Modern.az

Region gəncləri üçün informasiya təminatı və məlumat xidməti yaradılıb

Region gəncləri üçün informasiya təminatı və məlumat xidməti yaradılıb

12 Aprel 2010, 11:05

Gənclər üçün Təhsil Mərkəzi cari ilin əvvəlindən Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Region gənclərinin məşğulluq imkanlarının artırılmasına dəstək” adlı layihənin icrasına start verib.

Əsas məqsədi məhz region gənclərinin işsizlik probleminin aradan qaldırılmasına, onların məşğulluq imkanlarının artırılmasına və genişləndirilməsinə kömək etmək olan layihə 10 regionda həyata keçirilir. Sabirabad, Saatlı, Kürdəmir, Ucar, Şirvan, Hacıqabul, İmişli, Beyləqan, Biləsuvar və Füzuli rayonlarını əhatə edən layihə əsasən bu regionlarda məşğulluq imkanları tamamilə zəif olan gənclərlə işləməyi nəzərdə tutub.

Mərkəzdən Modern.az-a verilən məlumata görə, layihə başladığı vaxtdan bu günə kimi nəzərdə tutulan təlim proqramlarından və məsləhət xidmətindən birbaşa olaraq 2000-dən artıq region gənci yararlanıb.

Təlim proqramlarında region gəncləri üçün iş tapmağın yolları, iş üçün müraciət qaydaları, müvafiq sənədlərin hazırlanması qaydaları, intervyularda iştirak və davranış qaydaları, ünsiyyət qurmaq bacarığı və s. mövzular tədris edilib.

Layihənin davamlılığının təmin edilməsi və eləcə də region gənclərinə mütəmadi olaraq dəstək vermək üçün “İnformasiya təminatı və məlumat xidməti” də yaradılıb. Qeyd edək ki, Bakı şəhərində yaranmasına baxmayaraq, xidmət layihəni əhatə edən regionlarda yerli nümayəndələr vasitəsilə həyata keçiriləcək.

Xidmətin əsas işi region gənclərinin məşğulluq imkanlarının artırılması üçün informasiyaların onlara ötürülməsini təmin etmək, seminarlar təşkil etmək, yeni iş yerləri və iş elanları haqqında məlumat toplusu hazırlamaqdır.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı