilik görünə bilər. Dişin damağı çərtib çıxdığı zaman həddindən çox qaşınma və hüzursuzluq olduqda, həkimlər bunun üçün diş geli tövsiyə edirlər. Gel çox vaxt allergiya yaratdığı üçün, çalışın daha çox gecə istifadə edin. O ilk dişini 6 və 9 aylığında olarkən çıxara bilər. Inkişafı normal olan körpələrdə bəzən dişlərin çıxması 15 aya qədər uzana bilər. Bu zaman ata və ananı həyəcanlandırmaq lazım deyil. Normal körpə üçün dünyanın heç bir yerində dişlərini asan çıxarması üçün dərman yoxdur.

Körpənin inkişafında önəmli hadisələrdən biri də onun iməkləməsidir. Artıq 7 aylığında iməkləyir, manejdən qalxır və sizin onun əlindən tutub aparmağınızı tələb edir. Körpəni iməklədin, ona ayaq üstə durmağı öyrədin. Artıq 1 yaşında körpəniz yavaş-yavaş sözlərlə və davranışlarıyla “Mən burdayam” deməyə başlayır. Körpənizin dağarcığına hər gün yeni bir söz əlavə olunur. Ətraflı hərəkət bacarıqları bəzən onu təqib etmənizi çətinləşdirə bilər. Artıq sizinlə ünsiyyət qurmaq üçün həm sözləri, həm bədənini istifadə etməklə, istəklərini əldə etmək üçün mübarizəyə başlayır. Ona sizinlə və ətrafında olan insanlarla ünsiyyət qurmağa çalışarkən köməkçi ola bilərsiniz. Körpənizin olduğu mühiti zənginləşdirin. Ona sevgi və qayğınızı bəxş edin.

Hazırladı: Ulduz İBRAHİMOVA

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı