22 noyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - FOTOSÖHBƏT - Yazıçı Kamal Abdulla ilə FOTOSÖHBƏT
Yazıçı Kamal Abdulla ilə FOTOSÖHBƏT
18.08.2015, 07:55

Kamal Abdulla 1950-ci il dekabrın 4-də Bakıda ziyalı ailəsində dünyaya gəlib. Atası müəllim, anası həkim olub. 1968-ci ildə 190 saylı orta məktəbi bitirib. 1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. SSRİ Dilçilik İnstitutunun "Türk dilləri" şöbəsinin əyani aspirantı (1973-1976) olub. 1977-ci ilin yanvar ayında Moskvada "Sintaktik paralelizm" ("Kitabi-Dədə Qorqud" dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə edib. Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutunun türk dillərinin müqayisəli tədqiqi şöbəsində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb (1977-1984). Azərbaycan Televiziyasında 1983-cü ildən başlayaraq "Azərbaycan dili", "Qoşma", "Dəfinə" kimi aylıq ədəbi-bədii, elmi-publisistik verilişlərin müəllifi və aparıcısı olub. 1984-cü ildə Bakıda "Azərbaycan dili sintaksisinin nəzəri problemləri" adlı doktorluq dissertasiyası müdafiə edib.
1984-1987-ci illərdə Xarici Dillər İnstitutunun "Ümumi və Azərbaycan dilçiliyi" kafedrasının müdiri, professoru olub. 1990-cı ildən Azərbaycan Yaradıcılıq Fondunun sədridir. Elə həmin il "Rus dili və ədəbiyyatı" İnstitutunun Ümumi və rus dilçiliyi kafedrasının müdiri seçilib.1993-cü ildən 2000-ci ilədək Xarici Dillər İnstitutunun Ümumi və Azərbaycan dilçiliyi kafedrasının müdiri olub. 1994-1995-ci ildə Uludağ Universitetinin "Türk dili və ədəbiyyatı" bölümünün professoru kimi çalışıb.

2000-ci ildən Bakı Slavyan Universitetinin rektoru, Türk Dil qurumunun həqiqi üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü və Rusiya PEN-klubun üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Badminton Federasiyasının prezidentidir. Ədəbiyyat və dilçilik üzrə tanınmış mütəxəssisdir. Eyni zamanda türk xalqlarının qədim epik ədəbiyyatları sahəsində araşdırmalar aparır. Müxtəlif ölkələrin universitetlərində "ümumi dilçilik" və "mətn sintaksisi" fənləri üzrə mühazirələr və xüsusi kurslar deyir. ABŞ, Fransa, Rusiya, Türkiyə universitetlərində mühazirələrlə çıxış edir, bir çox beynəlxalq simpozium, konfrans və kollokviumların məruzəçisi və iştirakçısıdır. 100-dən çox məqalə və 30-dan çox kitabın müəllifidir. 2007-ci il aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 29 noyabr 2007-ci il tarixində Rusiya Prezidenti V.V. Putin tərəfindən Puşkin medalı ilə təltif olunub. Azərbaycanda Humay mükafatını, "525-ci qəzet"in "İlin romanı" mükafatını, Monitorinq qrupunun "İlin ədəbiyyat adamı" adını alıb. Haqqında Azərbaycanda, Rusiyada, Fransada, Türkiyədə elmi və gündəlik mətbuatda yüzlərlə məqalə çap edilib.

2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Kavaler" ordeni ilə təltif olunub

 

 Uşaqlıq illərim...  Hələ ki pillələrlə tanış oluram...

 

Məktəb illəri... Çox gözəl bir gün idi. Hələ də xatirimdədir.

 

Məktəb illərindən növbəti bir xatirə...  

 

Orta məktəb dostları. "Nə xoşbəxt imişəm bir zaman, Allah...".


Bu da universitet illərimin şəkilidir. Orta məktəb yoldaşlarımla onlardan birinin bağında. 

 

 Cavanlıq... İnsan ömrünün hər çağı gözəldir.

 

Bursa. 1994. Uludağ Universitetinin Türk dili və ədəbiyyatı bölüm başkanı Prof. Dr. Coşkun Ak, xanımı, bölümün indi professoru Kərimə Üstünova, onun əri Mustafa Üstünovla piknikdə.

 

1994-cü il, Bursa, Uludağ Universiteti. Mənim əziz öyrəncilərimlə qazanılmış futbol matçından sonra.

 

Əziz elmi rəhbərim Ninel Zeynalovna Hacıyeva və görkəmli rus dilçisi, akademik Viktoriya Nikolayevna Yartseva ilə Bakı bulvarında.

 

Oljas Süleymenovla... Onu tanıtmağa ehtiyac yoxdur.

Orta məktəb dostum Aslanla..

1984-cü ildə Xarici Dillər Universitetində gənc alim kimi aspirantlarla mühazirəm.

 

Seyran Səxavət, Cavanşir Quliyev və Abas Abdulla və mən...

Unudulmaz dostum Həsən Turabov və Timurçin Əfəndiyevlə. 1990. İstanbul. Türk dünyası araşdırmaları vəqfinin həyəti. Şəkli Turan hoca çəkib.

İran, Tehran şəhəri. Beqdelinin evində.

Onu kim unudar?! - Aydın Məmmədov...

Ramiz Rövşən və Vaqif Bayatlı... Şair dostlar arasında.

 

Anar və Fərhad Bədəlbəyli ilə...

 

Fransa. Paris. Luvrun bir guşəsi. Azər Mustafazadə ilə.

 

Oğum Mehdi və Milli Olimpia Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə...

 

İtaliya. Bolonya. Bolonya Universitetinin rektoru ilə əməkdaşlıq müqaviləsi imzaladıqdan sonra.

 

Vilayət Quliyevlə Buninin məzarı önündə. Paris.

 

Orta məktəb müəlliməm Şərqiyə xanımla...

 

Vilayət Quliyevlə Varşavada. Bu cür gözəllikdən gözlərimizi çəkə bilmirdik...

 

Vaqiflə. YUĞ-da. Deyəsən, "Dəvə yağışı"nın premyerasından sonra. İndi Vaqif mənim "deyəsən" sözümə oralardan gülür...

 

Bakı Slavyan Universiteti. Ukraynanın eks-prezidenti Viktor Yuşşenko qonağımız idi.

 

Moskva. Rusiya Yazıçılar İttifaqı. "Qospodin doroqi" şeirlər kitabının təqdimat-müzakirəsi. Şeirlərin tərcüməçisi Alla Axundova çıxış edir.

 

Bakı. Fransız səfirliyinin Mədəniyyət mərkəzi. Mərkəzin rəhbəri "Yarımçıq əlyazma"nın fransız nəşrini təqdim edir.

 

Bakı. Savyan Universiteti. Yunanıstanın Prezidenti Konstantinos Stefanopulos, professor Fatma Abdullazadə ilə. Yunanıstan prezidentinə BSU-nun fəxri doktoru adının verildiyi mərasim.

 

Əziz dostum, böyük türk alimi, dilçi-filoloq Osman Fikri Sərtqaya ilə...

 

Dəfələrlə sərbəst güləş üzrə Avropa və SSRİ çempionu olmuş dostum Məmməd İbrahimov və oğlum Mehdi ilə məclislərin birində...

2002-ci il Roma Papası Azərbaycanda olarkən...

 

Böyük alim Azad Mirzəcanzadə ilə birgə yazdığımız "Bakı Slavyan Universitetində Mühazirələr" kitabının təqdimat  mərasimində. Çıxış edir professor Aydın Ələkbərli.

 

Yazıçılar Birliyi. Natəvan klubu. Anar mənimlə bağlı görüşü aparır... Deyəsən 60 yaşım münasibətilə keçirilən tədbir idi.

Doktor Cavd Heyətlə Bakı Slavyan Universitetində söhbət edirik...

 

ABŞ. Kolumbiya Universiteti. "Avrasiyaçılıq" mövzusunda məruzə edərkən...

 

 Gürcü teatrının Bakıya gətirdikləri "Kim dedi ki, simurq quşu var imiş..." tamaşasından sonra...


Dəqiq xatirimdə deyil, hansıa dövlət tədbiridir...

 

İki bölüm başqanı - Professor Rəşat Gənc və Kamal Abdulla -2004, İstanbul.

 

Venesiyada...

 

Əziz müəllimim, ağsaqqalım Ağamusa Axundovla.

 

Bolqarıstanın eks-prezidenti Jelyu Jelyevlə Bakı Slavyan Universitetində.

 

Roma "xərabəlikləri"...

 

Azərbaycan Yazıçılar Birliyi, şair Ramiz Rövşənlə.


Iki qadın Türk alimi, rus alimi bizim bağda yığışmışıq. Mən də kabab çəkirəm. Biz həmişə konfransların son yığıncağını bizim bağda edirik. Bu konfranslarda ən yadda qalan anlardan biri də məhz bu olur.  

 

Bolqarıstan Prezidenti cənab Pırvanov və xanımı ilə Bakı Slavyan Universitetində.

 

2007-ci il, İstanbul. Beynəlxalq kitab fuarı.


Dövlət səviyyəli tədbirdi. Ramiz Mehdiyev, Misir Mərdanov, Rusiya Dövlət Dumasını sədri Narışkin, Rusiyanın keçmiş təhsil naziri Fesunenko... Bakı Slavyan Universitetinə yığışmışıq. 


Millət vəkil, gözəl xanım Elmira Axundova ilə.

 

Dostum Rəşad Məcid... 


 

Düşüncələr adamı çox uzaqlara apara bilir...


Modern.az-la müsahibədən...


Əsas olan mətndir, yerdə qalan təfərrüatdır...

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
yazar
30.07.2013, 10:24

Hərdən fikirləşirsən biz Azərbaycan ədəbi dilini (və ya sadəcə dilimiz də demək olar) necə öyrəndik? Cavabı sadədir.Valideynlərimizdən və 1 televiziya kanalımız olan AzTv-dən KAMAL ABDULLA kimi müəllimlərdən. İndi isə 10 televiziya kanallarımız öyrəndiklərimizi unutdurur və bununlada özlərinə nifrət qazanırlar. Bu veriliş aparıcıların efirə necə olub buraxıblar başa düşmək olmur. Televizoru açan kimi kanalı dəyişməli olursan. Odur ki, uşaqlar bölgələrdə türk dilində danışırlar. Təcili tədbir görülməlidir!

Günel Eyvazlı
30.07.2013, 14:22

Bakı Salvyan Universitetində təhsil almaq ən böyük arzum idi. 2-ci təhsil olaraq "Yaradıcılıq" fakültəsini seçdim. Slavyan Universiteti səmimi abu-havası ilə, savadlı kadr bolluğu ilə təhsil aldığım digər Universitetimdən fərqli idi. Kamal Abdulla imzası bir yazıçı kimi mənə məlum idi, amma, bir insan kimi onu təhsil aldığım müddətdə kəşf etdim. Rektorun bu cür sərbəst, rahat şəkildə tələbələri ilə dəyirmi masa ətrafında bərabər oturub, ədəbiyyat haqqında fikir mübadiləsi aparması, bizi dinləməsi, fikirlərimizə hörmətlə yanaşması mənim üçün gözlənilməz idi. Amma, niyə gözlənilməz olsun ki? Kamal müəllim bu qədər nəaliyyəti olduğu halda heç sadəliyini itirməyib. Bəlkə də Kamal müəllim ilk öncə yazıçıdır ona görə. Bəlkə də xasiyyətidir. Hər halda, insani keyfiyyətdir. Biz Slavyan Universitetinin tələbələri, oxuduğumuz müddətdə ondan zərrə qədər də təkəbbür görmədik. Əslində əsl insan belə olmalıdır. Mən bu sözləri pafosla demirəm, nə də bu sözləri deməyə kimsə mənə məcbur etmir. Az da olsa xasiyətimə bələd olanlar bilir ki, mənə nəisə məcbur etmək, diqtə etmək qeyri-mümkündür. Kamal Abdulla imzası ədəbiyyatımız üzərində öz möhürünü vurub. Azərbaycan, bu imza ilə ancaq və ancaq fəxr edə bilər. Kimsə fəxr etmirsə və onun imicinə xələl gətirmək istəyirsə, mən bunu paxıllıq kimi qiymətləndirərdim. Atalarda yaxşı bir misal var "Barlı ağaca daş atan çox olar". Bununla bərabər digər misal da var "Zər qədrini, zərgər bilər". Məncə ədəbiyyatımızda, oxucuların sırasında Kamal Abdulla imzasına, bu ada hörmət edən, onun qələmindən çıxan əsərləri sevə-sevə oxuyan minlərcə adam var. Və mən də bu qəbildənəm. Mən - "Yaradıcılıq" fakültəsini təsis edən və biz yazarların savadlanmasına şərait yaradan, ədəbi aləmə qoşulmağa yardım edən Kamal Abdullaya təşəkkür edirəm. Bunu müqəddəs bir missiya kimi dəyərləndirirəm. Daha doğrusu bu belədir.

Abdullayev Maarif Əli oglu( Həkim kardiolog)
30.07.2013, 19:41

Kamal müəllim şəkillərə baxarag sizi cox böyük alim,insan ziyalı,üzündən və gözündən nur daman əsil ziyalı fədai gördüm. Səadət Kamala yetişər başa ,xalga hörmət elə ədəblə yaşa! Sizə bəxtəvər həyat, ugur arzu edirəm,Siz Respublikaya cox lazimsiniz.

Taleh Eminoğlu
31.07.2013, 15:39

Günel Eyvazlının sözlərinə cani qəlbdən qatılıram. Kamal Abdulla biz gəncləri kamil bir insan kimi yetişdirmək üçün əlindən gələn hər şeyi edir. Gərək bizdə onun haqqını itirməyək

Nigar
06.08.2013, 22:22

2 ci tähsil almaqima görä Kamal Abdullaya täsäkkur ediräm onun mäslähätiinä yaxsidi qulaq asdim.

Ruslan
08.08.2013, 16:23

Kamal müellim sözün esl menasında çox gözel insandı!

Banuçiçək
30.08.2013, 10:12

Gözəl olmusan..

yaşar
11.09.2013, 01:58

Kamal müəllimin həyatı və fəaliyyəti "ziyalı" standartıdır. Haçansa ziyalılıq meyarlarını tərtib və təsdiq eləsələr, mütləq Kamal müəllimə müraciət edəcəklər. Fikrimcə, ziyalılıq istedad və zəhmətin Vətənə xidmət müstəvisində üzvi vəhdətidir. Eşq olsun Kamal müəllimə!!!!!!!!!!!!!!!

Ağa
21.08.2015, 17:26

Kamal Abdulla ... Bu insan elm dəryasıdır , həm də yaraşıqlıdır . Bu baxımdan şübhəm yoxdur ki , əks cinsdən ona maraq göstərənlər az olmayıb . Dilimizdə çox mükəmməl , həm də səliqəli tərzdə danışır . Deyərdim ki , belələri çox azdır . Soydaşlarımız bu alimin elmindən bəhrələnməlidir . Belə ziyalılarımız nə qədər çox olarsa , elmimiz , dilimiz bir o qədər çox inkişaf edər . Eşq olsun həyatını elmə həsr edən İNSANLARA ! Etiraf edək ki , onu heç də çoxları tanımır . Amma özünü AZƏRBAYCANLI sayan hər bir kəs ən azından onun kim olduğunu bilməlidir ... Ona uzun ömür , can sağlığı arzu edirəm .

Esas deyil
24.08.2015, 23:53

Ne yaxsi ki,xalqimizin Kamal muellim kimi ziyalilari vardir! Allah qorusun! Amin. Sade kend muellimi Mehman Qaraxanoglunu qiymetlendirmek ve ona qiymet vermek her kes de Kamal Abdulla ureyi yoxdur! Qoy tanri bu urek yesini hem ailesi ,hem de xalqimiz ucun qotusun!

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü başlayıb
22.11.2017, 18:37

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü başlayıb

Ramiz Mehdiyev MDB təhlükəsizlik şuraları katiblərinin görüşündə çıxış edib
22.11.2017, 18:31

Ramiz Mehdiyev MDB təhlükəsizlik şuraları katiblərinin görüşündə çıxış edib

Baş bankir: “Manatın məzənnəsi və onun taleyi ...”
22.11.2017, 18:21

Baş bankir: “Manatın məzənnəsi və onun taleyi ...”

Nazir ev təminatı HAQDA: “5 il ərzində problem həllini tapacaq”
22.11.2017, 18:17

Nazir ev təminatı HAQDA: “5 il ərzində problem həllini tapacaq”

Rusiya Azərbaycana qaz nəql edəcək
22.11.2017, 18:04

Rusiya Azərbaycana qaz nəql edəcək

Daha iki rayonda icbari tibbi sığorta tətbiq ediləcək
22.11.2017, 17:50

Daha iki rayonda icbari tibbi sığorta tətbiq ediləcək

Şenol Günəş “Qarabağ”ın oyununa baxmağa gəldi
22.11.2017, 17:45

Şenol Günəş “Qarabağ”ın oyununa baxmağa gəldi

Samir Şərifov deputatların iradlarına CAVAB VERDİ
22.11.2017, 17:40

Samir Şərifov deputatların iradlarına CAVAB VERDİ

Vasim Məmmədəliyevin 75 illiyi qeyd olundu
22.11.2017, 17:33

Vasim Məmmədəliyevin 75 illiyi qeyd olundu

Manat və dolların sabahkı MƏZƏNNƏSİ   
22.11.2017, 17:30

Manat və dolların sabahkı MƏZƏNNƏSİ  

Yol polisi kəmər bağlamayan 1885 sərnişinə cərimə kəsib
22.11.2017, 17:29

Yol polisi kəmər bağlamayan 1885 sərnişinə cərimə kəsib

Nömrələrdə defisləri silən 133 sürücü cərimələndi
22.11.2017, 17:25

Nömrələrdə defisləri silən 133 sürücü cərimələndi

Valeh Ələsgərov: “Hökumət büdcəyə görə məsuliyyət daşıyır”    
22.11.2017, 17:16

Valeh Ələsgərov: “Hökumət büdcəyə görə məsuliyyət daşıyır”  

Azərbaycanda oftolmologiya sahəsində unikal əməliyyatlara başlanıldı
22.11.2017, 17:12

Azərbaycanda oftolmologiya sahəsində unikal əməliyyatlara başlanıldı

“Banklara zəng edib seçicilərimizin kreditlərinə  görə yalvarırıq”
22.11.2017, 17:08

“Banklara zəng edib seçicilərimizin kreditlərinə  görə yalvarırıq”

Rəsulzadənin məzarı tapılan xanımı zirzəmidə dünyasını dəyişib... - TARİX
22.11.2017, 17:06

Rəsulzadənin məzarı tapılan xanımı zirzəmidə dünyasını dəyişib... - TARİX

Afinada XIII Ali səviyyəli toplantı öz işinə başlayıb
22.11.2017, 16:59

Afinada XIII Ali səviyyəli toplantı öz işinə başlayıb

Ziyafət Əsgərov Bakı-Astara dəmir yolunun köçürülməsini istədi
22.11.2017, 16:54

Ziyafət Əsgərov Bakı-Astara dəmir yolunun köçürülməsini istədi

Milli Məclisdə maliyyə amnistiyası təklif edildi   
22.11.2017, 16:50

Milli Məclisdə maliyyə amnistiyası təklif edildi  

Əflatun Amaşov “onlayn” mətbuata 1 milyon manat ayırmağı TƏKLİF ETDİ
22.11.2017, 16:34

Əflatun Amaşov “onlayn” mətbuata 1 milyon manat ayırmağı TƏKLİF ETDİ

8 min müsəlmanın qatilinə ağır cəza verdi
22.11.2017, 16:31

8 min müsəlmanın qatilinə ağır cəza verdi

“Polis müstəntiqlərinin sayı artırılmalıdır”
22.11.2017, 16:29

“Polis müstəntiqlərinin sayı artırılmalıdır”

Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır    
22.11.2017, 16:26

Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır  

Azərbaycan özünü kartofla təmin edə bilirmi...   
22.11.2017, 16:03

Azərbaycan özünü kartofla təmin edə bilirmi...  

Xamenei İŞİD-i “xərçəng yığını” adlandırdı
22.11.2017, 16:02

Xamenei İŞİD-i “xərçəng yığını” adlandırdı

Jalə Əliyeva büdcə layihəsinə təkliflər verdi   
22.11.2017, 15:50

Jalə Əliyeva büdcə layihəsinə təkliflər verdi  

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi
22.11.2017, 15:48

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Əbülfəs Qarayev İSESKO-nun konfransında iştirak etdi
22.11.2017, 15:40

Əbülfəs Qarayev İSESKO-nun konfransında iştirak etdi

Qubada ayı ovlayan dəstə saxlanıldı
22.11.2017, 15:36

Qubada ayı ovlayan dəstə saxlanıldı

“Ola bilsin ki, Leyla xanım “Əsri”də yox, başqa yerdə dəfn edilib” - Rəsulzadənin NƏVƏSİ   
22.11.2017, 15:31

Ola bilsin ki, Leyla xanım “Əsri”də yox, başqa yerdə dəfn edilib” - Rəsulzadənin NƏVƏSİ  

Xəzərdə yenə zəlzələ oldu
22.11.2017, 15:28

Xəzərdə yenə zəlzələ oldu

Niderlandda Qarabağa səfərlər təşkil edən sayta qarşı kampaniya başladı
22.11.2017, 15:19

Niderlandda Qarabağa səfərlər təşkil edən sayta qarşı kampaniya başladı

Həyatdan erkən köçən dünya MƏŞHURLARI
22.11.2017, 15:17

Həyatdan erkən köçən dünya MƏŞHURLARI

İşləməyən köçkünlərə rəsmi CAVAB: Dondurulmuş əməkhaqqı verilməyəcək
22.11.2017, 15:15

İşləməyən köçkünlərə rəsmi CAVAB: Dondurulmuş əməkhaqqı verilməyəcək

Dövlət qulluğu üçün sınaq imtahanı keçirildi
22.11.2017, 15:13

Dövlət qulluğu üçün sınaq imtahanı keçirildi

ARXİV