Modern.az

Məşhur jurnalist Pozner Rusiyanı TƏRK ETDİ: “Meymunlarla birgə yaşaya bilmərəm”

Məşhur jurnalist Pozner Rusiyanı TƏRK ETDİ: “Meymunlarla birgə yaşaya bilmərəm”

27 İyul 2013, 12:09

“Mən Rusiyadan getməyə təəssüflənirəm, amma mən insanam və “meymunlarla” bir ölkəni bölüşmək istəmirəm.” Modern.az bildirir ki, bu vida sözlərini Rusiyanı birdəfəlik və qəti şəkildə tərk etmək qərarına gələn rusiyalı məşhur telejurnalist Vladimir Pozner deyib.

“Meymunlarla” bir ölkəni bölüşmək istəməyən Pozner vida nitqi ilə çıxış edib.

“Hamı bilir ki, mən ateistəm və insanın meymundan əmələ gəldiyinə inanıram. Əmək və biliyin insana çevirdiyi həmən meymundan. Məndən fərqli olaraq kilsə dindarlarıma üz tutan deputatlar insanın Allah tərəfindən yarandıqlarına inanırlar. “Rus marşlarında” nasist rəmzləri ilə yürüş edən və eyni vaxtda xaç çəkərək əllərində ikonlar tutan şəxslər də eynən Allaha inanırlar. Buna görə həm birincilər, həm də ikincilər mənə daha çox meymunları xatırladırlar. Bu isə o deməkdir ki, onların qarşısında uzun təkamül yolu var. Ola bilsin onlardan da insan alına bilər. Amma mən qoca adamam. Nədənsə hamı unudur ki, mənim 78 yaşım var. Təəssüf ki, mənim o qədər gözləmək vaxtım yoxdur. Ona görə mən indi deyirəm: Hamıya təşəkkürlər, həmişəki kimi gələn bazar günü görüşərik, bütün bu məsələlər haqqında danışarıq. Bu mənim Parisə getməzdən qabaq son proqramım olacaq. Mən Rusiyadan getməyə təəssüflənirəm, amma mən insanam və “meymunlarla” bir ölkəni bölüşmək istəmirəm. İndi belə zəmanədir”.

  Vüqar İsmayılov     
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi